Məhkəmə qərarları › İş №3(005)-1900/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1900/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1900/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X2 vəkili və nümayəndəsi Qanunçuluq vəkil bürosunun vəkili Vəkil oglunun , Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin nümayəndəsi X18 iştirakları ilə, X23 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 07 may 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 07 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 07 may 2025-ci il tarixində barəsində, xx.xx.2025-ci il tarixində özünə qəsd edərək dünyasını dəyişmiş vətəndaş X3 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi əsası ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə, 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1870215 nömrəli inzibati tənbeh vermə haqqında ərar əsassızdır, ləğv edilməlidir. Belə ki, qərarı qəbul edən orqan tərəfindən hadisələrin obyektiv cəhətinə düzgün qiymət verilməmiş, əmək müqaviləsi bağlanmamasının faktiki və hüquqi əsasları araşdırılmamışdır. Belə ki, işəgötürən qismində X23 ilə işçi qismində X8 arasında əmək müqaviləsinin bağlanmaması inzibati xətanın törədilməsinin mütləq əsası kimi nəzərdən keçirilmişdir. Halbuki, qərarı qəbul edən orqan tərəflər arasındakı münasibətə qiymət verməli, onlar arasında faktiki əmək münasibətlərinin yaranıb-yaranmadığını araşdırmalı, yarandığı halda faktiki əmək münasibətini sübut edən məqamları qeyd etməli, habelə tərəfləri əmək müqaviləsini Əmək Məcəlləsində nəzərdə tutulan qaydada bağlamağa məcbur edən normativ əsasları göstərməli idi. Əvvəlcə inzibati orqan tərəfindən əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş kimi göstərilən şəxs - İsfəndiyar Abdullayev özü həmin ticarət obyektində ********** saylı VÖEN əsasında icarəyə verən X19 ilə icarə müqaviləsi bağlayaraq fərdi sahibkar kimi fəaliyyət göstərmiş və eyni zamanda işəgötürən kimi də çıxış etmişdir. İsfəndiyar Abdullayevin işəgötürən kimi əmək müqaviləsi bağladığı işçilərdən biri də o olmuşdur. Belə ki, inzibati orqanın inzibati xətanın törədilməsinin başlanğıcı kimi göstərdiyi tarixdə, yəni 17 yanvar 2025-ci il tarixində onun işəgötürən İsfəndiyar Abdullayevlə əmək müqaviləsi qüvvədə idi. Qeyd edir ki, o xx.xx.2023-cü il tarixində mərhum İsfəndiyar Abdullayevlə əmək müqaviləsi bağlayaraq əsas iş yeri üzrə kassir vəzifəsinə işə qəbul edilmiş və 24 yanvar 2025-ci ildə öz istəyimlə əmək müqaviləmə xitam verilmişdir. İsfəndiyar Abdullayev 2025-ci ilin yanvar ayının əvvəllərində sahibkarlıq fəaliyyətini davam etdirmək istəmədiyini, VÖEN üzrə fəaliyyətini dayandıracağını bildirdikdə o fərdi sahibkar kimi qazanc əldə etmək üçün elə həmin ticarət obyektində fəaliyyət göstərmək niyyətini bildirmişdir. Daha sonra intihar hadisəsi ilə məlum oldu ki, onun psixoloji problemləri var imiş, bu səbəbdən də sahibkarlıq fəaliyyətini də həyata keçirə bilməyib. 2025-ci ilin yanvar ayının ilk günlərində onun VÖEN üzrə fəaliyyəti rəsmi qaydada dayandırılmış və 06 yanvarda icarə müqaviləsinə xitam verilmişdir. 07 yanvar 2025-ci ildə mən icarəyə verən X19 ilə 1 il müddətinə icarə müqaviləsi bağlamışdır. Məlum olduğu kimi əmək münasibətini digər münasibətlərdən fərqləndirən bir çox nüanslar vardır. Onlardan ən vacibi kimi işçinin işəgötürəndən sosial, iqtisadi və psixoloji cəhətdən asılılığını, işəgötürənin əmrinə uyğun əmək funksiyalarının icrasını, habelə işəgötürən tərəfindən intizam məsuliyyəti tədbiri tətbiq edilməsi hallarını misal göstərmək olar. Adıçəkilən şəxs barəsində faktiki olaraq, intizam məsuliyyət tədbiri, işəgötürən tərəfindən əmr və ya digər əmək münasibətinə xas xüsusatların tətbiq olunduğuna dair sübut olmadan onun əmək münasibəti kimi qiymətləndirilməsi qanunsuzdur. Belə olan halda qərarı qəbul edən orqanın tərəflər arasında qurulmuş münasibəti nəyə görə əmək münasibəti kimi dəyərləndirməsi qeyri-müəyyəndir. Axı necə ola bilər ki, sahibkar öz sahibkarlıq fəaliyyətini dayandırıb, qısa müddət əvvəl işçisi olan şəxslə faktiki əmək münasibətinə daxil olaraq ondan göstərişlər alsın. Bu ağlabatan olmamaqla yanaşı göstərilən tarixdə, yəni 17 yanvar 2025-ci ildə onun işçi kimi müqaviləsinin qüvvədə olması da qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu təsdiq edir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam tənbehinin tətbiq edilməsi və s.) ilə digər münasibətlərdən fərqlənir. Göründüyü kimi, 17 yanvar 2025-ci ii tarixindən 17 fevral 2025-ci il tarixinədək əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi iddia olunan şəxs - X8 24 yanvar 2025-ci il tarixində onunla arasında mövcud olan əmək müqaviləsinə xitam verə bilibsə, deməli, həmin tarixdə o onun işəgötürəni olmuşdur. Həmçinin, İsfəndiyar Abdullayev fərdi sahibkar kimi fəaliyyət göstərmiş, vergi uçotuna alınmış və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) onun adına rəsmiləşdirilmişdir (X4 məxsus vergi ödəyicisinin eyniləşdirmə nömrəsi: **********). Odur ki, həmin tarixdə “Padişah Hamamı” adlı kommersiya obyektində hüquqi və faktiki olaraq işəgötürən funksiyasını İsfəndiyar Abdullayev həyata keçirmişdir. Həmin şəxs işəgötürən statusunda müxtəlif şəxslərlə əmək münasibətlərinə daxil olmuş, bu münasibətlər əmək müqavilələri vasitəsilə rəsmiləşdirilmişdir. X8 icarəçi olmaqla, icarəyə verən X19 arasında “Padişah Hamamı” adlı kommersiya obyektinin yerləşdiyi ünvan 1 küçəsi, ev ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixində, 01 saylı İcarə müqaviləsi imzalanmışdır. Sözügedən İcarə müqaviləsinə 06 yanvar 2025-ci il tarixində xitam verilmiş, həmin tarixdən 1 gün sonra, yəni 07 yanvar 2025-ci il tarixində X20 ilə aralarında həmin icarə obyektinin icarəyə verilməsi barədə yeni icarə müqaviləsi bağlanılmışdır. O, İsfəndiyar Abdullayevin sahibkarlıq fəaliyyətini dayandırmaq niyyətini biləndə qazanc əldə etmək məqsədilə orada sahibkar kimi fəaliyyət göstərmək istəmişdir. 2025-ci ilin yanvarın ilk günlərində İsfəndiyar Abdullayevin VÖEN üzrə fəaliyyəti dayandığından və 6 yanvar 2025-ci ildə icarə müqaviləsinə xitam verildiyindən o bu məqsədlə həmin obyektin icarəyə götürülməsi üçün 07 yanvar tarixində müqavilə bağlamış, 24 yanvar 2025-ci ildən əmək müqaviləsinə xitam verilməsi üçün İsfəndiyar Abdullayevə müraciət etmişdir. Daha sonra isə həmin ticarət obyektində sahibkarlıq fəaliyyətini həyata keçirməyə başlamışdır.Qəbul edilmiş qərarın məntiqi cəhətdən ağlabatan olmayan digər tərəfi ondan ibarətdir ki, o əvvəllər işçisi olduğu şəxslə əmək müqaviləsi bağlamamaqda təqsirli bilmir. Necə ola bilər ki əvvəllər onu işə götürmüş sahibkar daha sonra bütün işi ona həvalə edib, işçi olmağa razılaşsın.İsfəndiyar Abdullayevin xx.xx.2025 - xx.xx.2025 tarixləri arasında özü-özü ilə əmək müqaviləsi bağlaması hüquqi baxımdan əsassızdır və əmək münasibətlərinin subyektləri tələbinə ziddir. Bu dövrdə o, yalnız işəgötürən statusunda çıxış etmişdir. Həmin tarixdən sonra isə onların arasında ümumiyyətlə əmək münasibətləri mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X26 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş X3 xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində ünvan 1 küçəsi 2 ünvanında yerləşən “Padişah” hamamın istixanasında özünü asaraq intihar etməsi ilə bağlı X5 xx.xx.2025-ci il tarixli **********.65989 nömrəli məlumatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən X9 ilə “Respublika Təcili və X14 Mərkəzi” X29 arasında qüvvədə olan əmək müqaviləsi bildirişinin olduğu məlum olmuşdur.Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən hadisə zamanı X8 ilə hər hansı işəgötürən arasında əmək müqaviləsi bildirişinin olmasına dair qeydin mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə xüsusi video qeydiyyat qurğusunun tətbiqi ilə hadisə baş verdiyi yer kimi qeyd olunan ünvan 1 küçəsi 2 ünvanında yerləşən və fərdi sahibkar_X17 (işəgötürənin adı sonradan araşdırmaya məlum olmuşdur) istifadəsində olan “Padişah hamam” iaşə obyektinə baxış keçirilmiş X11 və X10 izahatları alınmışdır. "X11 (FmTNZ7NG9) izahatında izahat verdiyi tarixdən 1 ay öncə fərdi sahibkar X23 tərəfindən işə qəbul edildiyini, işə qəbul edildiyi vaxt mərhum X3 həmin hamamda nəzarətçi vəzifəsində işlədiyini, özünün həmin bədbəxt hadisənin bilavasitə şahidi olmadığını hadisə barədə sonradan xəbərdar olduğunu, ofisiant vəzifəsində çalışdığını, mərhumun həmin hamamı əvvəllər özünün sahibkar kimi idarə etdiyini, ölümünə qədər isə həmin hamamda nəzarətçi vəzifəsində çalışdığını qeyd etmişdir. X15 (Fin 5X1NZ6W) izahatında ünvan 1 küçəsi 2 ünvanında yerləşən və fərdi sahibkar X17 istifadəsində olan “Padişah hamam -da nəzarətçi vəzifəsində işlədiyini, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində evində olduğu vaxt iş yerindən əməkdaşlar tərəfindən ona zəng edildiyini, X3 özünə qəsd etdiyinin bildirildiyini, dərhal işə getdiyini, mərhum İ.Abdullayevin özünü asdığı qazanxananın bina sakinlərinin ümumi istifadəsində olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən X2 vəkili və nümayəndəsi Vəkil oglu şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X21 Xidmətinin Bakı şəhər İdarəsində izahat vermiş işəgötürən X23 tərəfindən işə götürülmüş X11 və X1 İsfəndiyar Məlik oğlunun nəzarətçi vəzifəsində işləməsi və daha sonra özünü asaraq öldürməsini barədə məlumat vermişdirlər. X21 Xidmətinin nümayəndəsi tərəfindən təqdim edilmiş müxtəlif tarixli əmək müqavilələrindən görünür ki, X23 işəgötürən qismində çıxış edərək bir çox işçini işə götürməsi ilə bağlı əmək müqavilələri imzalayaraq əməyə cəlb etmiş, lakin X6 əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 192.1-ci maddəsinə əsasən:Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatdadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək , hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 07 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar