Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1904/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1985-ci il tarixdə Zərdab rayonunda anadan oilan, ailəli, ali təhsilli, "xxxx" MMC-nin direktoru, Zərdab rayonu Yuxarı Seyidlər Ə/D, Siləyli kəndində qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X13 "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 03 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5474/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2(113)-523/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-1862/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2103/2020 nömrəli xx.xx.2020-ei il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1787/2021 nömrəli xx.xx.2021 -ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2635/2022 nömrəli xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-3340/2022 nömrəli 10.11,2022-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1446/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Bakışəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-84/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-294/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1016/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-16(005)-200/2023 nömrəli xx.xx.2023- cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2(113)-1258/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-16(005)-299/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-402/2022 nömrəli 0xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-16(005)-54/2024 nömrəli 21,02.2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-258/2023 nömrəli 26.01,2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-16(005)-62/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-16(005)-214/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1613/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-3(005)-3395/2024 nömrəli 06.11,2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-658/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-906/2023 nömrəli, xx.xx.2023-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-658/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16(005)-126/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16(005)-214/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1825/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-977/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16(005)-272/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-58/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5676/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədlərinin icra edilməmiş, nəticədə "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaarq tərəflər məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxslərinin iştirakı olmadan işə baxılmasını uyğun hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-1862/2022 saylı icra vərəqəsindən görünür ki, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5000(beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)-1787/2021 saylı icra vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-2635/2022 saylı icra vərəqəsindən görünür ki, «EVROSTROY-S.S” MMC ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə şərtlərinə əsasən Nərimanov rayonu, M.Qaşqay küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 78,2 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 20 saylı mənzilin verilməsi öhdəliyi «EVROSTROY-S.S” MMCnin üzərinə qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-3340/2022 saylı icra vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)-1446/2021 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı il tarixli 16 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət 16 saylı mənzilinə və xx.xx.2016-cı il tarixli 21 saylı müqaviləyə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət 13 saylı mənzilinə X9; xx.xx.2018-ci il tarixli 14 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 12-ci mərtəbəsində ümumi sahəsi 212 kv. m. olan izolə olunmuş 4 otaqdan ibarət 228 saylı mənzilinə, xx.xx.2018-ci il tarixli 12 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 9-cu mərtəbəsində ümumi sahəsi 139,3 kv. m. olan izolə olunmuş 3 otaqdan ibarət 162 saylı mənzilinə və xx.xx.2018-ci il tarixli 11 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 11-ci mərtəbəsində ümumi sahəsi 162 kv. m. olan izolə olunmuş 3 otaqdan ibarət 168 saylı mənzilinə X6; xx.xx.2019-cu il tarixli 141A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 14-cü mərtəbəsində ümumi sahəsi 161,7 kv. m. olan izolə olunmuş 3 otaqdan ibarət 126 saylı mənzilinə və xx.xx.2019-cu il tarixli 142A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 14-cü mərtəbəsində ümumi sahəsi 106 kv. m. olan izolə olunmuş 2 otaqdan ibarət 179 saylı mənzilinə X5; xx.xx.2019cu il tarixli 147A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 140 saylı mənzilinə X7; xx.xx.2019-cu il tarixli 144A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D girişi,yaşayışın 15-ci mərtəbəsi, ümumi sahəsi 93,75 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 239 saylı mənzilinə və xx.xx.2019-cu il tarixli 143A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C girişi,yaşayışın 14-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət 180 saylı mənzilinə X8; xx.xx.2017-ci il tarixli 70 saylı müqaviləyə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 3-cü mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət 7 saylı mənzilinə X2; xx.xx.2018-ci il tarixli 24 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 15 mərtəbəli yaşayış evinin E girişi, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 161,7 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət 263 saylı mənzilinə X1 və istifadə hüquqları tanınsın və əmlakların təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-84/2023 saylı icra vərəqəsindən görünür ki, 2(005)-940/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində "xxxx" MMC tərəfindən inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən “İcraata başlamaq haqqında” qərarların və müvafiq bildirişlərin surətindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqələrinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1904/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1904/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver