Məhkəmə qərarları › İş №3(005)-2024/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2024/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2024/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru X1, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs-Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü tağım komandiri X4 iştirakları ilə, xx.xx.1985-cü ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Nərimanov rayonu, H.Əliyev prospektində ucadan nalayiq ifadələr işlədib söyüşlər söymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Nərimanov Rayon Polis İdarəsinin inzibati binasında nalayiq söyüşlər söyərək, polisin iş rejimini pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru X5 məhkəmə iclasında protokollara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Gənclik mallın qarşısında Toyota Prus markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs polsi əməkdaşını mobil telefonla video lentə almış, daha sonra onun dayan əmrənı icra etmədən avtomobili ilə polis əməkdaşının üzərinə gələrək oradan uzaqlaşmışdır. Bu səbəblə xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin İstintaq Şöbəsindən daxil olmuş əməliyyat tapşırığı ilə vətəndaş Şəxs Nərimanov Rayon Polis İdarəsinə gətirilmişdir. Şəxs Nərimanov RPİ-nin inzibati binasında ucadan söyüşlər söymüşdür. Onu sakitləşdirmək istəyərkən o, polis əməkdaşlarını əl-qol hərəkətləri ilə qollarından itələməyə başlamışdır. Ondan sakit olmasını, əsəblərini cilovlamasını tələb etdikdə Şəxs polis əməkdaşların qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyindən müvafiq protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, özünü təqsirli bilmir. Bildirmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə “Gənclik mall”un qarşısında müştəri gözləyərkən polis əməkdaşı ona yaxınlaşaraq avtomobil ilə burada dayanmamasını, irəli sürməyini bildirmişdir. Bu zaman o, polis əməkdaşına buarada heç bir işarənin olmadığın, müştəri gözlədiyini və indi gedəcəyini bildirmişdir. Daha sonra isə polis əməkdaşı onun avtomobilinin şəkillərini çəkdiyini gördükdə o, da öz növbəsində mobil telefonunun video kamerasını açmış, polis əməkdaşını lentə alaraq özünü təqdim etməsini xahiş etmişdir. Bunu gördükdə polis əməkdaşı ona yaxınlaşaraq idarə etmiş olduğu avtomobilin açarını götürmək istəmiş, o isə buna izacə verməyərək oradan uzaqlaşmışdır. Həmçinin bildirmişdir ki, avtomobil ilə polis əməkdaşının ayağının üzərindən keçməmiş və polis idarəsində gətirilərkən heç bir etiraz etməyərək öz avtomobili ilə idarəyə getmək istədiyini bildirərkən polis əməkdaşları ona icazə verməmiş, o da, etiraz etməyərək sakit şəkildə idarəyə gəlmişdir. Qeyd olunanların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü tağım komandiri X10 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Gənlik mall yaxınlığında xidmət apararkən mallın qarşısında dayanmış Toyota Prus markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən vətəndaşdan burada dayanmamaısnı, avtomobilini oradan çəkməsini bildirmiş, lakin Şəxs ona etiraz etmişdir. O, da şəxsin idarə etmiş olduğu avtomobilin şəkilini çəkərək rəhbərliyə məruzə etmək istədikdə Şəxs onu videoya çəkməyə başlamışdır. Bunu gördükdə ona iradını bildirərək onu videoya çəkməməsini istəmişdir. Xidmətdə tək olduğu üçün kömək çağırmaq istədikdə Şəxs avtomobili onu ayağının üstündən sürərək oradan uzaqlaşmışdır. Hazırda Şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, Şəxs iştirakını Nərimanov Rayon Polis İdarəsində təmin edən polis əməkdaşıdır. Həmçinin o bildirmişdir ki, Şəxs polis əməkdaşının tələbinə tabe olmayaraq polis idarəsinə getməkdən imtina edərək qaçmağa cəhd etmişdir. Şəxs qaçarkən yıxılmış və polis əməkdaşları onu elə tutu bildirmişdir. O, ilkin olaraq törətmiş olduğu əməli etiraf etməmiş, lentə alınan video çarxı göstərdikdən sonra əməlini etiraf etmişdir. Məhkəmənin sualına cavab olaraq o bildirmişdir ki, Şəxs onlara əl-qol ataraq idarəyə getməkdən boyun qaçırmaq istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili X8 bildirmişdir ki, o, Şəxs Nərimanov Rayon Polis İdarəsində təmin edən digər polis əməkdaşıdır. Şəxs ünvanına getdikdə ilkin olaraq əmisi onları qarşılamış və xidməti vəsiqələrini tələb etmişdir. Daha sonra isə polis əməkdaşları Şəxs polis idarəsinə getməli olduğunu bildirdikdə ilkin olaraq o, öz avtomobili ilə getmək istədiyini bildirmiş və polis əməkdaşları onun bu tələbinə razı olmamışdır. Bundan əsəbləşərək Şəxs onlara əl-qol atmağa başlamış, daha sonra isə ayağına təbpiklə bir neçə dəfə zərbələr edirərək polis idarəsinə getməkdən imtina etməyə çalışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanə törətməsi səbəbilə barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətanə törətməsi səbəbilə barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 iyun 2023-cü il tarixdən saat 18:30-dan hesablanmalıdır. Məhkəmə, həmçinin vəkil X12 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 24 iyun 2023-cü il tarixdən, saat 18:30-dan hesablansın. X12 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar