Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2009/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X1, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə X1 ünvan 1 ünvanında işlədiyi yerdə onun lisenziya almadan tibbi fəaliyyətlə məşğul olmağı qeyd edilmişdir. Bununla bağlı o qeyd etmişdir ki, işlədiyi yerdə heç bir tibbi fəaliyyətlə məşğul olmur. Bu barədə orada araşdırma aparılarkən də məlumat vermişdir. Fəaliyyəti üz təmizliyi və digər fəaliyyət olmuşdur, hansı ki, bu fəaliyyət lisenziya alınmasını tələb etmir. Bundan əlavə qeyd etmişdir ki, ona vəzifəli şəxs kimi cərimə cəzası tətbiq edilmişdir. Bu da yanlışdır. Çünki artıq bir neçə müddətdir ki, VÖEN-ni bağlatdırmışdır. Bunu vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubu təsdiq edir. Həmin məktubda qeyd edilir ki, onun xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Şikayət vermiş X3 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun VÖEN-i aktiv olmadığı halda aktiv kimi cərimə ediblər. Həmin gün koridorda görmüşdür ki, səsküydür, çölə çıxanda görmüşdür ki, işçilərin hərəsi bir tərəfə qaçır. Sonra ona izahat yazdırmışlar. O üz baxımı fəaliyyətini həyata keçirir. Onun gözü cəmi 35% görür, başında şiş olduğunu, himayəsində 1 uşağın olduğunu nəzərə alaraq verilmiş şikayətin təmin olunmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, “Zed Center”-də Baş Prokurorluq tərəfindən yoxlama aparılmışdır. Baş Prokurorluğun müraciəti əsasında 3 quruma- Azərbaycan Respublikasının Səhiyyə, Ədliyyə və İqtisadiyyat Nazirliklərinə nəzarət etmələri həvalə olunmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, “Zed Center” adlı obyekt hüquqi cəhətdən fəaliyyətini dayandırsa da, faktiki olaraq davam etdirmişdir. İcarə müqaviləsinin tarixi xx.xx.2024-cü ildir. Məhkəməyə müvafiq sənədləri təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 5000 manat məbləğində cərimə edilmişdir. 23 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2024cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Zed Center” adlı obyektdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmuşdur. Rzayeva Səbihə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli izahatından görünür ki, onun səhhəti ilə bağlı fəaliyyət göstərməyə həkimi icazə verməmiş və o da üz baxımı ilə bağlı fəaliyyət göstərmişdir. Tibbi idarəçilik təhsili alır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Rzayeva Səbihə tərəfindən müvafiq diplom, yaxud xüsusi rütbəyə malik olan mütəxəssis olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tibb fəaliyyəti ilə məşğul olmaq hüququna malik olmadan və özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziya əldə etmədən 2023-cü ilin aprel ayından xx.xx.2024-cü il tarixədək tibbi xidmətlər göstərmişdir və AR İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma inzibati xətası törədilmişdir. Rzayeva Səbihə tərəfindən tərtib edilmiş izahatından görünür ki, o, Atatürk Universitetində tibbin idarə olunması fakültəsində təhsil alır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Zed Center” adlı obyektdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmuşdur. Həmçinin məhkəmə iclasınd araşdırma zamanı müəyyən edilmişdir ki, X3 müvafiq diplom, yaxud xüsusi rütbəyə malik olan mütəxəssis olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tibb fəaliyyəti ilə məşğul olmaq hüququna malik olmadan və özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziya əldə etmədən 2023-cü ilin aprel ayından xx.xx.2024-cü il tarixədək tibbi xidmətlər göstərmişdir. Onun araşdırma zamanı səlahiyyətli orqana verdiyi izahatlardan da təsdiq olunur ki, onun müvafiq icazəsi və diplomu yoxdur və hazırda idarəetmə ilə bağlı təhsil alır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət vermiş şəxs X3 şikayətində səlahiyyətli orqanın onu vəzifəli şəxs olmadığı halda vəzifəli şəxs kimi cərimələməsini qeyd etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli sub-icarə müqaviləsindən görünür ki, X3 müqavilənin tərəfi kimi VÖEN ********** nömrə altında müqavilə bağlayaraq imza atmışdır. Göründüyü kimi o, müqaviləni də vəzifəli şəxs olaraq bağlamışdır. Bu halda da səlahiyyətli orqan tərəfindən onun vəzifəli şəxs kimi cərimələnməsində hər hansı pozuntu aşkar edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2009/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2009/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver