Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2002/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızı, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə AR DİN Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində ilə inzibati məsuliyyətə cəlb olunması üçün AR DİN Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən material daxil olmuşdur. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, barəsində protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilmədiyi üçün protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinin tələbinə görə, inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinin tələbinə görə, İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinin əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. İXM-in 333.3-cü maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmasına baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim olunmamışdır. Həmçinin inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində hansı bəndi ilə izibati xəta törədilməsi göstərilməmişdir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarına zidd olaraq inzibati xəta törətmiş şəxsin iştirakı məhkəmədə təmin edilmədən material məhkəməyə təqdim edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 111, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində ilə inzibati məsuliyyətə cəlb olunması üçün AR DİN Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP5440485 nömrəli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2002/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2002/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver