Məhkəmə qərarları › İş №3(005)-1938/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1938/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1938/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Tələbkar (Zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru məmuru X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-403/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi icra edilməmiş və icra məmurunun icra sənədlərinin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı icra məmuruna, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə və zərərçəkmiş hüquqi şəxsə məlumat verilməsinə baxmayaq qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə qeyd edilən şəxslərin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs çıxış edərək, şikayətçi olduğunu, pulunun qaytarılmadığını protokol üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin 2(005)-403/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədinə əsasən iddianın qismən təmin edilməsi, cavabdeh “X3” MMC-dən 9000 pul və 17,25 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(005)-403/2024 saylı, xx.xx.2024-cü tarixli icra vərəqəsinin “X3” MMC-nın tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. İnzibati xəta haqqında protokola əlavədən aydın olur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-403/2024-029 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "X3" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6000 manat maddi ziyan və 3000 manat mənəvi zərər olmaqla, ümumilikdə 9000 manat pul və 17,25 manat notarial hərəkətlərinin aparıması üçün rüsum tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Malum icra sənədi xx.xx.2024-cü il tarixdə söbənin icraatina daxil olmuş həmin tarixdə icraata başlanılmış, icraata başlamaq haqqında qərərın surəti tələkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərilmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən könüllü təmin edilmədiyindən icra mamuru tərəfindən məcburi icra teədbirlərinə başlanılmışdır. "Elektron icra" informasiya sistemindən əldə edilmiş məlumata əsasən borcluda təlebin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş, bank hesablarının olduğu müəyyən olunmuşdur. Tələbi təmin etmek məqsədilə borclunun bank hesablarına xx.xx.2024-cü il tarixdə inkasso sərəncamları tətbiq edilmiş, inkasso sərəncamları 2 ay müddətində bankda saxlanılmış, borclunun bank hesablarında pul vəsaiti olmadığından inkasso sərəncamları icra edilmədən geri qaytarılmışdır. Yenidən borclunun bank hesablarına xx.xx.2024-cü il tarixdə inkasso sərəncamları tətbiq edilmiş, inkasso sərəncamları 2 ay müddətində bankda saxlanılmış, borclunun bank hesablarında pul vəsaiti olmadığından inkasso sərəncamları icra edilmədən geri qaytarılmışdır. Borcludan dəfələrlə icra sənədinin tam icrası tələb olunsa da tələbi təmin etmamişdir. İcraat zamanİ icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu hüquqi şəxsin rəhbəri Şəxs barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Nərimanov Rayon Məhkəməsinin 3(005)-475/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bununla da borclu "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs icra sənədinin icrasını təmin etməmi, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu «X3» MMC rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək borcunu ödəməmişdir. Bundan başqa məhkəmə qərarı ilə borcun hissə-hissə ödənişi nəzərdə tutulmamışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X3» MMC-nın direktoru Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X3» MMC rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar