Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1976/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Azərbaycan Respublikası Qanununa əsasən ASC illik hesabatı xx.xx.2020-ci il tarixdə təsdiq etsə də, xx.xx.2020-ci il tarixdə yəni, qanunla nəzərdə tutulan 10 gün müddəti ötürməklə təqdim etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən MMC barəsində tərtib edilmiş protokola dair heç bir etirazları yoxdur. Belə ki, MMC tərəfindən illik maliyyə hesabatları xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Lakin üzrlü səbəblərdən həmin hesabat xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Ölkədə olan mövcud vəziyyətlə əlaqədar olaraq səhmdarların bir yerdə yığılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alıb, Şəxs ASC-nin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında daxil edilmiş məlumatların çıxarışından görünürki, Şəxs ASC xx.xx.1999-cu ildə dövlət qeydiyyatına alınmışdır; Şəxs ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ASC illik hesabatı xx.xx.2020-ci il tarixdə təsdiq etsə də, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərmişdir. Şəxs ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Şəxs X6 Cəmiyyətinə göndərilmiş xx xxxxxxxx 2020-ci il tarixində № 16-04171-2020 saylı bildirişə cavab olaraq şirkətin illik hesabatlarının həmişə vaxtında təqdim edildiyini, lakin 2019-ci ilin illik hesabatının müəyyən müddətə gec təqdim edilməsinin əsas səbəbinin ölkədə yaranmış mövcud vəziyyətlə yəni COVİD - 19 ilə əlaqədar olaraq səhmdarların fiziki olaraq bir yerə yığılmasının mümkün olmadığını, sərt karantin rejimi yumşaldılandan sonra səhmdarlar sənədlərlə tanış olaraq imzaladıqları bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsinə əsasən qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Azərbaycan Respublikasının Qanunun 75.1ci maddəsinə əsasən emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. Həmin Qanunun 75.2-ci maddəsinə əsasən, emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına (yəni Azərbaycan Respublikasının Maliyyə X1) təqdim edilir. Həmin Qanunun 75.3-cü maddəsinə görə, emitentlərin illik hesabatında aşağıdakılar öz əksini tapmalıdır: (75.3.1) maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi; (75.3.2) idarəetmə hesabatı. Həmin Qanunun 75.5-ci maddəsinə görə, illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir. “Emitent idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”-ın 2.2-ci bəndinə əsasən illik hesabat hər başa çatmış təqvim ilinin nəticələrini üzrə hazırlanmalı və emitent səhmdar cəmiyyəti olduqda növbəti ilin ilk ayı ərzində səhmdarların illik ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanı həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir. Həmin Qanunun 75.12-ci maddəsinin tələbinə görə, emitentin maliyyə hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilərək auditor rəyi ilə təsdiq edilir, idarəetmə hesabatına dair tələbləri isə maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarına əlavə edilmiş sənədlərlə, habelə hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi izahatı ilə müəyyən edilir ki, ASC illik hesabatı xx.xx.2020-ci il tarixdə təsdiq etsə də, xx.xx.2020-ci il tarixdə yəni, qanunla nəzərdə tutulan 10 gün müddəti ötürməklə təqdim etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 421-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC -nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1976/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1976/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver