Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1944/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X12, Şikayət vermiş şəxs "xxxx" MMC-nin İdarə Heyətinin sədri X2 vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan "xxxx" MMC-nin İdarə Heyətinin sədri X6 və onun vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi "xxxx" MMC-nin İdarə Heyətinin sədri X6 və onun vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili qaydası”na əsasən dövlət layihəsi çərçivəsində hələ işçi kimi əmək funksiyalarının yerinə yetirilməsinə cəlb olunmayan və nəzəri və praktiki təlim keçən işaxtaran və işsiz şəxslərlə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iddiasına görə xx.xx.2025-ci il tarixində X15 Xidmətinin Bakı Şəhər İdarəsində hüquqi şəxs qismində “OBA Market" MMC barəsində və vəzifəli şəxs qismində "xxxx" MMC-nin İdarə heyətinin sədri Natəvan İbrahimova barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edirlər ki, xx.xx.2025-ci il tarixli qarar ləğv edilməli və icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında “OBA Market" MMCnin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozu ünvanında yerləşən Binə 3 filialında satıcı-kassir vəzifəsində çalışan X14 və müştəri qismində mağazada olan vətəndaş X1 istehsalat amili qaz sızması zamanı partlayış baş verməsi nəticəsində yanıq xəsarəti almışlar və 103 TTY 14 saylı Birləşmiş şəhər xəstəxanasına çatdırılmışlar. Araşdırma nəticəsində DƏMX X13 ilə bağlı belə qənaətə gəlmişdir ki, həmin ərazidə yaşayan və müştəri qismində mağazaya daxil olan vətəndaş X13 ilə əmək müqaviləsi bağalanmalı idi. Bu yanaşma tamamilə absurd və əsassızdır. Odur ki, X10 26 may 2025-ci il tarixli, MN ******* №-li qərarının ləğv edilməsi va icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" MMC-nin İdarə Heyətinin sədri X2 vəkili Nümayəndə şikayətə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, hüquqi şəxs barəsində də eyni məsələ ilə bağlı tərtib edilmiş protokol üzrə icraata xitam verildiyini bildirmişdir. Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X19 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 4000 (dörd min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(007)-2566/2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin icraatına xitam verilmiş və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilmişdir. "xxxx" MMC-nin direktoru X18 tərəfindən "xxxx" MMC-nin İdarə Heyətinin sədri X3 ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X13 şəxsi işləri ilə bağlı olaraq təlim və təcrübədə iştirakının 15 gün müddətinə təxirə salınmasını tələb edir. “Peşə hazırlığına göndəriş” ilə bağlı MMTF-11/2025 nömrəli "xxxx" MMC-nin rəhbərinə ünvanlanmış məktubdan görünür ki, X13 və digər şəxslər 27 fevral 2025-ci il tarixdən 20 gün müddətində peşə hazırlığı keçmək üçün təhsil müəssisəsinə göndərilmişdir. 19 fevral 2025-ci il tarixli Peşə hazırlığının təşkilinə dair müqavilədən görünür ki, həmin müqavilə “Sifarişçi" Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Mərkəzi Mühasibatlıq və Təyinat filialı (müdiri X7 şəxsində və digər tərəfdən “icraçı” “ELLİN" MMC-nin direktoru X18 arasında bağlanmış onların arasında peşə hazırlığının təklif edilməsinə dair bağlanmışdır. xx.xx.2025-ci il tarixli “Satıcı-kasssir” ixtisası üzrə 20 iş günü müddətində təlim və təcrübənin təşkili haqqında” müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə X13 arasında bağlanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(007)-2566/2025-ci il tarixli qərarından görünür ki, X13 məhkəmə iclasında şahid qismində iştirak etmiş və qeyd etmişdir ki, onun "xxxx" MMC ilə heç bir iş əlaqəsi olmamışdır. O, Xəzər rayonunda qaynıgildə olmuş, qaynına demişdir ki, onu evə aparsın, uşağı məktəbə aparmalıdır. Daha sonra demişdir ki, ərzaq mağazasının yanında saxlasın, girib yemək alsın. O, həmişə “kruasan” alır. Elə qapıdan içəri girən zaman partlayış olmuşdur. Saçı və əli bir az yanmışdır. O, "xxxx" MMC-də işləməmişdir. Ondan DOST xidmətində və müstəntiq tərəfindən izahat alınmışdır. Onunla bağlanan müqavilədən xəbəri vardır. Satıcı kassir olmalı idi. 7-10 gün arası ərizə vermişdir ki, təlimi təxirə salınsın. Müqaviləyə əsasən ona DOST xidməti tərəfindən əmək haqqı ödəniləcəkdi. O, orada hələ təhkim işçi olacaqdı. Tək “OBA”da yox, başqa marketdə də ola bilərdi. Ona bir neçə market təklif etmiş, birini seçməsini demişlər. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin İdarə Heyətinin sədri X6 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9 işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni X8 həqiqətən "xxxx" MMC-nin işçisi olubolmaması, hüquqi şəxs tərəfindən əməyə cəlb olunub-olunmaması araşdırılmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtərəfli araşdırılmadan tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq va Təyinat filialı (Sifarisçi) ilə "xxxx" MMC (İcraçı) arasında bağlanmış 19 fevral 2025-ci il tarixli, MMTF-11/2025 nömrəli müqaviləyə əsasən, Sifarişçinin təklifi əsəsında İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında "ərzaq va qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" üzrə hazırlıq kursuna cəlb edilmiş 20 nəfər müdavim üçün 20 gün, 80 saat həcmində tədris proqramı ilə peşə hazırlığının nəzəri hissəsini əyani və praktiki hissəsini əyani formada həyata keçirilməsini öhdəsinə götürmüşdür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən həmin müqavilə əsasında 20 nəfər şəxsin, o cümlədən X8 27 fevral 2025-ci il tarixdən 20 gün, 80 saat həcmində "ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" üzrə peşə hazırlığını keçmək üçün "xxxx" MMC-yə göndərilməsi ilə bağlı göndəriş verilmişdir. 13 fevral 2025-ci il tarixli müqavilə əsasında isə, peşə təhsil müəssisəsi olan "xxxx" MMC-nin vasitəçiliyi və təşkilatçılığı ilə X13 "xxxx" MMC-də 13 fevral 2025-ci il tarixdə təlim və təcrübəyə bağlasa da, 14 fevral 2025-ci il tarixli yazılı müraciəti əsasında onun peşə hazırlıgı təlim və təcrübədə iştirakı 15 gün, təxminən 2025-ci ilin mart ayının əvvəlinədək təxirə salınmışdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sənədlərdən aydın olur ki, X13 "xxxx" MMC-də təcrübə keçmək üçün X11 tərəfindən göndərilir və təcrübə keçdiyi müddət ərzində "xxxx" MMC-nin İdarə Heyətinin sədri X6 tərəfindən onunla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsi kimi qiymət verilməklə barəsində protokol tərtib edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, "xxxx" MMC-nin İdarə Heyətinin sədri X6 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin İdarə Heyətinin sədri X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1944/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1944/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver