Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1934/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 16 avqust 2021-ci il tarixdə AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı T.Məmmədovun 557 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin İİİ bəndinin tələbini pozaraq “Volkswagen Passat” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Toqquşmanın təsirindən sonuncu avtomobil qarşıya gedərək “Az Samand” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı avtomaşınlara maddi zərər dəymiş, sərnişin X3 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1-534 nömrəli raportdan görünür ki, 28.06.2021-ci il tarixdə saat 11:57-də DİN-in 102 Xidməti-zəng Mərkəzinə müraciət edən vət. X4 məlumat verərək, Z.Bünyadov prospekti Dost agentliyinin qarşısında YNH baş verməsini və xəsarət alanın olmasını bildirmişdir. 28.06.2021-ci il tarixli, 2/18044 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, 28.06.2021-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur ayıqdır. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, o, 28.06.2021-ci il tarixdə saat 13:00 radələrində, etibarnamə əsasında idarə etdiyi X7 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, 2016-ci il buraxılışlı “BMW-328 Xİ-minik” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu MT-si istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində avtomobillər üçün nəzərdə tutulmuş körpünün üzərində 3 zolaqdan ibarət yolda soldan 1-ci zolaqda təxminən 40 km/saat sürətlə hərəkətdə düzünə hərəkət etmişdir. Avtomobillərin çox olması səbəbindən sıxlıq yaranmış və tıxac var idi. Düzünə hərəkətdə olduğum zaman onunla eyni zolaqla hərəkət edən “Volkswagen Passat” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ara məsafəsi saxlaya bilməmiş və nəticə də idarə etdiyi avtomobilin ön hissəsi qarşısında hərəkət edən “Volkswagen Passat” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən həmin avtomobilin ön hissəsi özündən qarşıda hərəkər edən “Az Samand SE” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisədən sonra digər sürücülər avtomobillərdən çölə çıxıb polisə məlumat vermişlər. Tanımadığı şəxslərdən biri TTYS-nin həkim briqadasını hadisə yerinə yerinə dəvət etmişdir. Daha sonra isə hadisə yerinə Nərimanov RPİ-nin təhqiqatçısı gələrək araşdırmaya başlamışdır. Aparılan araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, o, 28.06.2021-ci il tarixdə saat 13:00 radələrində, X1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, 2002ci il buraxılışlı “Volkswagen Passat” minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində avtomobillər üçün nəzərdə tutulmuş körpünün üzərində 3 zolaqdan ibarət avtomobil yolunda soldan 1-ci zolaqda təxminən saat da 40 km sürətlə düzünə hərəkət edirdik. Avtomobillərin çox olması səbəbindən sıxlıq yaranmış və tıxac var idi. Düzünə hərəkətdə olduğumuz zaman onlarla eyni zolaqda ondan qarşıda hərəkət edən avtomobillər hərəkət sürətini azaltmağa başlamışdılar. Rizvan bundan sonra sürətini azaldıb qarşımızdakı avtomobildən təxminən 3-4 metr arxada avtomobili saxlamışdır. Bundan təxminən 4-5 saniyə sonra ondan arxada hərəkət edən “BMW-328 İ-minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlamadığı üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə onun arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən onun avtomobilinin ön hissəsi onlardan qarşıda olan “Az Samand SE” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən hadisədən sonra başında ağrılar yaranmağa başlamışdır. Həmin vaxt ətrafdan təsadüfi keçən YPX əməkdaşları hadisənin olduğunu görüb, onlara yaxınlaşaraq TTYS-nin həkim briqadasını ora dəvət etmişlər. Hadisə yerinə gəlmiş TTYS-nin həkim briqadası onu müayinə etmək üçün 3 saylı ŞKX-na aparmışlar. Orada bədənini müayinə etdikdən sonra onu evə buraxmışlar. 28.06.2021-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşı onunla əlaqə saxlayaraq aparılan araşdırmada iştirak etməyini xahiş etdilər. O da səhhətində olan problemlə əlaqədar həmin günü olmasa, yaxın müddətdə Nərimanov RPİ-nə yaxınlaşaraq araşdırmada iştirak edəcəyini bildirmişdir. 30.06.2021-ci il tarixdə isə aparılan araşdırmada iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X6” X11 02.07.2021-ci il tarixli, 463 nömrəli rəyindən görünür ki, vət X2 aşkar edilmiş xəsarət-ənsə nahiyyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 28.06.2021-ci il tarixdə yol nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığı qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “Yüngül” zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1934/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1934/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver