Məhkəmə qərarları › İş №3(005)-1961/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1961/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1961/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi X4 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi- X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili-Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə MN ******* nömrəli 27 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Access Bank QSC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs 60.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 06.08.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) il gündən artıq müddət keçməsinə baxmayaraq, 60.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək hüquqi şəxsin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hüquqi şəxsin barəsində tərtib edilmiş protokol tamamən qanunsuzdur. Belə ki, hüquqlarını müdafiə etdiyi Şəxs tərəfindən valyuta tənzimi qaydaları pozulmamış inzibati xəta törədilməmişdir. Texniki yanlışlığa görə əlavə bir sıra məlumatlar əsasında protokol tərtib edilmişdir. Şəxs Müəsisəsi 1996-cı il tarixdən Türkiyə Respublikasında fəaliyyət göstərən “X9 A.Ş” şirkətindən daim avans ödənişləri etməklə müvafiq mallar almaqdadır. Lakin 2019-cu ildə mühasib işləmiş X6 müəssisə rəhbərliyinə bildirmişdir ki, gömrük orqanında ona deyirlər ki, hər il üçün ayrıca müqavilə bağlamalıdır. Müəssisə rəhbərliyi 2017-ci ildə bağlanmış müqavilənin müddətini uzatmadan 01.01.2019cu ildə yeni müqavilə bağlamışdır. Həmin mühasib 28.01.2019-cu il tarixdə 2017-ci il müqaviləsi üzrə gələn (105912,00 ABŞ dolları dəyərində) malın gömrük rəsmiləşməsinə 2019-cu ilin müqaviləsini təqdim etmişdir. Həmin ildən texniki səhv davam etmişdir. Yəni əvvəlki müqavilələr üzrə avans ödənişlərinə görə gələn malların rəsmiləşdirilməsi yeni müqavilələr təqdim edilməklə həyata keçirilmişdir. Halbuki, həmin müəssisə ilə 20 ildir ki, əməkdaşlıq edirlər. Ödədikləri bütün avanslara görə malları qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilmişdir. Hal-hazırda da qanunvericiliyin tələblərinə uyğun mallar təqdim edilməkdədir. “X9 A.Ş” şirkətinə ödənilmiş avans ödənişlər üzrə 2 illik müddət keçməmişdir. Sonuncu həftə daxil olan 76667 ABŞ dolları, 16425 ABŞ dolları dəyərində malları gömrükdə olmasını çıxmaqla “X9 A.Ş” şirkətinə 3.518.211 (üç milyon beş yüz on səkkiz min iki yüz on bir) ABŞ dolları avans ödənişləri üzrə mallar təqdim edilməmişdir ki, bu da 2020-ci ilin yanvar ayından sonra ödənilmiş vəsaitləri əhatə edir. O, cümlədən həmin tarixdən 2 illik müddət ötməmişdir. Avans ödənişlərin daha öncədən ödənilmə səbəbləri müvafiq güzəştlərin əldə edilməsi ilə bağlıdır. Bundan əlavə 24.09.2021-ci il tarixli məktub vardır ki, Şəxs adına idxal olunan mallar üçün tərtib olunan **********6860, **********4739, **********0501, **********7856, **********2223, **********0911 və **********6598 nömrəli gömrük bəyannamələri təqdim edilən invoys sənədi və 10 nömrəli, 01.01.2021-ci il tarixli müqaviləyə əsasən rəsmiləşdirilmişdir. Müraciətdə qeyd olunan 01.01.2019-cu il tarixli, 9 saylı müqavilənin qüvvədə olma tarixi 30.12.2020-ci il olduğu üçün sözügedən gömrük bəyannamələrində hər-hansı düzəlişlərin edilməsi mümkün olmamışdır. Göründüyü kimi qeyd olunan inzibati xəta işi üzrə müəssisə hər hansı bir qəsdi və ya ehtiyatsızlığı olmamışdır. Bu səbəblə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Access Bank QSC-nin 06.08.2019-cu il tarixli ödəniş sənədindən görünür ki, Şəxs MMC-nin hesabından 01.01.2019-cu il tarixli müqaviləyə əsasən 60.000 ABŞ dolları ödəniş edilmişdir; **********6860 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 06.08.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 60.000 ABŞ dolları məbləğində mallar ölkəyə tam şəkildə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş Şəxs barəsində MN ******* nömrəli 27 avqust 2021-ci tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 60.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 06.08.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş vəsaitin hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. **********6860 nömrəli gömrük bəyannaməsinin 44-cü bəndində müəssisənin “X9 A.Ş” şirkətinə ödənilmiş 60.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitin 01.01.2021-ci il tarixli müqavilə əsasında köçürüldüyü qeyd olunmuşdur. Access Bank QSC-nin 06.08.2019-cu il tarixli ödəniş sənədində isə Şəxs MMC-nin hesabından 01.01.2019-cu il tarixli müqaviləyə əsasən 60.000 ABŞ dolları ödəniş edildiyi göstərilmişdir. Müəssisə tərəfindən texniki yanlışlıq olaraq əvvəlki müqavilələr üzrə avans ödənişlərinə görə gələn malların rəsmiləşdirilməsi yeni müqavilələr təqdim edilməklə həyata keçirilmişdir. Bununla bağlı olaraq müəssisə tərəfindən gömrük idarəsinə müraciət edilsə də, 01.01.2019-cu il tarixli, 9 saylı müqavilənin qüvvədə olma tarixi 30.12.2020-ci il olduğu üçün sözügedən gömrük bəyannamələrində hər-hansı düzəlişlərin edilməsi mümkün olmamışdır. Bu xüsusatla bağlı məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyi bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunmasını müəyyən etmişdir. Hazırki inzibati iş üzrə müəyyən edilir ki, Şəxs 60.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitin ödəniş tapşırığına əsasən Bankda olan hesabından 06.08.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş və köçürülən 60.000 ABŞ dolları məbləğində malların ölkəyə tam şəkildə idxal olunmuşdur. Göründüyü kimi inzibati xəta işi üzrə müəssisə tərəfindən qeyd olunan pozuntunu qəsdən və ya ehtiyatsızlıqdan törətməmişdir. Beləliklə, məhkəmə işin hallarını və qanunun tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar