Məhkəmə qərarları › İş №3(005)-1929/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1929/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1929/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1, tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X6, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, köşkdə satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəjhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massivdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2141/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 21 iyun 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında borcludan 3521 manat aliment borcunun ödənilməsi tələb edilmiş, borclu tam şəkildə ödəmə imkanının olmadığını bildirmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2141/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 175 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Bundan əlavə sözü gedən icraata başlamaq haqqında qərar və bildiriş borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin borclu icra sənədlərinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Tərəflərindən borclu Şəxs əmlak vəziyyətini müəyyən etmək məqsədi ilə, əmlak sorğuları edilmiş, lakin borclunun adına heç bir daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Borclu xx.xx.2022-cı il tarixdə borclu şəxs şöbəyə dəvət edilərək izahatı alınmış və o, izahatında yaranmış borcunu maddi durumunun yaxşı olmaması səbəbilə ödəyə bilmədiyini bildirmiş və tərəflərindən xx.xx.2022-ci il tarixdə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəməsinin 3(005)-565/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Lakin hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarlarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Borcluya məxsus telefonu barədə məlumat əldə edilərək dəfələrlə şöbəyə dəvət olunmuşdur. Borclu ilə dəfələrlə aparılmış proflaktiki söhbətlər nəticəsində borclu icra şöbəsinə gələcəyini bildirsədə gəlməmişdir. Bundan sonra borclunun axtarışı barədə qərar qəbul edilərək xx.xx.2022-cü il tarixdə icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Əliyev X10 Rayon polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə şöbəyə təqdim edilmişdir. Borclunun xx.xx.2022-ci il tarixə olan aliment borcu 3521 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X4 protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq yayınmamışdır. Bu vaxta qədər borclarını ödəməyə çalışmışdır. Sadəcə olaraq aylıq qazancının az olması və eyni zamanda səhhətində problemlərin olması səbəbindən maddi sıxıntıları olmuşdur və borcunu vaxtında ödəyə bilməmişdir. Tezliklə borclarını ödəyəcəyini bildirərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X8 çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd olunan icra sənədini maddi vəziyyətinin çətin olması səbəbindən vaxtında icra edə bilməməsinin nəzərə alınmasını və belə olduğu halda Şəxs hərəkətlərində qərəzlilik olmadığından, həmçinin hazırda borcun bir hissəsini ödəmiş olmasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X11 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs borclarını ödəməyi məhkəmə qarşısında öhdəsinə götürdüyü təqdirdə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2141/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X9in anaları X3 yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 175 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2141/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X11 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs hər ay alimenti ödəyəcəyinə söz verməsi səbəbindən onun barəsində tərtib edilmiş inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2141/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə 15 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) məbləğində vəsait dövlət büdcəsindən tutularaq 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar