Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1968/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa olunmasına” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ ******* nömrəli, 26 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi və həmin şikayətə baxılması üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ ******* nömrəli, 26 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İXMnin 469.3-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ ******* nömrəli, 26 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqiliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayət vermiş şəxs X3 ərizəsində qeyd etmişdir ki, şəxsi mülkiyyətində olan **-TC-*** dövlət nömrə nişanlı, “Daewoo Lacetti” markalı minik avtomobilini texniki baxışdan keçirərkən ona məlum olmuşdur ki, barəsində müxtəlif inzibati cərimə protokolları tərtib olunmuş və guya o həmin cərimə protokollarını icra etməmişdir. Halbuki o, avtomobilini nasazlığa görə əksər hallarda idarə etməmişdir. Tərtib olunan inzibatı xəta haqqında protokollardan da görünür ki, eyni cəza təkrar olunub. Buna baxmayaraq barəsində xx.xx.2021-cü il, EQ ******* saylı protokolla İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddələsinə əsasən 50 manat cərimə edilmişdir. Tərtib olunan protokolun heç biri ona qanunvericiliyə uyğun şəkildə göndərilmədiyindən məlumatsız olmuşdur. Nəticədə şikayətvermə, yaxud da həmin protokol üzrə edilən cərmənin vaxtında ödənilməsini həyata keçirə bilməmişdir. Barəsində tərtib olunan həmin inzibati cərimə protokol barədə ona 2025-ci ildə təqdim olunub. Onun bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 etdiyi şikayətinə imtina cavab verilirək bilidirilib ki, şikayət etmə müddətini bitirdiyindən baxılması mümkün deyil. Həmin avtomobili idarə etmədiyi halda barəsində inzibatı xətanın törədilməsi haqqında protokolda nəzərdə tutulan cəza ədalətsiz və qeyri-qanunidir. Lakin qanunla qəbul olunmuş qərardan şikayət etmə müddəti ondan asılı olmayan səbəbdən itirildiyindən bununla bağlı müraciət edə bilmir. Odur ki, barəsində xx.xx.2021-cü il, EQ ******* saylı protokolla İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən 50 AZN cərimə növündə inzibatı cəza haqqında qərarından şikayətetmə müddətinin bərpa edilməsi və verdiyi şikayətini icraata götürülərək mahiyyəti üzrə baxılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə müddətin bərpasına dair vəsatəti və iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İXM-in 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göründüyü kimi şikayətçi X1 orqan tərəfindən çıxarılmış qərarı prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəmədə mübahisələndirmiş, şikayət verilməsi üçün müddəti heç bir üzrlü səbəb olmadan ötürmüş, bununla bağlı tutarlı və əsaslı dəlil göstərə bilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ ******* nömrəli, 26 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X3 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1968/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1968/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver