Məhkəmə qərarları › İş №3(005)-1990/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1990/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1990/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şəxs MMC-nin rəhbəri X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 19 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 200000.00 ABŞ dolları məbləğində vəsaiti 01 iyun 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 200000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 02 iyun 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının Şəxs MMC-nin rəhbəri X3 çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən «Sumqayıt Taxıb MMC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmamışdan əvvəl «Sumqayıt Taxıb MMC-nin qanuni təmsilçisi çağırılmamış və protokol barədə heç bir məlumat verilməmişdir. Bununla da Mərkəzi Bank “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3, 24, 25, 47, 62, 80-1-ci maddəsinin tələbləri pozulmuşdur. «Sumqayıt Taxıb MMC İnzibati icraat haqqında AR Qanunun 77-ci maddəsində nəzərdə tutulan hüquqlarından məhrum olmuşdur. Belə ki, məhkəmə qaydasında müvəqqəti xarakterli müdafiə hüququndan istifadə edə bilməmişdir. Bildiririk ki, "xxxx" MMC 05 mart 2021-ci il tarixli GR-34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında GRANUM GROUP LLC-dən Rusiya mənşəli ərzaq buğdasını almaq üçün qabaqcadan (avans) ödəmə olaraq “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" ASC vasitəsilə həmin müqavilələr üzrə cəmi 860,096.50 (səkkiz yüz altmış min doxsan altı ABŞ dolları əlli sent) ABŞ dolları məbləğində pul köçürmüşdür. "xxxx" MMC tərəfindən 860,096.50 (səkkiz yüz altmış min doxsan altı ABŞ dolları əlli sent) ABŞ dolları məbləğində pulun qabaqcadan (avans) köçürülməsinə baxmayaraq, cavabdeh GRANUM GROUP LLC köçürülən həmin vəsait dəyərində ərzaq buğdasını Azərbaycana idxal etməmişdir. GRANUM GROUP LLC və "xxxx" MMC arasında imzalanmış Üzləşmə Aktına əsasən GRANUM GROUP LLC-nin "xxxx" MMC-yə idxal olunmayan ərzaq buğdasına görə qabaqcadan (avans) köçürülmüş 860,096.50 (səkkiz yüz altmış min doxsan altı ABŞ dolları əlli sent) ABŞ dolları məbləğində borcu vardır, ərzaq buğdası Azərbaycan Respublikasına idxal olunmadığı üçün həmin pul vəsaiti GRANUM GROUP LLC tərəfindən geri qaytarılmalıdır. Hazırki vaxta qədər GRANUM GROUP LLC, köçürülən vəsait həcmində ərzaq buğdasını göndərəcəyini bildirsə də, bu hərəkət baş verməmişdir və tərəflərindən qabaqcadan (avans) köçürülən vəsaitin qaytarılması ilə bağlı GRANUM GROUP LLC-yə dəfələrlə müraciətlərin edilməsinə, yazışmaların aparılmasına baxmayaraq hərəkətsizlik göstərməkdə davam etmişdir. "xxxx" MMC GRANUM GROUP LLC-yə Pretenziya göndərərək ərzaq buğdasına görə qabaqcadan (avans) köçürülmüş 860,096.50 (səkkiz yüz altmış min doxsan altı ABŞ dolları əlli sent) ABŞ dolları məbləğində pul vəsaiti miqdarında malın 10 gün ərzində təcili göndərilməsi xahiş olunmuş, əks halda tərəflər arasında bağlanmış müqavilələr əsasında qabaqcadan (avans) köçürülmüş vəsaitin geri qaytarılması tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciətin ediləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Ərzaq buğdasına görə qabaqcadan (avans) köçürülmüş 860,096.50 (səkkiz yüz altmış min doxsan altı ABŞ dolları əlli sent) ABŞ dolları məbləğində pul vəsaiti miqdarında ərzaq buğdası 10 gün ərzində Azərbaycana idxal olunmadığından, mübahisənin mediasiyada həlli məqsədilə GRANUM GROUP LLC-yə mediasiyanın tətbiqinə dair Təklif göndərilmişdir. GRANUM GROUP LLC tərəfindən Təklifə münasibət bildirilmiş və tərəflər mediasiya prosesinin tətbiqinə dair razılaşaraq aralarında müqavilə bağlamışlar. Tərəflər həmin müqavilənin 2-ci bəndində mübahisəni Azərbaycanda mediasiya yolu ilə “Mediasiya prosesinin tətbiq edilməsi haqqında” müqavilədə (razılaşmada) həll etmək, bu mümkün olmadıqda isə mübahisəyə Azərbaycan Bakı Kommersiya Məhkəməsində baxılması barədə razılığa gəlmişlər. Mübahisənin mediasiyada həlli mümkün olmamış və müvafiq olaraq 16 mart 2023-cü il tarixli X2 İştirak Edilməmə barədə Arayış vermişdir. GRANUM GROUP LLC 05 mart 2021-ci il tarixli GR- 34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr üzrə öhdəlikləri 8000 və 4200 ton Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq Azərbaycan Respublikası ərazisində təhvil vermək olmuşdur ki, bu öhdəliyini pozmuşdur. Tərəflər aralarında bağladıqları mediasiyanın tətbiqinə dair müqavilədə mübahisə mediasiyada həll olunmadığı təqdirdə mübahisəyə Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsində baxılmaqla həmin məhkəməni Beynəlxalq məhkəmə kimi qəbul etmişlər. Bundan başqa Tərəflər həmin müqavilənin 6-cı bəndində razılaşma ilə həll edilməyən məsələlərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənməsini qəbul etmişlər. Hal-hazırda GRANUM GROUP LLC Şirkəti ilə danışıqlar davam edir və qarşı tərəf bildirmişdir ki, ya malı göndərəcəklər, ya da vəsaiti geri qaytaracaqlar. Bununla yanaşı "xxxx" MMC qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasına dair GRANUM GROUP LLC Şirkətinə qarşı Beynəlxalq məhkəmə kimi tərəflər arasında qəbul edildiyindən Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Bakı Kommersiya Məhkəməsində iddia icraata götürülərək baxılır. Mərkəzi Bank həmin iş üzrə üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, "xxxx" MMC tərəfindən inzibati xətanın törədilməsinə dair təqsirli hərəkətləri sübut olunmur və bu səbəbdən inzibati xəta müəyyən edilmədiyi üçün protokol geri qaytarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 00121 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının tələbi olaraq idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətlərin idxalını təsdiq edən sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC 200000.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" QSC-yə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC 01 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 200000.00 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 200000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 200000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 40.000 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar