Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-190/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, THECNİKAL CONDİTİON MMC-də usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 338.10-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun 26 dekabr 2024-cü il tarixli qərarından və 10 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində sərxoş vəzyyətdə idarə etdiyi "Tufan 50S" markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət olan zaman sola Təbriz küçəsinə dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyada 2009-cu il təvəllüdlü X2 yol verməli olduğu halda buna riayət etməyib vuraraq ona yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Vət. Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində idarə etdiyi "Tufan 50S" markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə H.Əliyev prospekti istiqamətindən üzü F.X.Xoyski küçəsi istiqamətində sağdan 2-ci zolaqla saatda 30 km sürətlə düzünə hərəkət edirdi. O idarə etdiyi moped ilə A.Neymətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsinə çatan zaman nizamlayıcının hərəkətə icazə verən yaşıl işığının yandığını görüb, mopedin sükanını Təbriz küçəsi istiqamətində sola döndərib hərəkətinə davam etmiş, bu zaman avtomobil yolunu sağdan sol tərəfinə keçən piyadaları görüb, sağa doğru mopedin sükanını yönləndirmişdir. Həmin vaxt piyada şəxslər geriyə doğru hərəkət etmişlər. O əyləci sıxsa da, nəticədə mopedin ön hissəsi ilə piyada şəxsi vurmuşdur. Bundan sonra o mopeddən yerə yıxılmışdır. O yenidən qalxıb, mopedə əyləşərək oradan uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etməyini istəmişlər. O da həmin araşdırmada iştirak etmişdir. Aparılan təhqiqat araşdırması zamanı X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində piyada şəkildə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə hərəkət edirdi. O piyada şəkildə Təbriz küçəsində yerləşən avtomobil yolunu sağ tərəfindən sol tərəfinə keçən zaman A.Neymətulla küçəsi ilə H.Əliyev prospekti istiqamətindən üzü Təbriz küçəsi istiqamətində dönən mopedin sürücüsü idarə etdiyi mopedin ön hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən o müvazinətini saxlaya bilməyib, yerə yıxılmışdır. Həmin mopedin sürücüsü də yerə yıxılmışdır. Daha sonra isə mopedinə minərək oradan uzaqlaşmışdır. Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis kapitanı Toğrul Məmmədov tərəfindən tərtib edilmiş HK-1375 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə YPXnin 652 naryadı məlumat verərk Nərimanov metrostansiyasının yanında mopedin piyadanı vurması məlumatını bildirmişdir Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis kapitanı Toğrul Məmmədov tərəfindən tərtib edilmiş HK-1375 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə X1 metrostansiyasının yanında 2009-cu il təvəllüdlü X3 moped vurması nəticəsində xəsarət alması barədə məlumat bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 319-M nömrəli rəyindən görünür ki Vət. X5 adına tərtib edilmiş tibbi sənətdə qeyd edilən sol baldırın əzilməsi, sıyrılmış yarası-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 338.10-cu maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİnin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 338.10-cu maddəsinə əsasən Bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-190/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-190/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver