Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1940/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X2, Şikayət vermiş şəxs X4 və onun vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Bakı şəhər X11 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Bakı şəhər X11 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İXM-nin 510 və İXM-nin 342.5-ci maddəsi (İXP 6330749) ilə barəsində hər iki maddə üzrə 50 AZN cərimə tətbiq olunmuşdur. Bildirir ki, xarici işıq cihazları işlək vəziyyətdə ola-ola avtomobilin işıq şüşəsində balaca qırığa görə bu cərimə qanunsuzdur. xx.xx.2024-cü il tarixdə təxminən 1 saat 2:00 radələrində Ziya Bünyadov prospektində “Dost” Agentliyinin yanında yol patrul xidməti əməkdaşı, DYPİ polis mayoru X3 ona maşını saxlamağı əmr etmişdir. Yaxınlaşıb ondan sənədlərini tələb etmişdir. O, səbəbini soruşduqda arxa faranın (stopun) bir hissəsində qırıq olduğunu və buna görə də maşının cərimə meydançasına getməli olduğunu bildirmişdir. O, isə bildirmişdir ki, xarici işıq cihazları tam saz vəziyyətdədir və hamısı işləyir. DYP əməkdaşı da ona bildirmişdir ki, avtomobilin konstruksiyasında nasazlıq olduğuna görə maşın duracağa təmin edilməlidir. O da soruşmuşdur ki, “Mənə qanunda elə bir maddə göstərə bilərsinizmi ki, balaca qırığa görə maşın cərimə meydançasına aparılır?”. Polis əməkdaşı da dərhal maşının qabağına keçib bildirmişdir ki, “Sənin maşınının dövlət qeydiyyat nişanında əzik və alın şüşəsində çat da var. Bunlar hamısı normativ pozuntulardır və avtomobil duracağa getməlidir.”. Bundan 5 dəqiqə sonra bir başqa əməkdaş yaxınlaşmışdır. Ondan da qanunda ona maddəni göstərməyini xahiş etsə də, o da qanunvericilikdə hansı əsasla onun maşınının duracağa aparılmasını qeyd edə bilməmişdir. O, da şərlənəcəyindən və əsassız yerə cərimələnəcəyindən qorxaraq dərhal telefonunu çıxarmış və videoçəkiliş etmişdir. Videoçəkilişlə yenə həmin sualı vermişdir. Avtomobilinin arxasına keçərək onun arxasında dayanmış polis maşınının nömrəsini çəkmişdir. Onlar da bildirdilər ki, “sizin videoçəkiliş aparmağa ixtiyarınız yoxdur”. O da demişdir ki, öz avtomobilini və onların maşınlarının nömrəsini çəkir. Onların iş başında olduğunu və onun çəkiliş aparmağında hər hansı qanunsuzluq olmadığını bildirmişdir. Bundan sonra həmin polislər post patrul xidmətini çağırmış və bildirmişlər ki, guya o, onlara tabesizlik nümayiş etdirmişdir. Halbuki o könüllü şəkildə maşını cərimə meydançasına özü aparmış və onu 17-ci polis bölməsinə dəvət edəndə də heç bir problem yaratmadan polis şöbəsinə yaxınlaşmışdır. Təxminən günorta 13:00 radələrində şöbəyə daxil olmuş, 20:00 radələrində isə onu şöbədən buraxıblar. 510-cu maddəyə münasibətdə isə bidirir ki, o, heç bir xuliqanlıq əməli etməmiş, polisə tabesizlik nümayiş etdirməmiş, buna baxmayaraq onu qanunsuz olaraq 3 saatdan artıq heç bir əsas olmadan polis şöbəsində saxlamışlar. İnzibati binada videogörüntülərə baxılsa dediyi bu halların şahidi olmaq olar. Nəyə görə sadə bir Azərbaycan vətəndaşına vəzifə səlahiyyətlərini aşaraq bu cür hörmətsiz rəftar olunmalıdır? Polis əməkdaşı tərtib etdiyi sənəddə qeyd etmişdir ki, guya o, “CANLİ" açmışdır. Lakin bildirir ki, o, sosial şəbəkədə canlı açmamışdır. Sadəcə gələcəkdə sübut edə bilmək üçün öz avtomobilini və polis maşınını çəkmiş və sosial şəbəkədə paylaşmamışdır. Bundan başqa hər bir Azərbaycan vətəndaşının ictimai nəzarətçi kimi ictimai vəzifələrini yerinə yetirən vəzifəli şəxsləri çəkmək səlahiyyəti var. DYPİ polis mayoru, X1 və onun adını bilmədiyi yanındakı əməkdaş ona qarşı olan şəxsi ambisiyaları və qərəz nümayiş etdirmişdir. Ona yazdıqları maddə xırda xuliqanlıqdır. Polis əməkdaşları ilə sivil qaydada hüquq haqqında mübahisə etmək xırda xuliqanlıqdırmı? Qanunvericiliyə görə əgər sürücü avtomobilə qanunla qadağan bilmiş əlavə avadanlıq quraşdırıbsa, onu yerində aradan qaldırmaq mümkün deyilsə, avtomobil cərimə meydançasına aparılır. Bildidirir ki, o, maşına əlavə avadanlıq quraşdırmamışdır və bütün xarici işıq cihazları işlək vəziyyətdə olmuşdur. Yəni, bu vəziyyətdə heç bir halda avtomobil cərimə meydançasına aparılmır. Polis əməkdaşı sadə Azərbaycan vətəndaşına qarşı yersiz prinsipiallıq və qərəz nümayiş etdirərək onun avtomobilini heç bir ciddi problem olmadan əsassız yerə cərimə meydançasına aparmışdır. Qərardan şikayət vermək üçün prosessual müddət tərəfindən ötürülməmişdir. Bundan başqa, ən önəmli hallardan biri də ondan ibarətdir ki, hadisə xx.xx.2024-cü il tarixdə baş verməsinə baxmayaraq X9 ******* saylı protokol, iki gün öncəyə, yəni, xx.xx.2024-cü il tarixə tərtib olunmuşdur. Bu da ona qarşı olan X9 ittihamın saxtalığına bir daha dəlalət edir. Eyni zamanda bu çox ciddi prosessual hüquq pozuntusudur. Belə çıxır ki. o, xx.xx.2024-cü ildə normativ tələbləri pozduğuna görə cərimələnmiş, ondan iki gün sonra eyni əmələ görə onu xırda xuliqanlıqla cərimələyiblər. Qeyd etdiklərinin nəzərə alınaraq tərəfimdən normativ tələblər pozulmadığı, hər hansi tabesizlik, xırda xuliqanliq törədilmədiyi üçün Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin inzibati tənbeh vermə haqqinda xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qanunsuz və əsassız qərarların ləğv edilməsi, ona hər iki qərar üzrə qanunsuz olaraq yazılmış 50 azn (əlli), ümumilikdə 100 (yüz) azn cərimənin silinməsi, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 510-cu maddələri üzrə başlanılmiş inzibati xəta haqqinda icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 və onun vəkili Nümayəndə2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Eyni zamanda xx.xx.2024-cü il tarixdə Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək İXM-nin 510-cu maddəsi üzrə mövcud olan şikayətlərini ayrıca məhkəmə icraatı qaydasında mübahisələndirəcəklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, X6 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən də barəsində X9 protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayət tamamilə əsasızdır. Bu səbəbdən də şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X11 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “X9” protokoldan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 12:15-də “Fiat Doblo” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, X12 2 ünvanında idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhər X11 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Əvvəla məhkəmə qeyd edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair sübutlar kifayət etmir, başqa sözlə sübutetmə predmetinə daxil olan hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir və həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar İXM-in tələblərini pozmaqla rəsmiləşdirilmiş, yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində X9 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində X9 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs X9 protokol tərtib edir. Həmin Məcəllənin 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya X9 protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində X9 iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya X9 protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində X9 iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda X9 iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda X9 protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində X9 iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, qeyd edir ki, hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, həm şikayət ərizəsində, həm X6 öz çıxışında Bakı şəhər X11 İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edildiyini vurğulasa da, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, X4 barəsində İXP ******* nömrəli “X9” protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuş və həmin protokolun məzmunundan da görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 12:15-də “Fiat Doblo” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, X12 2 ünvanında idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş fotoşəkildən də görünür ki, X6 özünə məxsus “Galaxy A 51” modelli mobil telefon vasitəsi ilə ona saxla işarəsi vermiş DYP-yə məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin foto şəklini çəkərkən, həmin fotoşəkilin çəkilmə tarixi və vaxtı kimi 14 iyun 2024-cü il saat 11:40 qeyd olunmuşdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-in tələblərinə uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin qərardakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları (konkret olaraq video görüntülər) qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli, qeyri-müəyyən qərar əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində X9 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X9 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X9 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X9 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X9 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X9 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X9 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər X11 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və X9 iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Bakı şəhər X11 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və X9 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1940/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1940/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver