Məhkəmə qərarları › İş №3(005)-1980/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1980/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1980/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda "xxxx" MMC, barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan şikayət ünvanlayaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqsirkar olan Şəxs MMC-yə məxsus olan “Toyota Prius (hibrid) minik” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta müqaviləsi olmadığı müəyyən olunduğu üçün hüquqi şəxs barəsində AR İXM-nın 469.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və hüquqi şəxs barəsində qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhər Nərimanov rayon DYPŞnm qərarı ilə “Toyota Prius (hibrid)” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin olaraq inzibati tənbeh olunmasına etiraz edirlər. Belə ki, 31 mart 2023-cü il tarixli 1191 saylı “Daxili İizinq” müqaviləsinə əsasən “Toyota Prius (hibrid) minik” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, daxili lizinq müqaviləsi imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi İizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmçinin qeyd etmək istəyirlər ki, lizinq alan X3 notariat kontorunda ərizə verərək qeyd etmişdir ki, 31 mart 2023-cü il tarixli 1191 saylı "Daxili lizinq” müqaviləsinə əsasən "Toyota Prius (hibrid) minik” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta edilməsinin onun üzərinə düşdüyünü qəbul edir və vaxtında avtomobili icbari sığorta etmədiyi üçün inzibati xəta haqqında protokolun onun adına rəsmiləşdirilməsini xahiş edir. Qeyd edilənlərin nəzərə alaraq İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portalının çıxarışından görünür ki, "xxxx" MMC tərəfindən balansında olan “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-AN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. X2 notarial qaydada təsdiqlənmiş 12 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, o, 31 mart 2023-cü il tarixli 1191 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Toyota Prius (hibrid)” minik markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə edir və sahiblik edirəm. 31 mart 2023-cü il tarixli 1191 saylı “Daxili lizinq” müqaviləsinə əsasən qeyd olunan avtomobilin icbari sığorta müqaviləsinin bağlanmasının onun öhdəliyinə düşdüyünü qəbul edir. Qeyd olunan avtomobilə icbari sığorta müqaviləsinin bağlanmaması üçün məsuliyyəti o, daşıdığından AR İXM-nin 469.3-cü maddəsi ilə cərimə olunmağına etiraz etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinin pozulması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 469.3-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3cu maddəsi ilə tərtib edilmiş olmuş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar