Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1926/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 Xidmətinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan, “Mercedes” markalı, VE-011-Lİ dövlət nömrə nişanlı avtomobili idarə edən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. 0316330 nömrəli 11 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” m/s ətrafında xx.xx.2022-ci il saat 07:20 radələrində “Mercedes” markalı, VE-011-Lİ dövlət nəqliyyat nişanı olan avtobusla sərnişin daşıma fəaliyyəti aşkar edilmiş, qanunla müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” m/s ətrafında xidməti vəzifələrini yerinə yetirərkən Şəxs idarə etdiyi “Mercedes” markalı, VE-011-Lİ dövlət nömrə nişanlı avtomobillə yük daşıma fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Həmin avtomobil xidmətin əməkdaşları tərəfindən saxlanılmış və sürücüyə qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan sənədlərin təqdim edilməsi təklif edilmişdir. Lakin sürücü sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati məsuliyyətini yüngulləşdirlən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, Şəxs inzibati tənbeh növü təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib, barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gültəkin Əsədova “Əsli ilə düzdür” Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1926/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1926/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver