Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2009/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8, tələbkar – X2 iştirakları ilə, Şəxs ASC-nin rəhbəri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-564/2020 saylı xx.xx.2020-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1096/2021-013 nömrəli xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-2581/2021-010 nömrəli xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məkhəməsinin e-2-2(113)-2621/2021-025 nömrəli xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-593/2018 saylı xx.xx.2018-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinin 3(005)-2888/2020-005 nömrəli, xx.xx.2020ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3656/2020-002 nömrəli xx.xx.2020-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-902/2021-003 nömrəli xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2043/2021-025 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə Şəxs ASC-nin rəhbəri X5 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 29 iyun 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs ASC-nin rəhbəri X5 icra sənədlərinin tələblərini yerinə yetirməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, 95619/20 №-li iş üzrə üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-564/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən 209491.6 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 135483/21 №-li iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1096/2021-013 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs ASC-dən 1458 nömrəli müqavilə üzrə 12602.65 (on iki min altı yüz iki manat altmış beş qəpik) manat, 1459 nömrəli müqavilə üzrə 11722.46 (on bir min yeddi yüz iyirmi iki manat qırx altı qəpik) manat pul məbləği iddiaçı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xeyrinə tutularaq .(VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X7 idarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməlidir. 195633/21 Ns-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021-010 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs ASC-dən iddiaçı X2 xeyrinə X3 ödənilməmiş əmək haqqı, istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi, son haqq-hesab hesablanıb tutulmalıdır. 194855/21 Nsli iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2621/2021-025 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Açıq Səhmdar Cəmiyyətindən 10802,19 manat (on min səkkiz yüz iki manat on doqquz qəpik) əsas borc, 1638,24 manat (min altı yüz otuz səkkiz manat iyirmi dörd qəpik) cərimə, hüquqi yardıma görə ödənilmiş 450 (dörd yüz əlli) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 12920,43 manat (on iki min doqquz yüz iyirmi manat qırx doqquz qəpik) məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. 96486/18 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin 3(005)-593/18 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" ASC-dən 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. 16490/21 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin 3(005)-3389/2020-005 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. 221376/20 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin 3(005)-2888/2020- 005 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs-dən 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. 33363/21 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin 3(005)-3656/2020-002 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" ASC-dən 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. 116800/21 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin 3(005)-902/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" ASCdən 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. 154383NS-İİ iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2043/2021-025 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" ASC-dən cəmi 16265.33 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "X16" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədlərini "xxxx" ASC-nin rəhbəri X5 qərəzli olaraq icra etməkdən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X13 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin rəhbəri X5 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Şəxs ASC-nin rəhbəri X1 iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahat verərək protokolun təmin edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X1 yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-593/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində 1500 manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2621/2021 saylı icra vərəqəsindən görünür ki, iddianın təmin edilməsi, Şəxs ASC-dən 10802,19 manat əsas borc, 1638,24 manat cərimə, hüuqi yardıma görə ödənilmiş 450 manat xidmət haqqı, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 12920,43 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1096/2021 saylı icra vərəqəsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Şəxs ASCdən 1458 nömrəli müqavilə üzrə 12602.65 manat, 1459 nömrəli müqavilə üzrə 11722.46 manat pul məbləğinin iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2043/2021 saylı icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs ASC-dən 16115.33 manat əsas borc, 150 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X16” MMC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)-3389/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində 1500 manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)-2888/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində 1500 manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2581/2021 saylı icra vərəqəsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh Şəxs ASC-dən iddiaçı X2 xeyrinə X3 ödənilməmiş əmək haqqı, istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi, son haqq-hesab hesablanıb tutulması, həmin məbləğə gecikdirilmiş aylar üzrə hər gününə bir faizdən az olmamaq şərti ilə əlavə edilməsi və iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)-3656/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində 1500 manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)-902/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində 1500 manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-607/2020 saylı qərardadından görünür ki, təqdimatın təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-564/2020 saylı icra sənədinin icrasının təmini istiqamətində, borclu Şəxs ASC-nin mülkiyyətində olan “Ekskavator yükləyici JCB 3CXSM 4T” markalı, 10X-502 dövlət qeydiyyat nişanlı, “Vərdənə Raskat DU-47” markalı, 10L-254 dövlət qeydiyyat nişanlı, “Avtoqreyder DZ 143” markalı, 10L-253 dövlət qeydiyyat nişanlı və Buldozer T-170” markalı, 10K-589 dövlət qeydiyyat nişanlı texnikalar üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-644/2020 saylı qərardadından görünür ki, təqdimatın təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-564/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Şəxs ASC-nin mülkiyyətində olan Bitum daşıyan “KamAZ-53213 (DS- 138B)” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, Bitum daşıyan “KamAZ-53213 (DS-138B)” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, dövlət qeydiyyat nişanlı və Bitum daşıyan ‘'KamAZ-53213(DS-138)” markalı, **-JB-*** qeydiyyat nişanlı texniki qurğuların üzərinə həbs qoyulması qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş məktub və aktlarla cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də, məhkəmə Şəxs ASC-nin rəhbəri X1 hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC-nin rəhbəri X5 vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin rəhbəri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2009/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2009/2022
26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver