Məhkəmə qərarları › İş №3(005)-1914/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1914/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1914/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu X1 inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işə baxaraq, MÜƏYYƏN ETDİ: X2 onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. İşin baxılmağa hazırlanması zamanı iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Ak.H.Əliyev küçəsində (Nəsimi rayonunun ərazi yurisdiksiyasına aiddir) ərazisində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar