Məhkəmə qərarları › İş №3(005)-201/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-201/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-201/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, X3 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 20 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 20 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsində göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 3(005)-3561/2022 nömrəli 24.11,2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək X3 İXM-in 342.3-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 20 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər X16 İdarəsinə göndərilmişdir. Həmin qərarda qeyd edilir ki, X5 barəsində qəbul edilmiş TP ******* nömrəli, 20 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırıimasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi onun barəsində qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərar ləğv edilərkən məhkəmə konkret olaraq hansı məsələlərin araşdırılmalı olmasını göstərmişdir. Lakin buna baxmayaraq 1 aya yaxın müddət ərzində dəfələrlə şifahi, 2 dəfə rəsmi şəkildə şikayət etməyinə baxmayaraq onun iştirakı ilə araşdırma aparılmamış, onun iştirakı ilə mübahisəli avtomaşına baxış keçirilməmiş, inzibati xəta haqqında qanunvericiliyin tələbləri kobudcasına təkrarən pozulmuş, inzibati xəta hadisəsi baş verərkən birinci dəfə video lentə çəkilməsi ehtimal olunan video disk sübut kimi əlavə edilərək yenidən cərimə edilməyimə dair qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhər DYPİ yol patrul xidməti baş inspektoru polis leytenantı X10 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP seriya ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən ona - X4 Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi məhkəmə tərəfindən iş yenidən araşdırma üçün göndərilərkən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, xx.xx.2022- ci il tarixdə həm Bakı şəhər DYPİ-yə, həm də Azərbaycan Respublikası BDYPİ-yə rəsmi şikayətlə inzibati xəta haqqında işə hansı tarixdə baxılacağı barədə müraciət etmişdir. Lakin ona heç bir rəsmi məlumat verilməmişdir. İkinci dəfə, xx.xx.2023-cü il tarixdə Bakı şəhər DYPİ-yə rəsmi şikayətlə inzibati xəta haqqında işə hansı tarixdə baxılacağı barədə müraciət etmişdir. İkinci şikayətindən sonra DYP əməkdaşları heç bir araşdırma aparmadan, onun iştirakı ilə avtomaşına baxış keçirmədən, heç bir sübuta qiymət vermədən avtomaşında daha əvvəl, yəni sentyabr ayında kim tərəfindən lentə alınması bəlli olmayan video diskə öz otaqlarında baxaraq xx.xx.2023-cü il tarixdə yenidən onun 500 manat cərimə edilməyinə dair qərar qəbul etmişlər. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə qərar qəbul etmiş Bakı şəhər BPİ DYPİ-nin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin inspektoru polis mayoru X11 inzibati xəta haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Həmin qərarda qeyd olunur ki, işə yenidən baxılarkən bir daha təsdiq olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X2 hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsinin Vİ hissəsinin 4-cü bəndinin tələbim pozaraq nəqliyyat vasitəsini idarə etmişdir. Təkrarən qərar qəbul edən inspektor Elçin Ələkbərov qanunvericilik normasını qərara köçürməklə araşdırma aparıldığını hesab edir. Halbuki məhkəmə qərarında DYP-nin əvvəlki qərarının bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edildiyi qeyd edilmişdi. DYP əməkdaşı ən azı onun şikayətlərini nəzərə alaraq onun və yaxud nümayəndəsinin iştirakı ilə araşdırmanı həyata keçirə bilərdi. Sanki onlar tələsik qərar qəbul etməklə işi başlarından etmişlər. Ona görə də hesab edir ki, Bakı şəhər BPİ DYPİ-nin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin inspektoru polis mayoru X6 barəsində qəbul etdiyi 14.01,2023-cü il tarixli qərar qanunsuz, ədalətsiz və əsassızdır. Qeyd edir ki, o, 3 azyaşlı övladımla birlikdə ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə həyat yoldaşım X8 BMW markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomaşını alqı-satqı yolu ilə almışdır. O, həmin avtomaşını sürmək üçün ona etibarnamə vermişdir. Avtomaşının qeydiyyat şəhadətnaməsindən də göründüyü kimi o, “M4”-ə yığılmışdır. Yəni, həmin avtomaşında quraşdırılmış hər hansı avadanlıq qanunsuz olmamışdır. xx.xx.2022-ci il tarixdə avtomaşını idarə edərkən YPX əməkdaşı onu saxlamış və avtomaşına mühərrikin səs gücünün artırılması məqsədi ilə avadanlıq quraşdırıldığını bildirmişdir. O isə cavabında avtomaşının bu formada alındığını, əgər hər hansı avadanlıq quraşdırılmışdırsa belə bunun qanuni olduğunu bildirmişdir. Çünki avtomaşının nəqliyyat şəhadətnaməsindən də görünür ki, BMW markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomaşın “M4”-ə yığılmışdır. Lakin YPX əməkdaşı mənim sözümü dinləməmiş və avtomaşını qanunsuz olaraq cərimə meydançasına aparmışdır. Daha sonra isə heç bir araşdırma aparılmadan, avtomaşına heç bir mütəxəssislə baxış keçirmədən qanunsuz olaraq avtomaşında olan avadanlığın sökülməsi barədə göstəriş vermiş, heç bir səlahiyyətə malik olmayan bir şəxs həmin avadanlığı sökmüş və barəmdə yuxarıda qeyd edilən protokol tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə vol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227- ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1 ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Göründüyü kimi YPX əməkdaşı avtomaşınıma hər hansı avadanlığın quraşdırılmasını müəyyən etmək üçün ekspertiza təyin edərək araşdırma aparmalı idi. Həmin əməkdaş bu sahədə dərin biliyə malik olan mütəxəssis deyil ki, onun avtomaşınında hər hansı avadanlığın quraşdırılmasına dair rəy verilmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli, № 046-54083 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3561/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilərək, X3 İXM-in 342.3-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 20 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və işə yenidən baxılması Bakı şəhər X16 İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.3-cü maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X3 mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırması əsas gətirilməklə İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli, № 046-54083 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2022-ci il tarixdə İXM-in 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmiş, lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X3 20 sentyabr 2022-ci il tarixdə mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırmasını müəyyən etmək mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 14 yanvar 2023-cü il tarixli, № 046-54083 nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli, № 046-54083 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 71.1 -ci maddəsinə əsasən elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. Həmçinin, xx.xx.2022-ci il tarixli İXP seriya ******* saylı inzibati xəta haqqında protokoldan da göründüyü kimi inzibati xətanın aşkar edilməsində heç bir xüsusi texniki vasitədən istifadə edilməmişdir. Belə ki, protokolda həmin hissə boş saxlanılmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 81.1 -ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir,- Göründüyü kimi avtomaşına hər hansı avadanlıq quraşdırılmışdırsa, bunun müəyyən edilməsi üçün ən azı xüsusi texniki vasitədən istifadə edilməli idi. Lakin YPX əməkdaşı bunu etməmiş və qanunsuz olaraq avtomaşında olan avadanlığın sökülməsi barədə göstəriş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli, № 046-54083 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 İXM-in 342.3-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli, № 046-54083 nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X16 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar