Məhkəmə qərarları › İş №3(005)-1950/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1950/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1950/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, 00100- 01474/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Çin Xalq Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan “GLOBAL PLUS" MMC-nin adına 68AA349/68AA350 nömrəli yük nəqliyyat vasitəsində TCNU6064100 nömrəli konteynerdə H-2201 nömrəli xx.xx.2022ci il tarixli invovs üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********7627 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində 0% gömrük rüsumu dərəcəsi ilə XİFMN üzrə “**********” saylı kod altında bəyan edilmiş 1150,00 kq “maye halında Butadien kauçuku (BR)” adlı malların XİFMN üzrə kodunun düzgünlüyünü müəyyən etmək məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin idarədən BBGİ-və göndərilmiş 2200-015/0xx-xx/003273 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Şəxs MMC tərəfindən **********7627 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilmiş malların “Butadien adlı, ilkin formada butadien-stirol kauçukunun suda məhlulu-lateks” olub XİFMN-ə görə “**********” alt yarımmövqevində sinifləsdirilməli olduğu, nəticədə, sözügedən malların 15% gömrük rüsumu dərəcəsi ilə ödənişlərə cəlb edilməli olduğu müəyyən edildiyindən idxal gömrük lüsumu üzrə 3065,65 azn, ƏDV üzrə 551,82 azn olmaqla ümumilikdə 3617,47 azn əlavə gömrük ödənişlərinin ödənilməli olduğu aşkar edilmişdir. Eyni zamanda, araşdırma zamanı bundan əvvəl Şəxs MMC tərəfindən 16 may 2023-cü il tarixdə **********2258 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların [da XİFMN kodunda uyğunsuzluq aşkar edildiyi, nəticədə, Şəxs MMC barəsində AR [İXM-nin 505-ci maddəsi ilə 00100-01345/23 nömrəli is üzrə araşdırma aparıldığı və vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/01294 nömrəli xx.xx.2023cü il tarixli Qərarla icraata xitam verildiyi müəyyən edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin direktoru olan Azərbaycan sspublikasının vətəndaşı X1-sual edilmiş, o, Şəxs MMC-nin adına Cin Xalq Respublikasından H-2201 nömrəli xx.xx.2022-ci il tarixli invovs üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********7627 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilmiş “maye halında butadien kauçuku” yükünün işçi əlcəklərinin istehsalında istifadə olunması üçün idxal edildiyini, sözügedən malların XİFMN kodunun göndərən “Best Mechanical Limited’’ şirkətinin verdiyi müsaviət sənədlərinə əsasən gömrük orqanına bəyan edildiyini, gömrük rəsmiləşdirilməsi zamanı malların XİFMN kodunun düzgünlüyünün müəyyən edilməsi məqsədi ilə X3 İdarəsinə müraciət olunduğunu və gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilmiş malların “Butadien adlı, ilkin formada butadien-stirol kauçukunun suda məhlulu-lateks” olub XİFMN-ə görə “**********” alt yarımmövqeyində sinifləsdirilməli olduğunun aşkar edildiyini, həmin malların XİFMN kodunun “**********” alt varımmövqevində sinifləsdirildivi təqdirdə yaranan ümumilikdə 3617,47 azn əlavə gömrük ödənişlərini ödəmək niyyətində olduqlarını, gələcəkdə bir daha bu kimi halların təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində “GLOBAL PLUS’’ MMC-nin ünvanına Çin Xalq Respublikasından 758/759, mənzil 53 ünvanında qeydiyyatda olan “GLOBAL PLUS" MMC-nin adına 68AA349/68AA350 nömrəli yük nəqliyyat vasitəsindərTCNU6064100 nömrəli konteynerdə H-2201 nömrəli xx.xx.2022ci il tarixli invovs üzrə idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********7627 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində gömrük orqanına bəyan edilmiş malların gömrük orqanına “**********" saylı XİFMN kodunda bəyan edilməsi nəticəsində MMC tərəfindən ümumilikdə 3617,47 azn gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Baki şəhəri X6 küçəsi, ev 62, məh. 758/759, mənzil 53-də qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 68AA349/68AA350 nömrəli avtonəqliyyat vasitəsi, H-2201 saylı xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********7627 sorğu nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN üzrə “**********” saylı kod altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin müəyyən edilməsi X3 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. X3 İdarəsindən gələn 2200-015/0xx-xx/003273 saylı, xx.xx.2023-ci il tarixli cavab məktubuna əsasən malın XİFMN üzrə ********** 15% gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. **********7627 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF1 MN kodları dəyişdiyi təqdirdə “GLOBAL PLUS" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 3065.65 azn, ƏDV üzrə 551.82 azn təşkil edir. Lakin MMC tərəfindən gömrük borcunun ödənilməsi ilə bağlı bu vaxtadək Baş İdarəyə müraciət olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikas Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, “GLOBAL PLUS" MMC-nin ünvanına H-2201 saylı xx.xx.2022-ci il tarixli invoysun 2-ci mövqeyi üzrə idxal olunan yükdən təqdim edilmiş nümunə “Butadien” adlı, ilkin formada butadien-stirol kauçukunun (CAS 9003-55-8) suda (CAS 732-18-5) məhlulu – lateks olub XİF MN-ə görə 4002 11 000 0 alt yarımmövqeyinə sinifləşdirilir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 3617,47 manat vəsaiti məbləğinin 70 (yetmiş) faizi miqdarında, yəni 2532,229 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar