Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2011/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1991-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən Şəxs barəsində İXM-in 198.3cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə 27.08.2021-ci il tarixli qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin qərardan görünür ki, Şəxs "xxxx" ASC-nin həyətində avtomobildən yüklərin boşaldılması işinin aparılması zamanı qaldırıcı- nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsini təmin etmədiyinə görə, o cümlədən yükləmə-boşaltmaya dair təlimatlandırılmamış, təlim kursu keçməmiş və biliyi yoxlanılmamış zərərçəkmiş Seymur Hüseynovu işlərin görülməsinə cəlb etdiyinə və avtomobildən yüklərin boşaldılması işinin aparılması zamanı qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsini təmin etmədiyinə görə, “Yükləmə-boşaltma işləri Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 1.3, 5.4 bəndlərinin və “Yükləmə-boşaltma işləri, “Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 1.3, 5.4 bəndlərinin tələblərini pozaraq 05 iyul 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən rəhbərlik etdiyi metal qəbulu məntəqəsində X1 “az ağır” xəsarət almasına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin 17-ci PŞ-nin məsul növbətçisi O.Qəhrəmanov tərəfindən tərtib edilmiş MK-1 N 1788 nömrəli, 17.07.2021-ci il tarixli raportdan görünür ki, 17.07.2021-ci il tarixdə, saat 21:17-də Böyük Şor qəsəbəsində yaşayan vətəndaş X2 DİN-in 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, 10 gün əvvəl Ulduz metrostansiyasının yaxınlığında metal qəbulu yerində işləyərkən ayağının üzərinə dəmir düşməsi nəticəsində ayağı sınmışdır; 10 fevral 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Şəxs müqavilə üzrə keçmiş Dəmir yolunun üstündə olan açıq sahəni (S = 200 kvadrat metr) icarəyə götürür və sahəni metal qırıntılarının anbarı kimi istifadə edərək fəaliyyət göstərəcəkdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Nərimanov rayon prokurorluğuna göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin 02 avqust 2021-ci il tarixli, 554 nömrəli rəyindən görünür ki, vətəndaş X1 almış olduğu xəsarət - sağ ayağının 1-ci daraq sümüyünün qapalı sınığı və sağ pəncənin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 05.07.2021ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir; “Hadisə yerinə baxış keçirilməsi barədə” 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin həyətidir. Baxış iştirak edən Şəxs hadisənin baş verdiyi hissəni təqdim etmişdir. Həmin yer həyətə daxil olduqda sol tərəfdə yerləşir. Həmin hissə açıq ərazidir, 3 tərəfdən topalanmış torpaqla əhatələnmiş, bir tərəfi isə tikilidir. Tikili hal-hazırda istismar olunmur. Hadisənin baş verdiyi ərazidə çox sayda müxtəlif növ dəmir materiallardan olan məmulatlar vardır. Həmçinin sol tərəfdə çəki dəzgahı vardır. Ərazinin girişi burazla bağlanmışdır. Mövcud məlumata əsasən hadisə Cümşüd oğlunun yük avtomobilindən dəmir məmulatları boşaldan zaman dəmir boru onun sağ ayağının pəncə hissəsinə düşmüşdür. Baxış zamanı həmin ərazidə yük avtomobilinin olmadığı və avtomobildən boşaldılan yükün artıq həmin ərazidə saxlanılmadığı müəyyən edilmişdir. Baxış zamanı yük avtomobilindən yüklərin boşaldılması zamanı qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsi təmin edilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2021-ci il tarixli, 10/3912 nömrəli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən "xxxx" ASC-nin həyətində avtomobildən yüklərin boşaldılması işinin aparılması zamanı qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsi təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 1.3, 5.4 bəndlərinin tələbləri pozulmuşdur. Yükləməboşaltma dair təlimatlandırılmamış, təlim kursu keçməmiş və biliyi yoxlanılmamış X2 işlərin görülməsinə cəlb olunduğuna və avtomobildən yüklərin boşaldılması işinin aparılması zamanı qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsi təmin edilmədiyinə görə, “Yükləmə-boşaltma işləri Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 1.3, 5.4 bəndlərinin tələbləri icarə müqaviləsinə əsasən metal qəbulu məntəqəsində işlərin təhlükəsiz aparılmasına cavabdeh olan icarədar Şəxs tərəfindən pozulmuşdur. Hadisənin avtomobildən yüklərin boşaldılması işinin təhlükəsiz aparılması üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsinin təmin edilməməsi nəticəsində baş verməsini nəzərə alaraq, zərərçəkmişin özü tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Aöparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1ci maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 192.1 və 198.3-cü maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İXM-in 198.3cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş üzrə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar, və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs 05 iyul 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən rəhbərlik etdiyi "xxxx" ASC-yə məxsus 200 kv.m sahəsi olan metal qəbulu məntəqəsində X1 “az ağır” xəsarət almasına səbəb olmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 198.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın ödənilməsi dövlət hesabına aid edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2011/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2011/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver