Məhkəmə qərarları › İş №3(005)-2013/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2013/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2013/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8, müdafiəçi – “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərov Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1078/2019 saylı, 31.05.2019-cu il tarixli və digər icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 10 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1078/2019 saylı, 31 may 2019-cu il tarixli və digər icra sənədlərinin icrası ilə bağlı 38737,60 manat və 61560 ABŞ dolları məbləğində tələb olunan borcu Şəxs ödəməmiş və bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1078/2019 saylı, 31.05.2019-cu il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 qanuni nümayəndəsi X4 38737,60 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X14 ödənilməlidir. İcra sənədi şöbənin icraatına 20.07.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluların ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar 06.10.2020-ci il tarixdə borclu Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1751/2017 saylı, 08.02.2017-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 qanuni nümayəndəsi X4 61560 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X9 ödənilməlidir. İcra sənədi Göygöl rayon İcra və Probasiya Şöbəsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş, şöbənin icraatına 20.04.2021-ci il tarixdə daxil olmuş, 07.11,2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluların ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar 12.04.2019-cu il tarixdə borclu Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1751/2017 saylı, 08.02.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə aparılmış icra tədbirləri nəticəsində borclular Şəxs və X1 hər birinin adına Göygöl rayonu, Mixaylovka kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 1/4 hissəsi aşkar edilmiş, həmin hissələr üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-24/2020 saylı, 21.01.2020-ci il tarixli qərardadı ilə Göygöl rayonu, Mixaylovka kəndində yerləşən 0,12 ha torpaq sahəsinin Şəxs və X3 aid 1/4 hissələri üzərinə həbs qoyulmuş və icra olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş, həmin torpaq sahəsi açıq hərrac vasitəsilə 1680 manat satış qiyməti ilə satılaraq ümumi borcdan həmin vəsait silinmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1078/2019 saylı, 31.05.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs X12 ilə birgə nikah dövründə “Hyundai Elantra” minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etməsi aşkar edilmiş, bu səbəbdən həmin avtomobil üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-668/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadı ilə həmin avtomobil üzərinə həbs qoyulmuş, lakin Bakı Apelyasiya Məhkəməsinin 8(103)-9/2021 saylı, 11.02.2021-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)- 668/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadı ləğv edilmiş və təqdimata yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-167/2021 saylı, 08.04.2021-ci il tarixli qərardadı ilə Şəxs X12 ilə birgə nikah dövründə əldə edilmiş “Hyundai Elantra” minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməmişdir. Borcluların adına başqa əmlak aşkar edilməmişdir. Borclu Şəxs 10.09.2021-ci il tarixdə izahat alınmış, borclu izahatında məhkəmə qərarları üzrə borcların onun mərhum atası Rövşən Rüstəmovun borcu olduğunu, onun varisi olduğundan borc öhdəliklərinin onun üzərinə qoyulduğunu, himayəsində azyaşlı uşaq olduğu üçün işləmədiyini, adına heç bir miras əmlakın və ya digər əmlakın olmadığını, bu səbəbdən məhkəmə qərarlarını icra edə bilmədiyini qeyd etmişdir. İcra sənədləri üzrə borcun tam ödənilməsi borclu Şəxs tələb olunmuş, lakin borclu borcunu ödəməkdən imtina etmişdir. İcra sənədləri S/N: 002 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Tural Ələkbərov Məhkəmənin adı: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi üzrə borcdan X9 1680 manat ödənilmiş, X14 heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərov protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq yayınmamış, sadəcə olaraq maddi çətinliklər səbəbindən borcunu tam ödəyə bilməmişdir. Belə ki, yaranan borclar mərhum atasından qalan borclardır, vərəsə kimi ondan tutulur. Əldə etdiyi miras əmlak isə tələb olunan borclardan qat-qat çoxdur. Mülkiyyətində olan torpaq sahəsi hərrac yolu ilə satılmış və icra sənədi üzrə müəyyən olunmuş borcun ödənilməsinə yönəldilmişdir. Başqa əmlakı yoxdur. Himayəsində azyaşlı uşaq olduğu üçün işləyə bilmir. Hal-hazırda borcundan bu gün 500 manat ödəniş etmişdir və həmin ödəniş üzrə qəbzi məhkəməyə təqdim edir. Qalan borcu maddi durumu düzələcəyi təqdirdə ödəyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən tələbkar X5 vəkili və nümayəndəsi X15 çıxışında bildirdi ki, icra sənədi borclu tərəfindən qərəzli olaraq icra edilmir. Bunu nəzərə alaraq X6 inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 müdafiəçisi Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd olunan icra sənədini maddi vəziyyətinin çətin olması səbəbindən vaxtında icra edə bilməməsinin nəzərə alınmasını və belə olduğu halda Şəxs hərəkətlərində qərəzlilik olmadığından, həmçinin hazırda borcun bir hissəsini ödəmiş olmasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1751/2017 saylı, 08 fevral 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs və X1 qanuni nümayəndəsi X4 birgə qaydada 61560 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnəsinə uyğun manatda məbləği tutularaq X9 ödənilməlidir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 316819/17 nömrəli, 07.11.2017-cı il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 17/69-316819/17-3 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1751/2017 saylı, 08 fevral 2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1078/2019 saylı, 31 may 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, X11 ilə X16 arasında bağlanmış 12 oktyabr 2010-cu il tarixli müqavilə ləğv edilmiş, 12 oktyabr 2010-cu il tarixli müqavilə üzrə ödənilmiş 31.360 (otuz bir min üç yüz altmış) manat məbləğində pul vəsaiti və 7.337,60 (yeddi min üç yüz otuz yeddi manat altmış qəpik) manat gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində hesablanmış pul vəsaiti cavabdehlər Şəxs və X1 qanuni nümayəndəsi X4 iddiaçı X13 xeyrinə ödənilməlidir. Ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu cavabdehlər Şəxs və X1 qanuni nümayəndəsi X4 iddiaçı X13 xeyrinə tutulmalıdır; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 20.07.2020-cı il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 98864/2020-5-12-004 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 12(005)- 1078/2019 saylı, 31 may 2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5342/2014 saylı, 04 dekabr 2014-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1078/2019 saylı, 31 may 2019-cu il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1751/2017 saylı, 08 fevral 2017-ci il tarixli icra sənədləri ümumi icraatda 316819/21 nömrə ilə birləşdirilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-24/2020 saylı, 21 yanvar 2020ci il tarixli qərardadından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1751/2017 saylı, 08.02.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Göygöl rayonu, Mixaylovka kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Şəxs və X2 aid ¼ hissələri üzərinə həbs qoyulmuşdur; Hərracın yekunları barədə 007 nömrəli, 24 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Göygöl rayonu, Mixaylovka kəndində yerləşən 0.12 ha torpaq sahəsi satılmış, bütün xərclər çıxıldıqdan sonra 1680 manat qalmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-167/2021 saylı, 08 aprel 2021ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1078/2019 saylı, 31.05.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs X12 ilə birgə nikah dövründə əldə etdiyi avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatı təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2348/2021 saylı, 14.10.2021-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 3(005)-2013/2021 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş 15.12.2021-ci il tarixli "xxxx" ASC-yə məxsus qəbzdən görünür ki, X9 500.00 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmiş, əksinə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcdan müəyyən ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1078/2019 saylı, 31.05.2019-cu il tarixli və digər icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar