Məhkəmə qərarları › İş №3(005)-2010/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2010/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2010/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X8, X14 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, X16 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ikinci dəfə məhkəməyə müraciət edir. X16 7 il bundan qabaq fiziki şəxs kimi “Kafe” işlətmişdir. İşçilərin hamısını yəni 5 nəfəri DSMF üzrə Dövlət Portalına əmrlə işə götürmüşdür. Müəyyən müddətdən sonra maliyyə çətinliyi ilə əlaqədar kafenin fəaliyyətini dayandırmışdır. X8 mühasibi isə işçiləri Dövlət Portalından işdən çıxarmamış və o, ondan işçilərin Dövlət Portalından işdən çıxardıb çıxartmamağını soruşanda o X9 hamısını işdən çıxartdığını bildirmişdir. Həmin mühasib isə hal hazırda rəhmətə getmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin əməkdaşları tərəfindən 07 may 2024-cü il tarixində sözügedən məsələ ilə əlaqədar X10 İnzibati Xətalar Məcəlləsinin 192.3 maddəsi ilə təqsirli bilərək ******* saylı protokol tərtib edilmiş, sonra protokola əsasən 1200 manat məbləğində cərimə olunmuşdur. Sözügedən protokoldan gec məlumat əldə etmiş, qərardan narazı qaldığına görə şikayət vermək qərarına gəlmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin barəmdə tərtib etdiyi MN № ******* protokolun etibarsız sayılaraq və MN ******* №-li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X16 bildirdi ki, kafe işlətmişdir. Həmin kafenin fəaliyyətini dayandırdıqdan sonra X4 mühasibinə işçiləri çıxartmasını bildirmişdir. Lakin mühasib işçiləri çıxarmamış, bir müddət sonra vəfat etmişdir. O, məhkəmə iclasında şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X14 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarını müdafiə edərək və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün müddətin ötürüldüyünü bildirərək X16 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı əmək müqavilələri bildirişlərindən X8 işçilərə müvafiq orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından (345 manat) aşağı əmək haqqının verildiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin tələbləri pozulmuşdur. X3 tərəfindən AR İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 1.200 manat cərimə edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə №01 saylı əmrdən görünür ki, “aşbaz” vəzifəsində çalışan X11 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə №01 saylı əmrdən görünür ki, “aşbaz” vəzifəsində çalışan X12 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə №01 saylı əmrdən görünür ki, “mühasib” vəzifəsində çalışan X13 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə №01 saylı əmrdən görünür ki, “ofisiant” vəzifəsində çalışan X5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə №01 saylı əmrdən görünür ki, “ofisiant” vəzifəsində çalışan X7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan 07 may tarixli və 26 aprel tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X9 ünvanlanmış məktublardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və inzibati xəta haqqında MN №1932400 saylı protokol X9 məlumat üçün göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 155-ci maddəsinin 2-ci hissəsinə minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. 155-ci maddəsinin 3-cü hissəsinə aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü madddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.3-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməlidir. X8 işçilərə müvafiq orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından (345 manat) aşağı əmək haqqının verildiyi müəyyən edilmişdir. 07 may tarixli və 26 aprel tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X9 ünvanlanmış məktublardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və inzibati xəta haqqında MN №1932400 saylı protokol X9 məlumat üçün göndərilmişdir. X16 məhkəməyə 04 iyul 2024-cü il tarixdə müraciət etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün X16 tərəfindən müddətin ötürülmüşdür. Belə olan halda X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə şikayət verən şəxs X9 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X8 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X8 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar