Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1897/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8, Şikayət vermiş şəxs Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X3 iştirakları ilə, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti əsasında Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən barəsində 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiqi barədə X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərarından X12 Xidmətinə şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayətə qeyd olunan Xidmətdə baxılaraq şikayət vermək üçün müəyyən edilmiş müddət buraxıldığına görə geri qaytarılması (İXM 130.3-cii maddəyə əsasən rədd edilmə deyil, məhz geri qaytarılma) barədə 22 may 2024-cü il tarixində qərardad qəbul edilmişdir. İnzibati xətaya baxıldığı müddət ərzində qeyd olunan Xidmət kommunikasiya qurulmuş, lakin inzibati xəta haqqında işə baxılması ilə bağlı bildiriş qərar qəbul olunduqdan sonra yəni 03 may 2024-cü il tarixində daxil olmuşdur. Bununla əlaqədar olaraq onun rəhbərlik etdiyi Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsinin iştirakı mümkün olmamışdır. Qərardad Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tam əsaslandırılmamış və onu imzalamaq səlahiyyəti olan şəxs tərəfindən (Xidmətin rəis müavini) qəbul edildiyi Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X9 məlum deyil. Qərardadın surəti poçtla daxil olduqdan sonra, rəhbərlik etdiyim Birliyin iş yükü, vakansiyalar, həmin dövrə düşən qeyri iş və istirahət günləri nəzərə alınaraq 10 gün ərzində şikayət hazırlanaraq 14 may 2024-cü il tarixində təqdim edilmişdir. Qərardadda bu barədə qeyd edilərək müddət buraxıldığına görə şikayətə baxılmamışdır. İşin faktiki hallarının aydınlaşdırılması və həqiqətin aşkar edilməsi üçün müddətin 1 gün buraxılmasının üzürlü hesab edilməsi daha ədalətli olardı. X6 ödəniləcək pul məbləği yanvar aynda tam şəkildə ödənilmişdir. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı X1 borcu qalmamışdır. Buna baxmayaraq Əmək Müfəttişliyi tərəfindən may ayında Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X9 cərimə tətbiq olunmuşdur. Barəsində tərtib olunmuş qərar aşağıdakı əsaslara görə qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X5 tərtib olunmuş protokolun əsassız olduğunu bildirərək büdcədən ayrılmış əmək haqqı vəsaitində kəsir olduğundan gecikdirmə ilə X6 ödəniləcək pul məbləği tam şəkildə ödənilmiş, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı X1 borcunun qalmamışdır. Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X5 şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X14 bildirdi ki, X4 əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılarkən əldə olunmuş sənədlər əsasında işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilmiş, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 900 (doqquz yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 900 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, X2 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin son haqq hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında №-3-17-5/3-1-5231/2024 saylı, 22 may 2024-cü il tarixli qərardan görünür ki, X4 əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılarkən əldə olunmuş sənədlər əsasında işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilmiş, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 900 (doqquz yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. M.Manafov inzibati xəta haqqında iş üzrə 25 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, büdcədən ayrılmış əmək haqqı vəsaitində kəsir olduğundan işəgötürəndən aslı olmayaraq işçiyə ödəniş yanvar ayında deyil, fevral ayında edilmişdir. X12 Xidməti M.Manafovun inzibati xəta haqqında iş üzrə 25 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxmış, qanunvericiliklə müəyyən edilmiş halları araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. İş materiallarını araşdırarkən məlum olur ki, inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında qərarın surəti xx.xx.2024-cü il tarixdə xəbərnaməli poçt göndərişi vasitəsilə çatdırılmışdır. Buna baxmayaraq şikayət 14 may 2024-cü il tarixdə şəxsən X12 Xidmətinə təqdim etmişdir. Göründüyü kimi 25 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərar xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə çatmasına baxmayaraq, M.Manafov tərəfindən qanunvericilikdə müəyyən olunmuş vaxt ərzində şikayət verilməmişdir. Həmin qərara əsasən şikayət, onu vermək üçün müəyyən edilmiş müddət buraxıldığına görə geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü madddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. X2 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin son haqq hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Belə olan halda Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə şikayət verən şəxs Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X9 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X7 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X7 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1897/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1897/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver