Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1903/2023 14.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası DNŞ-nin Şəxs vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası DNŞ-nin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2 Azərbaycan Respublikası DNŞ-nin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-01460/23 nömrəli, 06 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ünvanına Çin Xalq Respublikasında fəaliyyət görsədən “HEBEl ABTER STEEL PİPE CO.LTP” şirkəti tərəfindən 26163-22 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə ilə göndərilən mənşə ölkəsi Çin olan mallar 1207 nömrəli qatara qoşulan 94285921, 94282456, 94303187, 94286275, 94311610, 94285202, 94338423, 94340544, ********. 94319068, 94331287, 94311842, 94316999, 94314895, 94316791, 94329497 nömrəli vaqonlar ilə idxal edilmis və **********9318, **********8665, **********8675, **********8670, **********8654, **********9366, **********8574, **********8957, **********8678. **********8796, **********8684, **********8638, **********8395, **********8396, **********8397, **********8414, **********8406 sorğu nömrəli gömrük bəyannamələri tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, AR DNŞ-nın Şəxs ünvanına qeyd olunan vaqonlar ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113 1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı AR DNS-nın Şəxs ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı 1207 nömrəli qatara qoşulan 94285921, 94282456, 94303187, 94286275, 94311610, 94285202, 94338423, 340544, 94228087, 94319068, 94331287, 94311842, 94316999, 94314895, 94316791, 94329497 nömrəli vaqonlar Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cül tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postunda qeydiyyata alınaraq daxil olmuşdur, lakin həmin 1207 nömrəli qatara qoşulan vaqonlar ilə ölkə ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili Nümayəndə tərtib olunmuş protokola dair etiraz edərək izahatında göstərdi ki, tərtib olunmuş protokoldan və iş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, mallar “HEBEl ABTER STEEL PİPE CO.LTP” şirkəti tərəfindən Şəxs ünvanına göndərilmişdir. Lakin qeyd etmək istəyirlər ki, Şəxs ilə “HEBEl ABTER STEEL PİPE CO.LTP” şirkəti arasında hər-hansı bir alqı-satqı müqaviləsi mövcud deyil və adı çəkilən şirkətdən mallar idxal edilməmişdir. Buna görə də, Trest həmin Şirkətdən idxal etmədiyi mallara görə qısa idxal bəyannaməsi təqdim edə bilməzdi. Qeyd olunanlar nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DNŞ-nin Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, 16 iyun 2023-cü il tarixli, 3(005)-1903/2023-cü nömrəli bildirişə cavab olaraq Şəxs ilə Çin Xalq Respublikasında fəaliyyət göstərən “HEBEİ ABTER STEEL PİPE CO.LTD” şirkəti arasında müqavilə bağlanmadığını, inzibati xəta haqqında 00100-01460/23 saylı protokolda qeyd olunan 26163-22-ci nömrəli xx.xx.2022-ci il tarixli müqavilə digər müəssisəyə aid olduğunu bildirmişlər. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014221 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına xx.xx.2023-cü il tarixində 94285921 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********9318 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014186 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına 94282456 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8665 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014217 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın “X4" Trestinin ünvanına 94303187 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8675 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014214 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına 94286275 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8670 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014310 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın “X4" Trestinin ünvanına 94311610 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8654 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014276 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına 94285202 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********9366 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014220 nömrəli xx.xx.2023- cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına 94338423 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8574 saylı GB ilə bəyan, olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014348 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına 94340544 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8957 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014308 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın “X4" Trestinin ünvanına 94228087 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8678 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014448 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın “X4" Trestinin ünvanına 94319068 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8796 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014222 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs ünvanına 94331287,94311842 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8684, **********8638 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014235 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına 94316999 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8395 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014243 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına 94316999 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8396 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014562 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına 94314895 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8397 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014218 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına 94316791 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8414 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/014312 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AR DNŞ-nın Şəxs ünvanına 94329497 nömrəli nəqliyyat vasitə ilə ölkə ərazisinə daxil olmuş və **********8406 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, raportların hər birində qeyd olunan Çin Xalq Respublikasında fəaliyyət görsədən “HEBEİ ABTER STEEL PİPE CO.LTD” şirkəti tərəfindən 26163-22 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə ilə AR DNŞnın Şəxs ünvanına göndərilən mənşə ölkəsi Çin olan mallar 1207 nömrəli qatara qoşulan 94285921, 94282456, 94303187, 94286275, 94311610, 94285202, 94338423, 94340544, 94228087, 94819068, 94331287, 94311842, 94316999, 94314895, 94316791, 94329497 nömrəli vaqonlar ilə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Qərb Baş Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postunda qeydiyyata alınaraq daxil olmuşdur. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, AR DNŞ-nın Şəxsn (VÖEN:**********) ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı 1207 nömrəli qatara qoşulan 94285921, 94282456, 94303187, 94286275, 94311610, 94285202, 94338423, 94340544, 94228087, 94319068, 94331287, 94311842, 94316999, 94314895, 94316791, 94329497 nömrəli vaqonlar Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cül tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postunda qeydiyyata alınaraq daxil olmuşdur, lakin həmin 1207 nömrəli qatara qoşulan vaqonlar ilə ölkə ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. İş materiallarında olan “Alıcı” adlanacaq Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və fəaliyyə göstərən AR DNŞ-nın Şəxs ilə “Satıcı” adlanacaq Gürcüstan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və fəaliyyə göstərən “Ninox Alliance” JSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 26163-22 nömrəli “Malların alqı-satqı müqaviləsi”ndən görünür ki, bu Müqaviləyə əsasən “Satıcı” bu Müqavilənin 1 saylı Qoşmasında göstərilmiş malları “Alıcı”nın ünvanına çatdırır. “Alıcı” isə Müqavilə əsasında malların dəyərini ödəyir. İş materiallarında olan müvafiq olaraq xx.xx.2023 – xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrindən görünür ki, “Ninox Alliance” JSC-nin (Gürcüstan) tapşırığı ilə “HEBEl ABTER STEEL PİPE CO.LTP” şirkəti (Çin Xalq Respublikası) tərəfindən mallar AR DNŞnın Şəxs ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası DNŞ-nin Şəxs tərəfindən qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DNŞ-nin Şəxs qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DNŞ-nin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1903/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1903/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver