Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1943/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, «X7» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, «X7» MMC-nin vəzifəli şəxsi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: «X7» MMC-nin vəzifəli şəxsi X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən material daxil olmuşdur. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vəzifəli şəxs X3 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin BŞİ-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-46610/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Məhkəmə iclasında iştirak edən «X7» MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, tərtib edilmiş Qərardadın müvafiq bəndində "xxxx" MMC barəsində tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Lakin hal-hazırda icraat Nərimanov Rayon Məhkəsindədir və qanunvericiliyin tələbləri aidiyyatı üzrə pozulmuşdur. Digər tərəfdən, məhkəməyə qəbul olunmuş qərar deyil, inzibati xəla haqqında protokol göndərilə bilərdi. İnzibati Xətalar haqqında Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Göründüyü kimi, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası İXMnin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-ci maddəsində nə/ərdə tutulmuş hallar istisnaiştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeydlər aparılır.AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC- barəsində inzibati xəta haqqıda protokol tərtib edilərkən, Şirkətin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, əlavə olaraq yuxarıda qeyd olunan maddənin əsaslarını pozularaq hüquq və vəzifələr izah edilməmiş və bununla bağlı protokola qeydiyyatlar aparılmamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunur ki, "xxxx" MMC-nin nümayəndəsi protokol tərtib edilən zaman iştirak etməmişdir. Lakin qeyd etmək istəyir ki, protokol nümayəndənin iştirakı ilə tərtib edilmədiyi üçün, protokolda qeyd olunan bəndlər tam əsassızdır və İXM-nin müvafiq maddələrinin əsaslarını pozmuşdur. (ATEF Şirkətlər Qrupu MMC-nin səlahiyyətli nümayəndəsi X2 dəfələrlə 4 saylı DOST Mərkəzinə dəvət edilmişdir. Dəvət edilən zaman 01 iyul 2024-cü il tarixdə tərtib edilmiş protokolun və 11 iyul 2024-cii il tarixdə qəbul edilmiş qərarın əsasız olduğunu qeyd etmiş və yuxanda qeyd olunan orqana vəsatət və ərizə təqdim etmişdir. Lakin ərizə və vəsatət baxılmadan saxlanılmış və araşdırılması ilə bağlı hər hansı cavab alınmadan "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan protokol tərtib edilmişdir). Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında protokol tərtib edilərkən "xxxx" MMC-nin nümayəndəsi dəvət edilərək istinad edilən inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə Cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən səlahiyyətli nümayələrinin izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. ATEF Şirkətlər Qrupu MMC-nin nümayəndəsi inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələri izah edilməməsi, həmçinin tərtib edilmiş protokolun surətinin təqdim edilməməsi Cəmiyyət öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Məhkəmə iş üzrə təqdim edilmiş materialları və «X7» MMC-nin nümayəndəsinin izahatını dinləyərk araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş protokol qanunuvericiliyin tələblərinə zidd olduğu üçün protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, İnzi.ibati xatanın törədilmnsi haqqında protokol tərtib edilor, İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1.protokolun tortib edildiyi tarix va yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4.inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5.inzibati xataya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6.olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8.inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istilada olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xiisusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2.Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xata haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş bianklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AR İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeydlər aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarına zidd olaraq Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti protokol tərtib etmiş, "xxxx" MMC-nin nümayəndəsi dəvət edilərək istinad edilən inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə Cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən səlahiyyətli nümayələrinin izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 100, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: «X7» MMC-nin vəzifəli şəxsi X6 oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1943/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1943/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver