Məhkəmə qərarları › İş №3(005)-1900/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1900/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1900/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı X2 02 aprel 2024-cü il tarixli, EQ 20320731 nömrəli və 04 aprel 2024-cü il tarixli, EQ 20364550 nömrəli inzibati xəta haqqında protokollar əsasında verilən qərarlardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 02 aprel 2024-cü il tarixli, EQ 20320731 nömrəli və 04 aprel 2024-cü il tarixli, EQ 20364550 nömrəli inzibati xəta haqqında protokollar əsasında verilən qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. X3 şikayət ərizəsində 02 aprel 2024-cü il tarixli, EQ 20320731 nömrəli və 04 aprel 2024-cü il tarixli, EQ 20364550 nömrəli inzibati xəta haqqında protokollar əsasında verilən qərarların ləğv edilməsini xahiş etməsinə baxmayaraq, ərizəsinə mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarları əlavə etməmişdir. Eyni zamanda qeyd olunan qərarlar ayrı-ayrılıqda mübahisələndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 02 aprel 2024-cü il tarixli, EQ 20320731 nömrəli və 04 aprel 2024-cü il tarixli, EQ 20364550 nömrəli inzibati xəta haqqında protokollar əsasında verilən qərarlardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar