Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1913/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X4, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Neftçilər prospekti 4 ünvanında hərəkətdə olarkən Bakı şəhər X15 İdarəsinin Müşayiət-eskort bölüyü YPX inspektoru polis baş serjantı X10 tərəfindən X2 əmri verilmişdir. Buna səbəb isə ban şüşələrinə qanunla qadağan edilmiş örtüklərin çəkilməsi olmuşdur. Bununla bağlı polis əməkdaşı qanunsuz olaraq həmin örtükləri sökmüşdür. Halbuki onun avtomobilinin arxa yan şüşələrinə jalüz quraşdırılmışdır. X8 qeyd etmişdir ki, heç bir qayda pozuntusuna yol verməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmasına baxmayaraq qərar ona təqdim edilməmişdir. X8 qərarın alınması üçün Baş X15 İdarəsinə getsə də, orada ona bildirmişlər ki, qərarla razı olduğunu yazsa, qərarı ona verə bilərlər. X8 bununla razılaşmamışdır və ona görə də qərarı ona verməkdən imtina etmişlər. Ancaq xx.xx.2024-cü il tarixdə “AsanPay” xidmətində onun şəxsi kabinetinə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərar yerləşdirilmişdir. Qərara əsasən X1 Xətalar Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Daha sonra həmin qərar sistemdən silinib, xx.xx.2024-cü il tarixdə yenidən yerləşdirilmişdir. Həmin qərar 10 gün sonra- xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir və heç bir foto və ya video əlavəsi yoxdur. Qərar əsassız və qanunsuzdur, ona görə də ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X8 çıxış edərək bildirmişdir ki, örtük jalüzdür, pərdə deyil və şüşənin 35%-ni örtür, o həmişə jalüzdən belə istifadə etmiş və şüşələrə vurmuşdur. X8 həmçinin bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur və biznes müştərilər daşıyır, onların gözlərinə gün düşməsin deyə örtükdən istifadə edir. X8 çıxış edərək bildirmişdir ki, şikayəti əsaslıdır. Məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsinin nümayəndəsi X9 çıxış edərək bildirmişdir ki, şikayət əsassızdır. Belə ki, yol polisi əməkdaşı tərəfindən çəkilmiş videodan da görünür ki, örtük qara parçadan düzəldilmiş pərdədir. xx.xx.2024-cü il tarixdə saat 12:00-da X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinin tələbləri pozulduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X8 tərəfindən qayda pozuntusuna yol verilməsi ilə bağlı sübutları məhkəməyə təqdim edərək şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Neftçilər prospekti 4 ünvanında nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkərək yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. “AsanPay” ödəniş sistemindən götürülmüş çıxarışdan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Lakin X1 xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsinin nümayəndəsi X9 tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X8 xx.xx.2024-cü il tarixdə, saat 12:00-da Bakı şəhəri, Neftçilər prospekti 4 ünvanında nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkərək yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1913/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1913/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver