Məhkəmə qərarları › İş №3(005)-1918/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1918/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1918/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində Bakı şəhəri DYPİ Polis X2 tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, barəsində Bakı şəhəri DYPİ Polis X2 tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,30 iyul 2021-ci il tarixdə, saat 15:00-da o idarə etdiyi “Mercedes Benz E 220 Minik” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Ağa Neymətulla küçəsi ilə idarə edərkən yolda əvvəllər tanımadığı, adını və vəzifəsini sonradan bildiyi Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX baş inspektoru X4 tərəfindən saxlanılmışdır. Murad Mustafayev ona yaxınlaşaraq onun və idarə etdiyi avtomobilin sənədlərini ondan istəmişdir. O bunun səbəblərini aydınlaşdırmaq istəyəndə Murad Mustafayev ona bildirmişdir ki, guya o, yol qaydalarını pozub. O Murad Mustafayevdən xahiş etmişdir ki, onun yol qaydalarını pozduğunu təsdiq edən video görüntünü ona təqdim etsin. X8 yol qaydalarını pozduğunu təsdiq edən video görüntünü ona göstərməkdən imtina etmişdir. O Murad Mustafayevə bildirmişdir ki, onun tərəfindən heç bir yol qaydaları pozulmamışdır. Lakin onun dediklərinə məhəl vermədən Murad Mustafayev tərəfindən əsassız olaraq, hansı yol hərəkəti qaydalarını pozduğunu göstərmədən onun barəsində İXP ******* saylı X9 Protokol tərtib edilmişdir. O Murad Mustafayevdən xahiş edib ki, “Yol hərəkəti haqqında” Qanuna istinad edərək onun hansı yol qaydalarını pozduğunu Protokolda göstərsin. Belə ki, Murad Mustafayevin istinad etdiyi Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində: 1. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 2. “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, 3. əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, 4. Yolayrıcını keçmə qaydalarının pozulmasına, 5. ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqələrinə daxil olmasına, 6. 1.1, 1.3 və 1,11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə kimi yol hərəkəti qaydalarının pozulması kimi inzibati xətalar nəzərdə tutulmuşdur. X8 “sonra görərsən” sözlərini deyərək “Yol hərəkəti haqqında” Qanuna istinad etmədən və konkret olaraq hansı yol qaydalarını pozmağını göstərmədən qeyd etdiyi Protokolu tərtib etmişdir. Protokolda yazılanlarla razı olmadığına görə o həmin Protokolu imzalamaqdan imtina edib və Murad Mustafayevdən xahiş edib ki, onun barəsində tərtib etdiyi Protokolu onun yaşayış yeri üzrə Nərimanov məhkəməsinə göndərsin və Məhkəmədə o təqsirinin olmadığını sübut edəcək. X8 tərəfindən tərtib edilmiş Protokol Nərimanov rayon məhkəməsinə göndərilməsi əvəzinə 13 avqust 2021-ci il tarixdə, ona məlumat verilmədən və onun iştirakı olmadan Bakı şəhər DYPİ-nin vəzifəsi göstərilməyən və qərar qəbul etməyə səlahiyyəti olub-olmaması bilinməyən X6 tərəfindən Murad Mustafayev tərəfindən əsassız tərtib edilmiş İXP ******* saylı X9 Protokola əsasən, guya onun tərəfindən yolayrıcını keçmə qaydalarının pozulmasını göstərərək inzibati qaydada cəzalanaraq 60 manat məbləğində cərimələnməyi barədə TP ******* saylı Qərar çıxarılmışdır. Buna görə də o bununla bağlı Nərimanov rayon məhkəməsinə ərizə ilə müraciət etməyə məcbur olub. Bütün bunları nəzərə alaraq İXP ******* saylı X9 Protokol ilə barəsində başlanmış inzibati icraata xitam verilməsi və TP ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, X9 qərarı qəbul etmiş Bakı şəhəri BPİ-nin X13 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə X9 qərarı qəbul etmiş Bakı şəhəri BPİ-nin X12 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin Polis X2 tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X9 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən X9 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X9 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X9 iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X9 icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində 03.08.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri DYPİ Polis X2 tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri X13 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri DYPİ Polis X2 tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə X9 iş yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin X14 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar