Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-20/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqiliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsi ilə 00800-01025/24 nömrəli, 18 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş 3-33- 3100/021/027797 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən "UNİ KO” QSC tərəfindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin müvəkkil bankın hesabına köçürülməsi haqqında hüquqi şəxsin ünvanına 3-33-3100/2-003631/2023 nömrəli xx.xx.2024-cü tarixli bildiriş göndərilmişdir. Lakin, cəmiyyət tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-xrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə xrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Cəmiyyətin hüquqi ünvanına (AZ1033, ünvan 1/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, həmçinin 051 *** ** ** mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış və səlahiyyətli nümayəndəsinin izahat verməsi xahiş olunmuşdur. Çağırış üzrə nüquqi şəxs tərəfindən verilmiş etibarnamə əsasında nümayəndə qismində X1 Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə gəlib izahat vermişdir. Əvvəlki məhkəmə iclasında Şəxs QSC nümayəndəsi və vəkili “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 18 noyabr 2024-cü il tarixli İnzibati xəta haqqında 00800-01025/24 nömrəli Protokola əsasən Şəxs QSC tərəfindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin müvəkkil bankın hesabına köçürülməsi haqqında hüquqi şəxsin ünvanına 3- 33-3100/2-003631/2023 nömrəli xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. Lakin, cəmiyyət tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal- ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalan”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin,xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin ünvanına 3-33- 3100/2-003631/2023 nömrəli xx.xx.2024-cü il tarixli bildiriş və 3-33-3100/2-004287/2024 nömrəli xx.xx.2024-cü il xəbərdarlıq məktubları göndərilmişdir. Çağırış üzrə hüquqi şəxs tərəfindən verilmiş etibarnamə əsasında nümayəndə qismində X2 Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə gəlib izahat vermişdir. Nümayəndə izahatında, xx.xx.2024-cü il tarixli **********0498 sorğu nömrəli gömrük bəyannaməsi əsasında X3 göndərilmiş avadanlıqlar “002” şərti ilə kommersiya yükü kimi ixrac prosedurunda rəsmiləşdirilsə də, əslində emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilməli idi, diqqətsizlik və səhlənkarlıq ucbatından səhvən ixrac gömrük prosedurunda rəsmiləşdirildiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, sözügedən bəyannamə üzrə mallar geri qaytarıldığı üçün həmin mallara dair ödənişin geri qaytarılması mümkün deyildir. Qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli **********0498 nömrəli gömrük bəyannaməsi əsasında göndərilən mallar emal olunduqdan sonra xx.xx.2024-cü il tarixli **********3900 nömrəli gömrük bəyannaməsi ilə geri qaytarılmışdır. Başqa sözlə desək, 180 gün ərzində ödənişi olmalı mallar 103 gündən sonra qaytarılmışdır. Bundan əlavə, Şəxs QSC tərəfindən DGK-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə xx.xx.2024-cü il tarixində müraciət ünvanlanmış və xx.xx.2024-cü il tarixli **********0498 nömrəli gömrük bəyannaməsi ilə geri ixrac etdiyimiz yükün ödəniş şərtini səhvən 002 qeyd olunduğu və əslində 007 şərti kimi qeyd olunması bildirilmişdir. Eyni zamandaməlumat verilmişdir ki, həmin mallar **********3900 nömrəli gömrük bəyannaməsi ilə Şəxs QSC-nə geri göndərilmişdir. DGK-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisindən xahiş edilmişdir ki, **********3900 nömrəli gömrük bəyannamədə ödəniş şərtini 007 ilə düzəliş edilsin. Mallar xx.xx.2024-cü il tarixli **********3900 nömrəli gömrük bəyannaməsi ilə Azərbaycan Respublikasına geri qaytarılmışdır. Odur ki, "xxxx" QSC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə olardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-in 485-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “UNİ KO" QSC tərəfindən ixrac edilən malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin köçürülməsi haqqında 3-33-3100/2-003631/2024 nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş "xxxx" QSC ünvanına göndərilmişdir. Lakin "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin,xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Odur ki,yuxarıda qeyd olunanları nəzərə alaraq qoşma vərəqdə qeyd edilən gömrük bəyannamələri əsasında malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin 180 (yüz səksən) gün ərzində köçməmişdir. Protokoldan aydın olur ki, "xxxx" QSC-nin barəsində inzibati xətanın başlanmasına səbəb olmuş 2949,3 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günlərdə olan ABŞ dollarının rəsmi məzənnəsinə (1ABŞ=1.7000AZN) uyğun olaraq dəyəri 5013,81 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesa olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 2949,3 ABŞ dollarının 30 (otuz) faizi inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə və İXM-Nin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 2949,3 ABŞ dollarının 30 (otuz) faizi, yəni 884,79 ABŞ dolları (səkkiz yüz səksən dörd dollar, yetmiş doqquz sent) ABŞ dolları məbləğində (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-20/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-20/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver