Məhkəmə qərarları › İş №3(005)-1917/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1917/2020

02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1917/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X6, Müdafiəçi 14 saylı Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs- X4 nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Vəliyev X9 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Vəliyev X9 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Vəliyev X12 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-2866/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Vəliyev X7 xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. İcra sənədi Nərimanov rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Vəliyev X9 qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X11 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Vəliyev X9 bu günədək 1360 manat aliment borcu yaranmasına baxmayaraq ödəməkdən imtina etməklə icra sənədinin icrasına qərəzli mövqe nümayiş etdirir. Zərərçəkmiş şəxs X4 nümayəndəsi X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-2866/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icraya yönəldiyi gündən bu günədək bir dəfə də olsun ödəniş edilməmişdir. O, icra sənədinin tam və vaxtlı-vaxtında icra olunmasını tələb edir. Hazırda Şəxs 10 gün müddətində icra sənədini icra edəcəyini bildirdiyindən ona qarşı şikayət və tələbi yoxdur. Lakin həmin müddət ərzində icra sənədi icra olunmazsa barəsində ən sərt tənbehin tətbiq edilməsini xahiş edəcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Vəliyev X12 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə aliment məbləğini ödəməməsinin səbəbi maddi vəziyyəti və işsizliyi ilə əlaqədardır. İcra sənədini icra etməkdən qərərzli olaraq yayınmamışdır. Belə ki, pandemiya ilə əlaqədar olaraq uzun müddətdir ki, bir çox iş yerləri müvəqqəti fəaliyyət göstərməmişdir. Bu səbəblə də icra sənədini icra etmək imkanında olmamışdır. Lakin hazırda yeni işə başladığından aliment öhdəliklərini tam və vaxtlı-vaxtında icra edəcəkdir. On gün müddət ərzində isə icra sənədi üzrə yaranmış borc məbləğini tam şəkildə ödəyəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-2866/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Vəliyev X7 xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-2866/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Vəliyev X10 göndərilmişdir. AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Vəliyev X12 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Vəliyev X12 tərəfindən icra sənədinin icra edilməməsinin səbəbləri qərəzli xarakter daşımamış, əksinə maddi vəziyyəti və işsizliklə əlaqədar olaraq icra edə bilməmiş, lakin hazırda əmək fəaliyyəti ilə məşğul olduğundan və qısa müddət ərzində aliment öhdəliklərini tam icra edəcəyindən, habelə zərərçəkmiş şəxsin şikayət və tələbinin olmadığından məhkəmə hesab edir ki, Q. Vəliyev tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Vəliyev X12 tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Vəliyev X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəliyev X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar