Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2031/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin Sahə rəisi X6, Zərərçəkmiş şəxslər X11 və X1, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Qazax rayonu, Qazaxbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qazax rayonu, Qazaxbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsində tərtib olunmuş iş materialları 30 iyun 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin Sahə rəisi X13 tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospekti 48/54 yerləşən ünvanda “Bazarstore” marketin qarşısında tanışı A.M.Yusifova məxsus “Poco X3” markalı mobil telefonu danışma adı ilə almış və geri qaytarmamışdır. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin Sahə rəisi X13 tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 30 iyun 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 30 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospekti 48/54 yerləşən ünvanda “Bazarstore” marketin qarşısında tanışı R.M.Kərimliyə məxsus “Samsun A13” markalı mobil telefonu danışma adı ilə almış və geri qaytarmamışdır. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin Sahə rəisi X13 tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 30 iyun 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 30 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospekti 48/54 yerləşən ünvanında C.V.Babayevə məxsus “Samsun A20S” markalı mobil telefonu danışma adı ilə almış və geri qaytarmamışdır. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin Sahə rəisi X13 tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 30 iyun 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 30 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospekti 48/54 ünvanındaX14na məxsus “Redmi 9” markalı mobil telefonu danışma adı ilə almış və geri qaytarmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin Sahə rəisi X13 izahatında göstərdi ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan X2, xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PBnə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 48/54 ünvanında yerləşən “Bazarstore” supermarketinin qarşısında olan zaman, tanışı X4 danışmaq adı ilə ondan dəyəri 200 manat olan “Poco X3” markalı mobil telefonu və həmin telefonun kaburasının içində 100 manat telefonu almış və danışadanışa hadisə yerindən uzaqlaşaraq dələduzluq yolu ilə telefonu mənimsəmişdir. Binəqədi rayonu E.Babayev küçəsi 3-cü sıra, ev 33-də yaşayan X7, Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu Z.Bünyadov pr. 48/54 ünvanında yerləşən “Bazarstore” marketinin qarşısında özünə məxsus dəyəri 498 manat olan Samsung A13 markalı mobil telefonu pul köçürmədən sonra qəbzin şəklini çəkib tanışına göndərmək məqsədilə tanışı İsa Hüseynov adlı şəxsə vermiş, lakin sonuncu marketin arxa qapısından çıxıb gedərək dələduzluq yolu ilə telefonu mənimsəmişdir. Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 127B, mən. 44-da yaşayan X11, Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Nərimanov rayonu Z.Bünyadov pospekti 54 ünvanında yerləşən “Bazarstore” marketinin qarşısında taksi fəaliyyəti ilə məşğul olduğu zaman, idarə etdiyi “Opel” markalı avtomaşına müştəri qismində əyləşən şəxs ona məxsus dəyəri 200 manat olan “Samsung A20S” markalı mobil telefonu mənimsəmişdir. Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Binə Atçılıq Y/Mdə yaşayan X14, Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Nərimanov rayonu Z.Bünyadov prospekti 48/54 ünvanında yerləşən “Bazarstore” marketinin qarşısında taksi fəaliyyəti ilə məşqul olduğu zaman, idarə etdiyi “Toyota Prius” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomaşına müştəri qismində əyləşən şəxs ona məxsus dəyəri 400 manat olan “Redmi 9” markalı mobil telefonu mənimsəmişdir. Həmin ərizələr əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş Şəxs xırda talamaya görə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Nərimanov RPİ-nin 16-cı PB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talamaya görə inzibati məsuliyyət yaratdığından, Şəxs barəsində tərəfindən müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Həmin əməlləri törətməkdə məqsədi oğurladığı telefonları sataraq onların satışından əldə etdiyi gəlirlə nakotik vasitə almaq olub. Törətdiyi əməllərdən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ünvan 4 ünvanda yerləşən “Bazar Store” marketin qarşısında taksi fəaliyyəti ilə məşğul olduğu “Opel” markalı avtomaşına müştəri qismində əyləşən Şəxs ona məxsus ümumi dəyəri 200 manat olan “Samsung A20S” markalı mobil telefonunu danışmaq adı ilə ondan götürərək həmin mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Nizami rayonu Neftçilər qəsəbəsində olduğu zaman təsadüfən həmyerlisi olan və uşaqlıqdan tanıdığı X4 ilə rastlaşmışdır. Onlar bir qədər söhbət etdikdən sonra İsabala ondan xahiş etmişdir ki, o, bir nəfər tanışı ilə görüşəcəkdir. O, da onunla həmin görüşə getsin. A.Yusifov da onun bu xahişini qəbul edərək onunla birlikdə Nərimanov rayonu Ziya Bünyadov prospekti 48/54 ünvanın qarşısına gəlmişlər. Onlar həmin ünvanda olduqları zaman İsabala tanışına zəng etmək üçün ondan mobil telefonunu istəmişdir. O, da ona inanaraq özünə məxsus 200 manat dəyərində olan «Poco X3» markalı mobil telefonunu ona danışmaq adı ilə vermişdir. İsabala ondan mobil telefonu alaraq harasa zəng edib danışa-danışa yaxınlıqda olan Bazarstore mağazasına girmişdir. Lakin bundan bir neçə dəqiqə sonra İsabala həmin mağazadan çıxmadığı üçün o, içəri daxil olub onu axtardıqda onun artıq orada olmadığını görmüşdür. Daha sonra isə həmin mağazada digər tərəfə giriş qapısının olduğunu gördükdə İsabalanın onu aldadaraq həmin qapıdan çıxıb getdiyini bilmişdir. Həmin mobil telefonun arxasına eyni zamanda 100 manat pul da qoyduğundan belə olan halda İsabala ona ümumilikdə 300 manat məbləğində maddi ziyan yetirmişdir. heç kimin hadisənin şahidi olmadığını və həmin mobil telefonun imei kodunun **********11424 və **********11432 olduğunu qeyd etimişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru X16 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin baş təhqiqatçısı polis polkovnik-leytenantı X8 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, xırda talama inzibati xətanı törətmiş, özünü Hüseynov isa Yaşar oğlu kimi təqdim etmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin baş təhqiqatçısı polis kapitanı X9 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq vətəndaş X5 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, əməli törətmiş Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Nərimanov RPİ-nin 16-cı PB-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin baş təhqiqatçısı polis kapitanı X12 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın surətinin maraqlı tərəfə göndərilməsi, qərarın surətinin məlumat üçün Nərimanov rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, kirayədə yaşadığı həyətdən tanıdığı, özünü evin sahibinə Qazax rayonunun Qazaxbəyli kəndindən olan İsa Hüseynov kimi təqdim etmiş şəxslə birlikdə 16 may 2022-ci il tarixdə saat 14 radələrində «Yeganə» şadlıq sarayının qarşısında mindikləri taksidə Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən «Bazarstore» marketə getmiş, İsa Hüseynov deməsinə görə həmin marketdə işləyən tanışından borc alıb orada olan ödə terminalından digər tanışına pul köçürəcəyini və ödəmə qəbzinin şəklini çəkməsi üçün ona ***-***-**-** mobil nömrədə işlətdiyi «Samsung A13» markalı mobil telefonunu ilə marketə getmiş, taksidə xeyli müddət gözlədikdən sonra İsa Hüseynov gəlmədiyinə görə ardınca marketə getdikdə sonuncunun marketin arxa qapısından çıxıb getməsi məlum olmuş, taksi sürücüsünün mobil nömrəsindən İsa Hüseynovun ələ keçirtdiyi özünün nömrəsinə dəfələrlə zəng etmiş, lakin telefonu söndürüldüyündən evə qayıdaraq kirayə yaşadığı evin sahibinə bu barədə məlumat vermiş, 11 may 2022-ci il tarixdə 498 manata aldığı «Samsung A13» markalı mobil telefonunu ələ keçirmiş özünü İsa Hüseynov kimi təqdim etmiş şəxsin barəsində qanuni tədbirlər görüb əmlakının özünə qaytanlmasını xahiş etmişdir. Araşdırma zamanı X14 vermiş olduğu izahatında bildirmişdir ki, icarəyə götürdüyü Toyota Prius markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18:30 radələrində 20 yanvar metrosunun yaxınlığında olduğu zaman bir nəfər naməlum şəxs avtomobilə müştəri qismində əyləşərək onu Gənclik matrosunun yanına aparmağını istəmişdir. Həmin şəxsi Gənclik metrosunun yanına apardıqdan sonra bacısının “Bazar Store” marketdə işlədiyini və onu ünvan 6 ünvanda yerləşən “Bazar Store” marketə aparmağını bildirmişdir. Saat təxminən 19:30 radələrində həmin şəxsi Nərimanov rayonu, Ziya Bünyadov prospekti 48/54 ünvanda yerləşən “Bazar Store” marketin qarşısına gətirdikdən sonra həmin şəxs bacısı ilə danışmaq üçün ondan mobil telefonu istəmişdir. O, həmin şəxsə inanıb özünə məxsus 400 manat dəyərində “Redmi 9” markalı mobil telefonu verib, mobil telefonun ekranının təhlükəsizlik şifrəsini həmin şəxsə bildirmişdir. Həmin naməlum şəxs mobil telefonu götürüb orada yerləşən “Bazar Store” marketə girmişdir. Həmin şəxs marketə girdikdən sonra onu aldadacağını hiss edib onun arxasınca marketə getmişdir. Lakin həmin şəxsi marketdə axtarsada o, marketin arxa qapısından çıxdığını üçün tapa bilməmişdir. Belə olan halda həmin şəxsin onu aldadaraq “Redmi 9” markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyini bilmişdir. Həmçinin Redmi 9 markalı mobil telefonun **********30342, **********30359 imeil kodlu olduğunu və Redmi 9 markalı mobil telefonun 400 manat dəyəri olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə 25 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 iyun 2022-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. 25 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2031/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2031/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver