Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1997/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 336.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ DYPİ-nin polis mayoru X5 tərəfindən Şəxs ASC-nin barəsində tərtib edilmiş 09 iyun 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 09 iyun 2022-ci il tarixdə, saat 18:10 radələrində Şəxs ASC-yə məxsus “Toyota Camry” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilmişdir. Bununla da, Şəxs ASC barəsində İXM-in 336.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin vəkili X4 hüquqlarını müdafiə etdiyi hüquqi şəxsi İXM-in 336.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə 418 nömrəli YPX avtomobilini idarə edən polis əməkdaşı X6 guya Puta-Nəqliyyat -2 ASC-yə məxsus avtomobili sürücü X1 vəziyyətdə avtomobil idarə etməyinə görə avtomobili cərimə meydançasına yerləşdirmiş və ASC barəsində inzibati xəta barədə icraat başlanmış və digər bir polis əməkdaşı X5 tərəfindən xx.xx.2022-ci il tarixdə protokol tərtib edilmişdir. Həmin protokolla razı olmadığı üçün, protokola qeyd etmişdir. Həmin protokola əsasən Cəmiyyət İXM-in 336.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Belə ki, İXM-in 336.1-ci maddəsinə əsasən Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə məsuliyyət nəzərdə tutur. X2 həmin vaxt sərxoş olmasını təsdiq edən mötəbər dəlillər mövcud deyil. Həmçinin yol hərəkəti qaydaları əleyhinə inzibati xətanı bilavasitə YPX əməkdaşı Aslanov Bahadur 07 iyun tarixində aşkar etsə də protokolu 09 iyun tarixində digər əməkdaş Ələkbərov Elçin tərtib edərək imzalamışdır. Bunların, yəni həm polis əməkdaşının dəyişdirilməsi, həm də protokolun 2 gün sonra tərtib edilməsinin səbəbi barədə təqrir, qərar və ya digər əsaslandırma isə iş materiallarında mövcud deyil. İXM-in 336.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsi və idarə etməyə verilmə anında sürücünün sərxoş olmasını bilməsi zəruridir. Nəqliyyat vasitəsi X9 xx.xx.2021-ci il tarixində yol vərəqəsi əsasında verilmişdir. Məhz xx.xx.2021-ci ildə sürücünün sərxoş olmasının 9 aydan sonra müəyyən edilməsi absurddur. Hazırki iş materiallarında isə nə Abbasov Nemana, nə də digər şəxslərə etibarnamə, icarə və ya digər əşya hüquqlarına dair müqavilə mövcud deyil, ümumiyyətlə, Cəmiyyət ilə sürücü arasında əmək münasibətləri və ya digər mülki hüquqi münasibətlər mövcud deyil. Yol vərəqəsindən də açıq-aşkar görünür ki, X10 imza ilə avtomobili sərəncamına götürməmişdir. Həmçinin, sərxoşluq vəziyyətinin müayinəsi zamanı heç bir hal şahidi iştirak etməmişdir. X10 deməsinə görə sərxoş vəziyyətdə olmamışdır. Belə ki, təqdim olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2022-ci il tarixli 2\18999 nömrəli Akt qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib olunmuşdur. Belə ki, aktda yoxlanılan şəxsin doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi göstərilməmiş, müayinə aparılması barədə qərar qəbul edən orqanın adı, müqayinin səbəbi yazılmamış (yazılanlar isə natamam yazılmışdır), həmçinin müayinə aparan həkim barədə məlumatlar yoxdur (adı, atasının adı, vəzifəsi), müayinə olunanın xarici görünüşü, davranışı, şüurunun vəziyyəti, nitq qabiliyyəti, Vegetativ damar reaksiyası, tənəffüsü, nəbzi, bəbəklərinin vəziyyəti, Hərəkisfera (mimikası, ləngərli yerişi, yerimə zamanı ayaqların kənara atılma halı (sürətli dönmələrdə yeriş), dönmələr zamanı səndələmə və digər sınaqlar romberq vəziyyətində durma, dəqiq hərəkətlər (döşəmədən dəmir pulun qaldırılması, burunbarmaq sınağı)göz qapaqlarının, dilin, əl barmaqlarının titrəməsi), Alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin sonuncu dəfə qəbulu haqqında məlumatlar, Ağızdan alkoqolun və ya digər güclü təsir göstərən maddələrin iyinin gəlməsi göstərilməmişdir. Ən əsası isə Aktda havanı müayinə edən cihaz qarşısında cihaz barədə məlumatların əvəzinə 0,421 yazılmış, müayinənin vaxtı və nəticə hissəsində heç bir qeyd, yazı mövcud deyil. Aktın 12-ci bəndində nəticə yazılmamışdır, yəni b) alkoqol sərxoşluğu vəziyyəti vardır sözlərinin qarşısı boşdur. Yoxlanılan şəxsin müayinənin nəticəsi ilə tanışlığı haqqında qeyd və Müayinə aktını alan şəxsin imzası qrafası boşdur. Bütün bunlar isə müayinə aktını etibarsız edir, aktla tanış olduqda belə nəticəyə gəlinir ki, ya aktı tərtib edən şəxsin özünün müayinəyə ehtiyacı var, ya akt formal tərtib edilib. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş şəxs Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümküm hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 09 iyun 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 09 iyun 2022-ci il tarixdə, saat 18:10 radələrində Şəxs ASC-yə məxsus “Toyota Camry” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilmişdir. Bununla da, Şəxs ASC barəsində İXM-in 336.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 07 iyun 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X10 Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 22:04-də işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış və məlum olmuşdur ki, X8 alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir; xx.xx.2022-ci il tarixli, 2/18999 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, X10 həmin tarixdə sərxoş olmuşdur; xx.xx.2021-ci il tarixində yol vərəqəsindən görünür ki, “Toyota Camry” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.09.21-09.09.22-ci il tarixə kimi Şəxs ASC tərəfindən X9 verilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC nun əməlində İXMin 336.1-ci maddəsində nəzərdə inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 336.1. Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görəfiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Qanunverciliyin məzmunundan göründüyü kimi, İXM-in 336.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsi və idarə etməyə verilmə anında sürücünün sərxoş olmasını bilməsi zəruridir Nəqliyyat vasitəsi isə X9 xx.xx.2021-ci il tarixində yol vərəqəsi əsasında verilmişdir. Hazırki halda Şəxs ASC tərəfindən X7 nəqliyyat vasitəsini sərxoş halda idarə edilməsini müəyyən edə bilməsi imkansızdır. Belə ki, iş materiallarında şəxsin sərxoşlugunu təsdiq edən sübut yoxdur. Belə ki, İXM-in 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Təqsirsizlik prezumpsiyası). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs ASC nun hərəkətlərində İXM-in 336.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edilmədiyindən, məhkəmə şəxsin təqsirsiz olması qənaətinə gəlir. Bu səbəbdən də, yəni Şəxs ASC nun əməlində İXM-in 336.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.1-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş 09 iyun 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1997/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1997/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver