Məhkəmə qərarları › İş №3(005)-1992/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1992/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1992/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin Şəxs barəsində tərtib olunmuş xx.xx.2025ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 18:31-də Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli EQ 22230990 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməklə Azərbaycan Respublikası İXM-in 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli EQ 22230990 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan (DİN BDYPİ X1) görünür ki, Şəxs xx.xx.2024-cü il saat 18:31-də Ramstore t/m (Körpünün yanı) “BMW M5” minik markalı **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanının tələbinə riayət etməməklə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 18:31-də Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli EQ 22230990 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməklə törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 529.3-cü maddəsinə əsasən 529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. (Qeyd: xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə qədər İXM-in 38.1-ci maddəsində həmin müddət üç ay, dəyişiklikdən sonra dörd ay müəyyən olunmuşdur.) Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan dörd aylıq müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilməli olduğuna görə İXM-in 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində həmin Məcəllənin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla üç aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün müvafiq inzibati xətanın baş vermə günü hesab edilir. Məhkəmə, inzibati tənbeh vermə haqqında sözügedən qərarın konkret olaraq hansı tarixdə qüvvəyə minməsi barədə inzibati xəta haqqında iş üzrə icraat materialında təsdiqedici heç bir sübutun olmamasını nəzərə alaraq nəticəyə gəlir ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilməklə 20 günlük şikayətvermə müddətinin bitdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və bu gündən etibarən ötən üç ay müddətində, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icra edilməli olduğu sonuncu, xx.xx.2024-cü il tarixədək olan gündən sonrakı gün, xx.xx.2024-cü il tarixdə şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin qanunla dörd ay müəyyən olunmasını nəzərə aldıqda həmin müddətin xx.xx.2024-cü il tarixdə başa çatdığı müəyyən edilir. Bu tarixdən etibarən Şəxs müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olduğu üçün o, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da İXM-in 529.3-cü maddəsi ilə inzibati xətanın baş vermə günündən, yəni xx.xx.2024-cü il tarixdən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsindən hazırkı vaxtadək artıq İXM-in 529.3-cü maddəsinə münasibətdə dörd aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Məhkəmə bir daha qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta bu Məcəllənin 38.1-ci maddəsində sadalan, törədildiyi gündən ən geci 1 il keçənədək inzibati tənbehin verilməsi mümkün olan inzibati xətalara aid deyildir. İnzibati cərimə növündə tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi vaxtdan 3 aylıq müddətin bitdiyi günün səhəri günü Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xətanın tərkibi yaranır. Bu zaman İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 4 ay müddətində tərtib edilə bilər. Sonuncu müddət bitdikdən sonra, müddətin keçməsi ilə əlaqədar şəxsin barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarının yuxarıda qeyd olunan şərhindən son nəticə etibarı ilə müəyyən olunur ki, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi vaxtdan ümumən 7 ay keçdikdən sonra şəxs İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilir. Məhz bu səbəbdən müddət keçməsinə baxmayaraq şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsində həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli olmasına dair imperativ norma müəyyən olunmuşdur. Kifayət qədər əsaslandırlan hallar və Azərbaycan Respublikası İXM-in normalarının qanuni tətbiqinin təmin edilməli olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, bu Məcəllənin 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Habelə məhkəmə səlahiyyətli orqanın diqqətinin hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilənlərə cəlb edilməsini zəruri hesab edərək nəzərlərinə çatdırır ki, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olan şəxsin inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraat materialının məhkəməyə göndərilməsi ilə şəxsin hüquqlarının pozulmasına yol verilməməli, belə hallarda iş məhkəməyə göndərilmədən şəxsin bu hüququnun təmin edilməsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmamalı, başlanmış icraata orqanın özü tərəfindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.1.6, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanıla bilməməsinə, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməli olmasına cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar