Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1900/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin sahə inspektoru polis kapitanı X1, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. Həmin protokoldan görünür ki, 24.08.2021-ci il tarixdə, saat 09:30 radələrində vətəndaş R.İ.X9 prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin sahə inspektoru X3 izahat verərək göstərdi ki, 24.08.2021-ci il tarixdə, saat 09:30 radələrində vətəndaş R.İ.X10 prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Buna görə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək özü ilə birlikdə məhkəməyə gətirildiyini bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 24.08.2021-ci il tarixdə 09:30 radələrində Heydər Əliyev prospekti Koroğlu m/s yaxınlığında idarə etdiyi “X11” markalı **-DU-*** nömrə nişanlı maşın ilə ikinci zolaqda olan zaman tıxac yarandığına görə hərəkət edə bilmədiyi üçün YPX əməkdaşı maşınının önündə saxlayıb elektron qaydada cərimə yazmaq istədiyini görmüşdür. YPX əməkdaşına nəyə görə cərimə yazdığını soruşmuş və tıxacda qaldığına görə maşını sürə bilmədiyini izah edib və cəriməni ünvanına göndərəməsini xahiş edib yola düşmüşdür. Heydər Əliyev prospektində hərəkətdə olan zaman həmin YPX əməkdaşı ona saxla işarəsi verib və o maşını saxlamışdır. YPX əməkdaşı onunla kobud danışdığına görə saxladığını bildirmiş, onu polis şöbəsinə dəvət etmiş və maşınını idarə etmişdir. Rəssamlıq Akademiyasının yanında olan zaman o YPX əməkdaşına halının pisləşməsinə görə maşını saxlamasını xahiş etmiş və o maşını saxlamışdır. O da maşından düşüb H.Əliyev prospektinə doğru qaçmışdır. Polislər onu saxlayıb 18-ci Polis Şöbəsinə aparmışlar. Sonda qeyd etdiklərini nəzərə alaraq barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti inspektoru X4 izahatında göstərmişdir ki, 24.08.2021-ci il tarixdə saat təxminən 09:30 radələrində H.Əliyev prospekti Koroğlu m/s yaxınlığında xidmətdə olan zaman “X11” markalı AZ **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin YHQ-nun 52-ci maddəsinin tələbini, yəni “Dayanma” qaydasını pozduğunu aşkar etmişlər. Sürücüyə yaxınlaşıb tədbir görmək istədikdə isə sürücü tabe olmayaraq sənəd təqdim etməyərək uzaqlaşmağa cəhd göstərmişdir. Dərhal həmin avtomobilin dövlət qeydiyyat nişanını radio-rabitə vasitəsi ilə qarşıdakı naryadlara saxlanılmasını təmin etmək üçün məlumat verilmişdir. Həmin avtomobili **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin köməkliyi ilə H.Əliyev Mərkəzinin yanında saxlamışlar. Sürücü yerə düşərək əlindəki telefon vasitəsi ilə onları çəkməyə və əhalidə polis orqanları haqqında mənfi fikir yaratmağa çalışmışdır. Sürücüdən qayda pozduğunu, bu barədə narazıdırsa müraciət etmək hüququnun olduğunu bildirmişdir. Sürücü xüsusi aqressiya göstərərək avtomobilinə təpik zərbələri vurub, özünü yandıracağını dedikdə dərhal müdaxilə edərək sürücünün özünə və ətrafdakılara zərər verməsinin qarşısını almışlar. Sürücü bölməyə aparılarkən yolda düşərək qaçmaq və H.Əliyev prospektində özünü maşının altına atmaq istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti inspektoru X5 digər şahid X2 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin rəisi polis Bayram Əliyevə ünvanlanmış 24.08.2021-ci il tarixli raportdan görünür ki, 24.08.2021-ci il tarixdə saat təxminən 09:30 radələrində H.Əliyev prospekti Koroğlu m/s yaxınlığında xidmətdə olan zaman “X11” markalı AZ **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin YHQ-nun 52-ci maddəsinin tələbini, yəni “Dayanma” qaydasını pozduğunu aşkar etmişlər. Sürücüyə yaxınlaşıb tədbir görmək istədikdə isə sürücü tabe olmayaraq sənəd təqdim etməyərək uzaqlaşmağa cəhd göstərmişdir. Dərhal həmin avtomobilin dövlət qeydiyyat nişanını radio-rabitə vasitəsi ilə qarşıdakı naryadlara saxlanılmasını təmin etmək üçün məlumat verilmişdir. Həmin avtomobili **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin köməkliyi ilə H.Əliyev Mərkəzinin yanında saxlamışlar. Sürücü yerə düşərək əlindəki telefon vasitəsi ilə onları çəkməyə və əhalidə polis orqanları haqqında mənfi fikir yaratmağa çalışmışdır. Sürücüdən qayda pozduğunu, bu barədə narazıdırsa müraciət etmək hüququnun olduğunu bildirmişdir. Sürücü xüsusi aqressiya göstərərək avtomobilinə təpik zərbələri vurub, özünü yandıracağını dedikdə dərhal müdaxilə edərək sürücünün özünə və ətrafdakılara zərər verməsinin qarşısını almışlar. Sürücü bölməyə aparılarkən yolda düşərək qaçmaq və H.Əliyev prospektində özünü maşının altına atmaq istəmişdir. “İnzibati qaydada tutma haqqında” 24.08.2021-ci il tarixli Protokoldan görünür ki, Şəxs 24.08.2021-ci il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirilir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 24.08.2021-ci il tarixdə, saat 09:30 radələrində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qanunauyğundur. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1900/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1900/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver