Məhkəmə qərarları › İş №3(005)-1945/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1945/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1945/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PB-nin sahə inspektoru X2, zərərçəkmiş şəxs X5, müdafiəçi “A.İ.M” Vəkil Bürosunun vəkili X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Əliyev küçəsi, ev 150A yaşayan X6 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 23 iyun 2022-ci il tarixdə şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin sahə inspektoru X3 tərəfindən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 23 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, X10 xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Nərimanov rayonu, F.X.Xoyski küçəsində ünvansız söyüşlər söymüşdür. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin sahə inspektoru X3 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən 20:13 radələrində “Mercedes” markalı **- HB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Omeqa” taksi şirkətindən taksi xidmətində olan zaman Məhəmmədi kəndindən Nərimanov rayonu 5 saylı xəstəxananın yanına sifariş qəbul etmişdir. Həmin yerə yaxınlaşmış və bir nəfər qadın əlində çoxlu çamadanla əyləşmişdir. Həmin qadını ünvana gətirib və ondan çantaları mənzilə aparmağı xahiş etmişdir. O, onun yüklərinə kömək etmiş və çantaları götürüb üçüncü mərtəbəyə qaldırmışdır. Qadın qapını açıb içəri daxil olmuş, o isə əlindəki çantaları qapının yanına qoymuşdur. Sonra birlikdə aşağı düşmüşlər və binanın qarşısında həmin qadın bir nəfər oğlanı çağırmışdır. Həmin şəxs ora yaxınlaşanda dedi ki, “bu adam mənə əl-qol atdı”. Həmin oğlan ondan nə olduğunu soruşdu. O da dedi ki, “heç nə etməmişəm, sadəcə gediş haqqını vermək isdəmir, məni şərləyir”. Həmin oğlan da dedi ki, çıx get. O da qadının maşında olan iki ədəd çantasını da yerə qoyub, maşına minib çıxıb getmişdir. O həmin şəxsə əlini vurmadığını və ona qarşı hər hansı əxlaqsız hərəkət etmədiyini bildirmişdir. Ona olan yeddi manat gediş haqqını da ödəməmişlər. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 müdafiəçisi X14 çıxış edərək X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən 20:13 radələrində qayınatasının yaşadığı Məhəmmədi kəndindən evə gələrkən “Omeqa” taksi şirkətindən taksi sifariş etmişdir. Bir neçə dəqiqə sonra “Mercedes” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşın yaxınlaşmış və o əyləşib, ünvana getmişdir. Binanın qarşısında taksi sürücüsü Pərviz adlı şəxs ona demişdir ki, yüklərinə kömək etmək istəyir. O nə qədər ehtiyac olmadığını desə də, Pərviz təkidlə çantalarını götürüb onunla birlikdə üçüncü mərtəbəyə qalxmışdır. O qapını açıb, içəri daxil olmuş və həmin şəxs də onun arxasınca içəri girib qapını örtmüşdür. O Pərvizə “nə edirsən, qapını niyə bağlayırsan?” dedikdə Pərviz üstünə gəlmiş və ona əlini uzadan zaman o, Pərvizi itələmiş və Pərviz divara dəymişdir. Sonra o qışqırmış və sürücü qaçıb getmişdir. O da onun arxasınca aşağı getmiş və sürücü maşına minib qaçıb getmişdir. Sonda zərərçəkmiş şəxs X1 Pərviz Sabat oğlundan şikayətçi olduğunu və həmin şəxsin barəsində ən ağır tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyeva ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixli, HK- 1/ 1852 saylı vət. X5 şikayət ərizəsi əsasında toplanmış material üzrə tərəfindən xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə X10 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın X10 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Qanunvericiliyin mənasına görə, obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə, yəni fiziki şəxslər üzərində zor tətbiq olunması ilə; zorun tətbiq edilməsi hədəsi ilə; dövlətin və vətəndaşların əmlaklarının məhv edilməməsi; əmlakın zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsi ilə törədilir. Hazırkı iş üzrə isə görünür ki, X10 tərəfindən xx.xx.2022-ci il tarixdə məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, X6 əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili X12 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, müdafiəçi X14 23 iyun 2022-ci il tarixdə keçirilmiş 1 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili X14 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar