Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1990/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi Nümayəndə2, Şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 08:40 radələrində ona məxsus olan **-UN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta minik” markalı avtomobil ilə, Nərimanov rayonu X9 prospekti ilə hərəkət edərək, işıqfordan keçərək eyni rayonun Heydər Əliyev prospektinə tərəf dönmə hərəkəti edirmiş. İşıqforda yaşıl işıq yanıb və o, stop xəttinə çatarkən işıqforun yaşıl işığı yanıb-sönməyə başlamış və qarşısındakı “Hyundai” markalı avtomobil qəfil tormozlama etsə də, o, qanun çərçivəsində onun solundan keçərək hərəkətini davam etdirmişdir. Həmin vaxt ərazidə olan Yol Patrul Xidmətinin avtomobili ona saxla göstərişi vermişdir. O, avtomobili saxlamış və həmin Xidmətin əməkdaşı, Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru poliş serjantı X4 ona yaxınlaşaraq özünü təqdim etmiş və işıqforun qadağanedici işığında keçdiyini bildirmişdir. O, da onunla razılaşmamış və görüntü təqdim etməsini istəmişdir. YPX əməkdaşı isə öz növbəsində “İphone” markalı şəxsi telefonu ilə çəkdiyi görüntünü ona göstərmişdir. O ona bildirmişdir ki, ilk növbədə bu görüntüdə heç nə aydın görünmür. Ən əsası isə, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydalarının pozulmasının qeydə alınması sertifikatı olan və rəsmi reyestrə daxil edilmiş xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilə bilər. O, YPX əməkdaşından rəsmi və hər şeyin aydın göründüyü video görüntü tələb etmiş və bunu ona təqdim edə bilməmişdir. Onun iradlarını və tələblərini nəzərə almayaraq, inzibati xəta haqqında qərarsız protokol tərtib etmiş və ona təqdim etmişdir. O, da həmin gün, həmin protokoldan Daxili İşlər Nazirliyinə elektron formada şikayət etmiş. 10 gün müddətində ona cavab verilməli olduğu halda, 28 gün keçməsinə baxmayaraq aidiyyəti qurumdan heç bir cavab verilməmişdir. Əlaqə nömrəsi kimi qeyd etdikləri (012) ***-**-** nömrəsinə isə, ümumiyyətlə 28 gün ərzində bir dəfə belə cavab verilməyib. 102 qaynar xəttinə şikayət etmişdir. Şikaytətinə baxılmayıb. 902 qaynar xəttinə şikayət etmişdir, yenə şikayətinə baxılmayıb. Eyni zamanda inzibati xəta haqqında qərarın surəti 2 gün ərzində qərar qəbul edilmiş şəxsə verilməli olsa da, bu qərar ona 10 iyun tarixində, yəni 17 gündən sonra təqdim edilmişdir. Odur ki, bütün bu hüquq pozuntularının nəzərə alınmasını, haqqında tərtib olunmuş inzibati xəta protokola yenidən obyektiv baxış keçirilməsini, əgər aidiyyəti qurum görüntüləri və digər materialları təqdim edə bilmirsə, inzibati xəta haqqında protokolun icrası barədə müəyyən qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X5 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi Nümayəndə2 qərarın qanunauyğun olduğunu bildirərək, X1 qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyini söyləmiş və bu barədə görüntünü məhkəməyə təqdim etmişdir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmədə tədqiq edilmiş DVD disk görüntüsündən aydın olur ki, **-UN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta minik” markalı avtomobil işıqforun qadağanedici işığında hərəkətini idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1990/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1990/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver