Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1906/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə rəisi X1, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə İsmayıllı rayonunun Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İsmayıllı rayonunun Quşencə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 27 avqust 2021-ci il tarixdə saat 10:30 radələrində Nərimanov rayonu, Ə.Əliyev küçəsində YPX inspektorları saxlayarkən qanuni tələblərinə tabe olmamış və etik davranış hərəkətlərinə uyğun olmayan hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, 27 avqust 2021-ci il tarixdə Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan yol-patrul xidməti alayının yol patrul xidməti inspektorları X7 və X3 bir nəfər şəxsi qanuni tələblərinə tabe olmadığına raportla növbətçi hissəyə təhvil vermişlər. Raportda göstərilmişdir ki, “VAZ 2107” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin küləyə qarşı olan ön şüşəsi tünd olduğu üçün tərəflərindən saxlanılmış və sürücülük vəsiqəsi olmadığı üçün sürücüyə avtomobilin cərimə meydançasına gedəcəyi və barəsində tədbir görüləcəyi izah edilmişdir. Avtomobilə əyləşib idarə edən zaman sürücü avtomobilin açarına əl atıb söndürmüş və açarı yerindən çıxartdaraq cərimə meydançasına getməyəcəyini bildirmişdir. Dəfələrlə onu qanuni tələbə tabe olmağa dəvət etsələr də, Şəxs qəsdən onların tələbinə tabe olmamış və küçə söyüşləri söymüşdür. Ondan bu əməllərini dayandırmağı barədə tələbləri də nəticəsiz qalmışdır. Həmin şəxs qanuni tələbə tabe olmamış və əməllərini davam etdirmişdir. Şəxsiyyəti müəyyən edilən Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, İsmayıllı rayonunda ailəsi ilə birgə yaşayır. 20 avqust 2021-ci il tarixində “Vaz 2107” markalı avtomobili ilə Bakı şəhərinə xırda alver etmək məqsədilə gəlmişdir. 27 avqust 2021-ci il tarixdə idarə etdiyi avtomobillə Nərimanov rayonunda hərəkətdə olarkən YPX əməkdaşları ona saxla işarəsi vermişdir. Yol polis əməkdaşları ona avtomobilin şüşələrinin rəngli olduğunu, buna görə avtomobili cərimə meydançasına aparacaqlarını, onun barəsində isə tədbir görəcəklərini bildirmişlər. O, tərəddüd etmədən avtomobilin açarını vermiş, lakin yolda polis əməkdaşları ilə aralarında baş verən mübahisə zəminində əsəbləşmiş, avtomobil hərəkətdə olan zaman açarı çıxardaraq avtomobili söndürmüşdür. Əsəblərini cilovlaya bilməmiş, avtomobilin qabaq hissəsinə təpik vuraraq əzmiş və ucadan qışqırmışdır. YPX əməkdaşları əlavə polis qüvvəsi çağıraraq onu sakitləşdirmiş və şöbəyə aparmışlar. Əməlindən peşman, İİ qrup əlil olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan yol-patrul xidməti alayının yol patrul xidməti inspektoru X7 izahatında göstərdi ki, 27 avqust 2021-ci il tarixdə saat təxminən 10:30 radələrində Ə.Əliyev küçəsində iş yoldaşı X3 ilə birlikdə xidmət apararkən “VAZ 2107” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin küləyə qarşı olan ön şüşəsi tünd olduğu üçün tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı avtomobilin ön şüşəsinin tünd olduğunu və sürücünün sürücülük vəsiqəsinin olmadığını müəyyən etmişlər. Sürücüyə avtomobilin cərimə meydançasına gedəcəyi və barəsində tədbir görüləcəyi izah edilmişdir. Avtomobilə əyləşib idarə edən zaman sürücü avtomobilin açarına əl atıb söndürmüş və açarı yerindən çıxartdaraq cərimə meydançasına getməyəcəyini bildirmişdir. Hətta, sürücü avtomobilini yandırmağa cəhd etmişdir. Dəfələrlə onu qanuni tələbə tabe olmağa dəvət etsələr də, Şəxs qəsdən onların tələbinə tabe olmamış və küçə söyüşləri söymüşdür. Ondan bu əməllərini dayandırmağı barədə tələbləri də nəticəsiz qalmışdır. Həmin şəxs qanuni tələbə tabe olmamış və əməllərini davam etdirmişdir. Nərimanov RPİ-nin PPX-nin əməkdaşlarını dəvət edib onu 17-ci Polis şöbəsinə aparmışlar. Həmin şəxs barəsində müvafiq tədbir görülməsi barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan yol-patrul xidməti alayının yol patrul xidməti inspektoru X5 oxşar məzmunlu izahat verərək şahid X4 dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan yol-patrul xidməti alayının yol patrul xidməti inspektorları X7 və X3 tərəfindən 17-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 27 avqust 2021-ci il tarixli raportdan görünür ki, 27 avqust 2021-ci il tarixdə saat təxminən 10:30 radələrində Ə.Əliyev küçəsində xidmət apararkən “VAZ 2107” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin küləyə qarşı olan ön şüşəsi tünd olduğu üçün tərəflərindən saxlanılmış və yoxlama zamanı müəyyən olunmuşdur ki, ön şüşə tünddür və sürücünün sürücülük vəsiqəsi yoxdur. Sürücüyə avtomobilin cərimə meydançasına gedəcəyi bildirildi və avtomobilə əyləşib idarə edən zaman sürücü məcburən avtomobili söndürdü və açarı yerindən çıxardaraq cərimə meydançasına getməyəcəyini bildirdi. Dəfələrlə onu qanuni tələbə tabe olmağa dəvət etsələr də, Şəxs qəsdən onların tələbinə tabe olmamış və küçə söyüşləri söymüşdür. Ondan bu əməllərini dayandırmağı tələb etsələr də, həmin şəxs qanuni tələbə tabe olmamış və əməllərini davam etdirmişdir. Nərimanov RPİ-nin PPX-nin əməkdaşlarını dəvət edib onu 17-ci Polis şöbəsinə aparmışlar. Həmin şəxs barəsində müvafiq tədbir görülməsi xahiş olunmuşdur; Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri Qaraş Quliyev və Ənvər Qarayev tərəfindən 17-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 27 avqust 2021-ci il tarixli raportdan görünür ki, 27 avqust 2021-ci il tarixdə saat təxminən 11:15 radələrində Samurun növbətçi hissəsindən radiostansiya vasitəsilə Ziya Bünyadov və Əliyar Əliyev küçələrinin kəsişməsində Çermet adlanan körpünün altında olan naryada kömək göstərilməsi deyilmişdir. Deyilən yerə yaxınlaşmış və orada “VAZ 2107” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sənədlərini və avtomobilin açarlarını DYP əməkdaşlarına təqdim etməməsinin və avtomobili duraca aparılmasına mane almasının şahidi olmuşlar. Həmin şəxsi şöbəyə gətirib növbətçi hissəyə təhvil vermişlər; Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs 01.12.1991-ci il tarixdən müddətsiz ümumi xəstəlikdən İİ qrup əlildir; Hadisənin görüntülərini özündə əks etdirən diskə baxış keçirilərkən aydın oldu ki, Şəxs avtombilinin açarlını yol polis əməkdaşına təqdim edir. Yol polis əməkdaşı avtomobilə əyləşərək onu idarə edir. Lakin, yolda Şəxs qəfildən avtomobilin açarına əl atıb avtomobili söndürür və cərimə meydançasına getməyəcəyini bildirir. Bu zaman nalayiq ifadələr işlədir və tez-tez həmin ifadələri təkrar edərək yol polis əməkdaşlarını söyür. Avtomobildən düşərək avtomobilin qabaq hissəsini açır və kibritlə avtomobili yandırmağa çalışır. Yol polis əməkdaşı yanğını yanğınsöndürənlə söndürür. Şəxs söyüş söyməkdə və polis əməkdaşlarının tələbinə tabe olmamaqda davam edir. Köməyə PPX əməkdaşları gəlir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs yol polis polis əməkdaşlarının vəzifələrini yerinə yetirmələrinə mane olmuş və onların qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını, İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 30.2-ci maddəsinin tələbini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1906/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1906/2021
27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver