Məhkəmə qərarları › İş №3(005)-2015/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2015/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2015/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərarı barəsində şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X7 Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 26 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 24 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 26 yanvar 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqmda qərarı ilə mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 manat inzibati cərimə edilmişdir. Qeyd olunan qərar 22 iyun 2022-ci ildə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarla birlikdə rəsmi qaydada ona icra şöbəsi vasitəsilə təqdim edilmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fıziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Mübahisələndirilən inzibati tənbeh vermə haqqmda qərarda qeyd edilir ki, tərəfindən Nərimanov rayonu, X.Şuşinski küçəsi 21, 955-ci məhəllədə yerləşən 22 mərtəbəli binada inzibatçı kimi X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Halbuki, həmin şəxs "xxxx" MTK-nın sədri S.N.Cahangirli tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 51 saylı əmrə əsasən həmin MTK-ya iş icraçısı vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, həmin şəxsin ona heç bir aidiyyəti yoxdur. Yəni, o, nə həmin şəxsi işə götürmüş, nədə ki əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Belə olan vəziyyətdə, X10 Xidmətinin hansı əsasla onu dəvət etmədən, habelə xəbərdarlıq etmədən vəzifəli şəxs kimi qəbul edib inzibati qaydada cərimə tətbiq etməsi əsasssız və absurddur. İnzibati tənbehvermə haqqında qərardan rəsmi qaydada 10 gün müddətində şikayət vermək hüququnun olduğuna görə, həmin qərarın verilməsinə əsas olan sənədlərin nədən ibarət olması ona məlum deyil. Həmin sənədlər məhkəməyə təqdim edildikdən sonra şikayətə əlavəni məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş "xxxx" MMC-nin direktoru X5 məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X8 izahatında göstərdi ki, X5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski 21, 955-ci məhəllədə yerləşən 22 mərtəbəli binada inzibatçı kimi X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onu işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Odur ki, X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Bu səbəbdən X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 26 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, X5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşiniski 21, 955-ci məhəllədə yerləşən 22 mərtəbəli binada inzibaçı kimi X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 26 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar