Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1969/2023 14.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275-ci maddəsi ilə EP seriyalı ******* nömrəli, 16 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri. ünvan 1 ünvanında qeydiyyatda olan “Madoer’’ MMC-nin ünvanına Türkiyə Respublikasının f “MADQ X6 Tic. A.S.” şirkətindən 08K7099/08ABE658 nömrə nişanlı yük avtomaşınında ; MEF**********965 nömrəli xx.xx.2023-cü il tarixli invovs sənədi ilə daxil olmuş plastmasdan süfrə məmulatları, içki ücün qablar (buzlu icecek bardağı), kağızdan və va kartondan məmulatlar yükü **********2535 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. **********2535 sorğu nömrəli gömrük bəyannaməsinin yoxlanılması zamanı, sözügedən gömrük bəyannaməsində bəyan edilmiş malların Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” 678-İQ nömrəli qanunun 46-cı maddəsinin təsir dairəsinə düşməsinə dair şübhələr yaranmışdır. Bununla əlaqədar olaraq **********2535 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinin təsir dairəsinə düsüb-düsməməsinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə 1400-012/0xx-xx/005903 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmiş, həmin İdarədən daxil olmuş 2200-015/0xx-xx/003434 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən MEF**********965 nömrəli xx.xx.2023-cü il tarixli invovs sənədinin 4-cü mal mövqeyi üzrə idxal olunan yük termoplastik polimer materialdan hazırlanmış, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkan (“Buzlu içecek bardağı (küçük)” adlı üzəri “X4” yazısı çap olunmuş, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, rəngsiz, şəffaf, polietilentereftalat (CAS 25038- 59-9) əsaslı termoplastik polimerdən hazırlanmış stəkan) Azərbaycan Respublikasının 8 iyun 1999- cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Bununla da, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı səhəri, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından 08K7099/08ABE658 nömrə nişanlı yük avtomaşınında MEF**********965 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədinin 4-cü mal mövqeyi üzrə idxal edilmiş 4000 ədəd “buzlu içecek bardağı” adlı stəkanlar Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında iş üzrə bildirmişdir ki, nümayəndəsi olduğu MMC “MADO” restoranlar şəbəkəsi üçün Türkiyə Respublikasından müxtəlif adda qida və qeyri-qida məhsullarının idxalını həyata keçirir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasının “MADO X6 Tic. A.S.” şirkətindən 08K7099/08ABE658 nömrə nişanlı yük avtomaşınında plastmasdan süfrə məmulatları, içki üçün qablar və kağızdan, kartondan məmulatlar yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********2535 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, ödənişləri həyata keçirilmişdir. Həmin mallar "xxxx" MMC və Türkiyə Respublikasının “MADO X6 Tic. A.Ş.’’ şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əsasında idxal edilmişdir. 08K7099/08ABE658 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər qabaqcadan tam şəkildə həyata keçirilmişdir. Tərəflərindən idxal edilmiş 4000 ədəd “Buzlu içecek bardağı (kiçik)” adlı stəkanların qadağan olunmuş malların siyahısına aid olduğu barədə məlumatları olmamış, bu barədə yalnız X2 İdarəsinin rəyindən sonra məlumatları olmuşdur. Əgər həmin malların qadağan olunmuş malların siyahısına aid olduğunu bilsəydilər həmin malları Azərbaycan Respublikasına idxal etməzdilər. Sonda MMC barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 275-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına MEF**********965 saylı xx.xx.2023-cü il tarixli invoysun 1.3 və 4-cü mal mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələr XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir. İnvoysun 1 və 3-cü mal mövqeyi üzrə idxal olunan mallar Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid deyil. İnvoysun 4-cü mal mövqeyi üzrə idxal olunan yük termoplastik polimer materialdan hazırlanmış, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkan Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Bakı Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsinin xx.xx.2023 tarixli raportundan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına xx.xx.2023-cü il tarixində 08K7099/08ABE658 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük **********2535 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixində bəyan edilmişdir. Bakı Baş Gömrük İdarəsində **********2535 sorğu nömrəli gömrük bəyannaməsinin yoxlanılması zamanı, gömrük bəyannaməsində bəyan edilən malların Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” 678-İQ nömrəli qanunun təsir dairəsinə düşməsi haqqında şübhə yaranmışdır. Belə ki, **********2535 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən mallar üçün xx.xx.2023-cü il tarixdə X2 İdarəsinə müraciət ünvanlanmış və həmin müraciətə xx.xx.2023-cü il tarixində cavab olaraq, **********2535 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən və MEF**********65 saylı invoysun 4-cü mal mövqeyi üzrə idxal olunan yük termoplastik polimer materialdan hazırlanmış, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkan Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin üçüncü abzasına əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikası İXM-in 275-ci maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin tələbləri pozularaq birdəfəlik istifadə üçün nəzərdə tutulan stəkanların (yəni, termoplastik polimer materialdan hazırlanmış, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkanların) ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunduğu halda, buna əməl edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 275.4-cü maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 275.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 3000 (üç min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1969/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1969/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver