Məhkəmə qərarları › İş №3(005)-192/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-192/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-192/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 24 dekabr 2022-ci il tarixli qərarından və 11 yanvar 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “RAVON R3” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili F.X.Xoyski küçəsi ilə A.Neymətulla küçəsinin kəsişməsinə çatanda sol tərəfdən gələn, yəni F.X.Xoyski küçəsinin əks tərəfinə keçən piyada qadına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Yeganə qazanc yeri bu fəaliyyətdəndir. Hadisə günü, 01 dekabr 2022-ci il tarixdə, saat 06:50 radələrində yuxarıda qeyd olunan avtomobillə saatda 20-25 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, FX.Xoyski küçəsi ilə, Ə.Əliyev küçəsi istiqamətindən Ə.Rəcəbli küçəsi istiqamətinə, 2 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı ilə hərəkət edirmiş. F.X.Xoyski küçəsi ilə A.Neymətulla küçəsinin kəsişməsinə çatanda qarşısında işıqforun hərəkətə icazə verən yaşıl işığı yanılı olduğuna görə dayanmadan hərəkətini düzünə davam etdirib kəsişməni keçdiyi zaman ondan sol tərəfdən gələn, yəni F.X.Xoyski küçəsinin əks tərəfinə keçən piyada qadın avtomobilinin sol tərəf fara hissəsinə dəyib yerə yıxıldığını görüb avtomobili dayandırıb qadına yaxınlaşmışdır. Onun sifət nahiyəsindən xəsarət aldığını görüb tibbi yardım göstərilməsindən ötrü TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Lakin həmin vaxtı hava yağışlı olduğuna görə qadını avtomobilinə əyləşdirmişdir ki, özü bədənini müayinə etdirmək üçün xəstəxanaya aparsın. Lakin qadın israrla xəstəxanaya getməkdən imtina edib onu yaxınlıqda yerləşən gedəcəyi ünvana aparsın. O da qadının xahişi ilə onu hadisə yerinin yaxınlığında yerləşən yaşayış binasının yanına aparmışdır. Orada qadın avtomobilindən yerə enib 5 mərtəbəli yaşayış binasına daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs X1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Elşad Cəfərov tərəfindən tərtib edilmiş HK-1 N 1350 nömrəli, xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 08:20-də 1 saylı TTYS-dan həkim Muradova məlumat verərək baş vermiş yol nəqliyyat hadisəsi zamanı 1965-ci il təvəllüdlü Lyudmila Vasilyevna xəsarət almışdır. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş AD 781000 nömrəli, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “RAVON R3” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, POA********** №-li etibarnaməsindən görünür ki, "xxxx" MMC tərəfindən Şəxs “RAVON R3” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikasının ərazisində idarə etmək üçün səlahiyyətlər verilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixi daxil olmaqla etibarlıdır. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/ 4 saylı Asan x.m tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B1, B kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 1302 saylı rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞyə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar