Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1912/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X4 iştirakları ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Nərimanov rayonu A.Molla Cümə küçəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 327.4-cü maddəsi ilə təqsirli bilinərək, (birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə) xx.xx.2024-cü il tarixli İXP6002789 nömrəli inzibati xəta haqqında protokola əsasən Bakı şəhər DYPİ polis mayoru X2 tərəfindən İXM-nin tələblərinə, yəni icraatın aparılmasını qaydasına əməl etmədən onun barəsində 2024-cü il 26 mart tarixli TP ******* nömrəli Qərar qəbul edilərək 150 manat məbləğində və 4 bal cərimə tətbiq edilmişdir. Bildirir ki, qeyd olunan məsələ ilə əlaqədar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 3(005)-715/2024 nömrəli qərarı ilə BPİ-nin X10 İdarəsi 2024-cü il10 fevral tarixli TP ******* nömrəli Qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün BPİ-nin X10 İdarəsinə qaytarılmışdır. Sözügedən İdarə də yenidən İnzibari Xətalar Məcəlləsinin tələblərinə əməl etmədən, heç bir araşdırma aparmadan, şəxsin iştirakı olmadan 2024-cü il 26 mart tarixli TP ******* nömrəli Qərar qəbul etmişdir. Qeyd edir ki, hazırda cərimə məbləği 150 manat dəbbə pulu 69 manat ümumi məbləğ 219 manat olmuşdur. Bildirir ki, məhkəmənin ləğv qərarının olmasına baxmayaraq dəbbə pulu yanvar ayından hesablanır. Qeyd olunanlara əsasən 2024-cü il 26 mart tarixli TP ******* nömrəli Qərarı qanunsuz hesab edir. Belə ki, o sözü gedən qayda pozuntusunu etməmişdir və bu faktı təsdiq edən heç bir sübut mövcud deyildir. Həmin hadisə yalnız polis əməkdaşının şifahi izahatına və fərziyyələrinə əsaslanır. Əlavə edir ki, inzibati tənbeh vermə haqqında qərarada heç bir fotoşəkil və ya video əlavə edilməmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixində saat 12:15-radələrində (***-***-**-**) nömrəli mobil telefondan əlaqə saxlanılaraq şəxsi Bakı şəhər DYPİ-nin polis mayoru kimi təqdim edərək şəxsin barəsində çox saylı vətəndaş şikayətinin olduğunu bildirərək araşdırılma aparıldığını və protokol tərtib olunacağı deyilmişdir, şəxs isə səbəbini soruşanda deyilmişdir ki, şəxs işdən çıxanda yolun əks istiqamətində çıxır, hər gün qayda pozur. Şəxs nə vaxt törədildiyini soruşanda isə əvvəlki ay olduğunu dedikləri üçün o, məhkəməyə müraciət edəyəcəyini bildirmişdir. Eyni zamanda o şikayət ərizəsində bildirmişdir ki, İXM-in 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, X7 1.1, 1.3 və 1.11 nişanlarının tələblərini pozaraq təhlükəli qəza şəraiti yaratmışdır. Şəxs tərəfindən törədilmiş inzibati xəta X10nin əməkdaşı tərəfindən vizual olaraq aşkar edilmişdir. Bu səbəbdən də inzibati icraat Azərbaycan Respublikası İXM-nin 124-cü maddəsinin tələblərinə uyğun aparılmışdır. Hesab edir ki, “İnzibati tənbeh vermə haqqında” qərar qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri DYPİ-nin nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd DVD-R formatlı diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:37-də Nərimanov rayonu, X11 küçəsində X7 idarə etdiyi “Hyundai Accent” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi müəyyən edilir. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X7 xx.xx.2024-cü il saat 08:37 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində idarə etdiyi **-HK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı nəqliyyat vasitəsi ilə tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Bu hal məhkəməyə təqdim olunmuş 01 ədəd DVD-R formatlı diskdə olan görüntülərlə tam təsdiqini tapır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1912/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1912/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver