Məhkəmə qərarları › İş №3(005)-1968/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1968/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1968/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektroru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Balakən rayonu, Tülü kəndində anadan olmuş, evli, ali təhsilli, işləməyən, Balakən rayonu, Tülü ərazi dairəsi, Tülü kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 01 iyul 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Fərid Rəhimovun 01 iyul 2024-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “N.Nərimanov” adına parkın qarşısında Zərərçəkmiş şəxs məxsus 300 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs məxsus 300 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektroru X3 protokolu müdafiə edərək qanuna uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, «yeniemlak.az» internet səhifəsində özünə aid olmayan və tanımadığı evlərin fotoşəkillərini paylaşıb, guya həmin evləri kirayəyə vermək adı ilə vətəndaşları aldadıb, pullarını ələ keçirir. Belə ki, bu məqsədli metronun «28 may» stansiyası yaxınlığında yenidən kirayə evə elanı yerləşdirmişdir. Həmin elana əsasən Zərərçəkmiş şəxs ona zəng etmiş və o, evi 300 manata kirayəyə verdiyini demişdir. xx.xx.2024-cü il tarixdə Tahirlə «N.Nərimanov» parkının qarşısında görüşüb, 300 manat pulu almışdır. Bundan sonra Tahir ona zəng edib, evdə gəlib, yaşamaq istədiyini demişdir. O, Tahirə evin alınmadığını və pulu qaytaracağını söz vermişdir. Lakin, qeyd edilən, yəni elanda yerləşdirilmiş evin olmadığını, niyyətinin Zərərçəkmiş şəxs aldadıb, pulunu ələ keçirmək olduğunu bildirmişdir. Zərəri bu gün tam ödəmişdir. Əməlindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyevə ünvanlanan 01 iyul 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə və ərizə ilə 18-ci PŞ-nə müraciət edərək, 19.06,2024-cü il tarixdə kirayə ev tutmaq üçün Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» adına parkın qarşısında Şəxs 300 manat pul verdiyini, lakin Şəxs onun etibarından sui-istifadə edib, 300 manat pulu qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə, onu aldatdığını bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alıb, ərizə əsasında taplanmış material üzrə cinayət işinin başlamasının rədd edilməsi barədə qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti əməkdaşa həvalə ediməsinə göstəriş verilməsi xahiş edilmişdir. Material üzrə izahatı alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, sosial şəbəkə olan yeni əmlak internet saytında özünə metronun «28 may» stansiyası yaxınlığında kirayə ev tapmış və elandan yerləşdirilmiş nömrə ilsə əlaqə saxlamışdır. Özünü Şəxs kimi təqdim edən şəxs ev 300 manata kirayəyə verə biləcəyini demişdir. O, xx.xx.2024-cü il tarixdə Emillə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «N.Nərimanov» adına parkın qarşısında görüşüb, ona 300 manat pul vermişdir. xx.xx.2024-cü il tarixdə Emil ona zəng edib, evi verə bilməyəcəyini və pulu qaytaracağını demişdir. Lakin, Emil verdiyi vədə əməl etməyərək, pulu qaytarmamışdır. “İnzibati qaydada tutma haqqında” 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs dəymiş zərəri, yəni 300 manat məbləğində pulu ona ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, 19 iyun 2024-cü il tarixdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar