Məhkəmə qərarları › İş №3(005)-1974/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1974/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1974/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 400 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X4 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Nərimanov rayonu ərazisində “xxxxxxxxxxxx” QSC ilə rəsmi müqavilə əsasında “Topaz” məntəqəsi (agent olaraq) işlədir. xx.xx.2020-ci il tarixində Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşları fəaliyyət göstərdiyi obyektə - "Topaz" məntəqəsinə gələrək barəsində inzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə MN0628457 nömrəli inzibati xəta haqqında protokol qəbul etmişlər. Polis əməkdaşları protokolun tərtib olunmasına əsas kimi karantin rejimi dövründə Nazirlər Kabinetinin icazə vermədiyi fəaliyyətlər sahəsinə daxil olan xidmətlə məşğul olmasını bildirmişlər. Lakin barəsində tərtib olunan inzibati xəta haqqında protokol qanunsuz olaraq tərtib olunduğundan bu barədə xx.xx.2020-ci il tarixində Daxili İşlər Nazirliyinə-yuxarı vəzifəli şəxsə müraciət etmişdir. Protokoldan verdiyi şikayətə xx.xx.2020-ci il tarixində Nərimanov RPİ-də baxılmış və protokol qüvvədə saxlanılmış və həmin protokol əsasında isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar qanunvericiliyin tələblərinin kobudcasına pozulması ilə qəbul edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Nazirlər Kabinetinin 323, 282, 294, 196 163,178, 237 saylı qərarları ilə karantin rejimi dövründə fəaliyyəti qadağan edilən ictimai iaşə və digər müəssisələrin fəaliyyəti tənzimlənir. Nazirlər Kabinetinin 8 sentyabr tarixində qüvvəyə minən 4 sentyabr tarixli 323 nömrəli qərarı ilə əksər müəssisələrin fəaliyyətinə icazə verilmiş və yumşalmalar başlanılmışdır. Onlara isə inzibati tənbeh 9 sentyabr tarixində tətbiq edilmişdir. Yuxarıda adını çəkdiyi Nazirlər Kabinetinin 323, 282, 294, 196 163, 178, 237 saylı qərarların heç birində fəaliyyətlərini qadağan edən müddəa yoxdur. Buna baxmayaraq onlar həmin tarixə qədər yalnız online qaydada fəaliyyət göstərmişlər. Heç bir müştəri qəbul etməmişlər. Onların fəaliyyətləri də qadağan edilməmişdir və ASAN icazə sistemindən istifadə edərək fəaliyyət göstərmişlər. Polis əməkdaşları onların ünvana baxış keçirərkən belə onlar müştəri qəbul etməmişlər. Bununla bağlı polis əməkdaşlarında heç bir sübut yoxdur. "xxxxxxxxxxxx” QSC tərəfindən AR Nazirlər Kabinetinə xx.xx.2020-ci il tarixində məktubla müraciət etmişdir. Müraciətdə məqsəd həqiqətən onların fəaliyyətləri qadağan edilib-edilməməsini təsdiqini öyrənmək idi. Həmin məktub nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən DİN-ə, İqtisadiyyat Nazirliyinə fəaliyyətimizin məhdudlaşdırılmaması ilə bağlı göstəriş verilmişdir. Məhkəməyə müraciət etdikləri tarixdə xx.xx.2020-ci il tarixində bütün Respublika üzrə Topaz agentləri heç bir məhdudlaşdırma olmadan fəaliyyətlərini davam etdirməkdədirlər. Nazirlər Kabinetinin 323, 282, 294, 196 163, 178, 237 saylı qərarların heç birində fəaliyyətlərini qadağan edən müddəa olmadığına görə onlara yazılan inzibati tənbeh tətbiq etmə haqqında qərar qanunsuzdur. Qeyd etdikləri halları nəzərə alaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi və inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili X3 çıxış edərək bildirmişdir ki, o, idman mərc oyunları üzrə operator qismində çıxış edən “xxxxxxxxxxxx” QSC ilə imzalanmış Ticarət (agent) nümayəndəsi haqqında idman mərc oyunları biletlərinin satıcısı kimi fəaliyyət göstərir. Stasionar satıcı operatorla (xxxxxxxxxxxx) müqaviləyə əsasən fəaliyyət göstərən və mərc oyunun iştirakçıları ilə operator arasındakı bütün əlaqələri stasionar terminallar vasitəsilə mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən hüquqi və ya fiziki şəxsdir. Bu fəaliyyət üzrə əldə olunan gəlir bir neçə ailənin dolanışıq mənbəyini təşkil etməkdədir. Bütün fəaliyyətin müddəti ərzində əldə etdiyi gəlir üzrə qanunvericiliyinə əsasən bütün öhdəliklərini qəpiyinə qədər yerinə yetirir. Əməkdaşları tərəfindən protokol tərtib edilərkən qeyd olunan ünvanda idman mərc oyunları üzrə heç bir fəaliyyət olmamış və hər-hansı bir bilet satışı da həyata keçirilməmişdir. Hətta həmin ünvanda qeyd olunan tarixdə hər-hansı bir fəaliyyət həyata keçirilmiş olsaydı belə bu Nazirlər Kabinetinin qərarı ilə qadağan edilən fəaliyyət sahələrinə aid deyildir. Hal-hazırda da Respublika üzrə 'Topaz" agentləri heç bir məhdudiyyət olmadan fəaliyyətlərini "Karantin rejiminin qaydalarına uyğun" davam etdirməkdədirlər. Odur ki, Əhliman Cəfərov barəsində xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-i məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında Bakı şəhər Nərimanov RPİ-nin 18ci PŞ- tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, vətəndaş X4 xx xxxxxxxx 2020-ci il tarixdə Nərimanov rayonu ərazisində “Topaz" idman mərc oyunları obyektində fəaliyyət göstərərək karantin rejim qaydalarını pozduğu üçün İXM-nin 211.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli 323 saylı “xüsusi krantin rejimi ilə bağlı bəzi məsələlər barədə” Qərarında göstərilmişdir ki: “Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan , Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin- təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.1.2-ci, 1.1.5-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin; 1.2. 1.1-1-ci bənddə “5" rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin; 1.3. 2-ci hissədə "hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının” sözləri "tələblərin" sözü ilə əvəz edilsin; 1.4. 3-cü hissədə “hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına” sözləri “tələblərə" sözü ilə əvəz edilsin; 1.5. 4-cü hissə ləğv edilsin; 1.6. həmin Qərara əlavə - "Fəaliyyətinə icazə verilən sahələr" üzrə: 1.7.1. 6.10-cu bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın; 1.7.2. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin: 13. Təhsil müəssisələrinin fəaliyyəti.”. 2. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 176 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.2. ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;"; 2.2. 1.3-cü bənd ləğv edilsin, 2.3. 1.15-cı bənddən ", Gəncə, Lənkəran” sözləri çıxarılsın və həmin bənddə “22:00-dan 08:00-dək" sözləri “00:00-dan 09:00-dək” sözləri ilə əvəz edilsin. 3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 294 nömrəli Qoramın 3.1-ci bəndində "Bakı. Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının" sözləri “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə, “22:00-dək” sözləri “00:00”-dək sözləri ilə əvəz edilsin və həmin bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın. Müəyyən edilsin ki: 4.1. təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təmin edilir; 4.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər "Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00-dan 00:00-dək həyata keçirilir; 4.3. bu Qərara əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur. 5. Bu Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir. Yuxarıda qeyd olunan Qərardan da göründüyü kimi Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 saylı Qərarı ilə 1.1.2-ci bəndində göstərilən “ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər qadağası” yarımbəndi ləğv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, X4 xx xxxxxxxx 2020-ci il tarixdə qeyd olunan ictimai iaşə müəssisəsində fəaliyyət göstərmiş olsaydı belə, onun bu fəaliyyəti özlüyündə karantin rejiminin pozulması kimi qiymətləndirilə bilməzdi. Karantin rejiminin pozulması, həmin vaxtı qüvvədə olan qadağalardan hər-hansı birinin baş verməsi ilə bağlı yarana bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğdə cərimə edilmişdir. Qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X4 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞnin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar