Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2004/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, X2 iştirakı ilə, X4 DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ26762996 və xx.xx.2025-ci tarixli EQ27615793 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizəsi ilə məhkəməyə müraciət edərək DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ26762996 və xx.xx.2025-ci tarixli EQ27615793 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, barəsində çıxılmış hər iki inzibati tənbeh vermə haqqında qərarlar qanunsuz və əsassızdır. İnzibati xətanın törədildiyi istinad olunan ərazidə nəqliyyat vasitələrinə dayanma və durmanı qadağan edən heç bir yol-nişanı yoxdur, qərara əlavə olunan fotoşəkillərdəki həmin yol-nişanı sonradan proqram vasitəsilə şəkilə əlavə edilmişdir. Həqiqətdə isə həmin hissədə heç bir qadağanedici yol nişanı yoxdur. Məhkəməyə müraciət etməmişdən əvvəl DİN-nin BDYPİ-nə şikayətlə müraciət etmiş, onlar işə baxmadıqları üçün məhkəməyə müraciət etmək qərarına gəlmiş, hüquqi təhsili olmadığına görə şikayət etmə müddətinin bərpa edilməsi barədə vəsatət verməmiş, eyni zamanda hər iki inzibati tənbeh vermə haqqında qərardan eyni ərizə ilə şikayət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqan müvafiq qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, X6 barəsində ayrı-ayrı vaxtlarda inzibati xəta törətməsinə dair xx.xx.2025-ci və xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X6 barəsində qəbul edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi prosedurunun, hər bir qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir-neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığı nəzərə alınaraq inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, X6 tərəfindən şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərarlar xx.xx.2025-ci və xx.xx.2025-ci tarixlərdə qəbul edilmiş, lakin həmin qərarlar barəsində inzibati tənbeh barədə qərar qəbul edilmiş şəxs tərəfindən rəsmi qaydada alınmasına dair heç bir sənəd materiallara əlavə edilmədən şikayət ərizəsi qanunla nəzərdə tutulmuş 20 günlük müddət ötürülməklə - xx.xx.2025-ci il tarixdə, yəni 3 aya yaxın müddət keçdikdən sonra verilmişdir ki, bu da həmin şikayətin geri qaytarılması üçün digər əsasdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə, eyni zamanda müvafiq qərarlardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etməyi zəruri hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayət vermiş şəxs X1 orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etməklə şikayət vermək hüquqları izah edilsin. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2004/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2004/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver