Məhkəmə qərarları › İş №3(005)-1899/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1899/2021

24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1899/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X7 Etibar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6, tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X10 Bakı Şəhəri Binəqədi Məhkəməsinin 2(005)-4932/2020 saylı, 22.09.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 24 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında icra məmuru X10 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin rəisi Zaur Abdullayev tərəfindən tərtib edilmiş 24.08.2021-ci il tarixli, 151160/20 12341 nömrəli məktubu təqdim edərək, inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs çıxış edərək tələbkar X8 ilə aralarında ödənişə dair razılıq əldə etdiklərini bildirərək inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar tələbkar X1 Mahir Tacir oğlu ilə barışdığını, razılıq əldə etdiklərini, inzibati materialın baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında müdafiəçi X5 çıxış edərək Şəxs barəsində məhkəməyə təqdim olunmuş inzibati materialın baxılmadan geri qaytarılması xahiş etdi. Məhkəmə, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 24.08.2021ci il tarixli, 151160/20 12341 nömrəli məktubundan görünür ki, zərurət aradan qalxdığından MN seriyalı ******* nömrəli, 24 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, müvafiq vəzifəli şəxs tərəfindən protokolun geri qaytarılması xahiş olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Əlavə olaraq məhkəmə, vəkil X5 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə geri qaytarılsın. X5 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar