Məhkəmə qərarları › İş №3(005)-1943/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1943/2020

22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1943/2020 22.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “xxxx” QSC-də sürücü işləyən, Salyan rayonunun Qaraçala kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nərimanov RPİ-nin 16-cı Polis Bölməsindən xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. MN ******* nömrəl,i xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Nərimanov rayonu, H.Əliyev küçəsi 155 ünvanında icazəsi olmadan komendant saatının tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı və satışı üzrə fəaliyyət göstərən “xxxx” QSC-də işləyir və barəsində olan məlumatlar QSC-i tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş və xx.xx.2020-ci il tarixə kimi hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində hərəkət etmək hüququ olmuşdur. Göründüyü kimi, onun xx.xx.2020-ci il tarixə kimi hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində hərəkət etmək hüququnun olmasına baxmayaraq Nərimanov RPİ-nin 16-cı Polis Bölməsində sahə rəisi vəzifəsində işləyən, X1 tərəfindən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə guya tərəfindən Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə hərbi vəziyyət rejiminin tələblərinin pozulması əsası ilə inzibati xəta törətməyi barədə xx.xx.2020-ci il tarixdə qanunsuz və əsassız olaraq “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Ona məhkəmə iclasının vaxtı barədə məlumat verilmişdir. Həmin məlumata əsasən xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin əvvəlki binasına getmiş və orada öyrənmişdir ki, Nərimanov Rayon Məhkəməsinin yeri dəyişmişdir. Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasına gəlmişdir, məhkəmə binasında koronavirusla bağlı yoxlamalar xeyli vaxt aparmış və yoxlamadan sonra məhkəməyə daxil olmuşdur. Məhkəmənin iclas katibi ona bildirmişdir ki, gecikdiyimə görə məhkəmə işə baxmış və o, 50 (əlli) manat cərimə edilmişdir. Hesab edir ki, onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və bu səbəbdən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərmiş, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)- 1943/2020 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 517- 2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1946/2020 nömrəli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat materiallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Elektron Hökumətin İnkişafı Mərkəzi” “icaze-gov.az” portalından əldə edilmiş çıxarışdan görünür ki, yuxarıda göstərilən sahədə fəaliyyət göstərən “xxxx” QSC-də sürücü işləyən Şəxs ölkə ərazisi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək hərəkət etməsi haqqında xüsusi icazəsi olmuşdur. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 517-2.1-ci maddəsinin dispozisiyasına əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün o, inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs ölkə ərazisi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək hərəkət etməsi haqqında xüsusi icazəsi olmuş və onun tərəfindən komendant saatının tələbləri pozulmamışdır. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli, 1166 nömrəli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün o, inzibati məsuliyyətdən azad olunsun və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar