Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2032/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X4 xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X4 xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 60 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİnin Dövlət X4 xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə İstiqlaliyyət küçəsindən Azneft dairəsinə doğru istifadəsində olan avtomobili idarə edərkən Azərbaycan Dövlət Akademik Filarmoniyası yaxınlığında yolda dayanmış yol polis əməkdaşı Prezident Sarayının yanından Aznefl dairəsinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkətlərini təmin etmək üçün ona "hərəkəti dayandırmaq” siqnalını vermişdir. Bir neçə dəqiqədən sonra, həmin polis əməkdaşı Prezident Sarayının yanından Azneftt dairəsinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə "hərəkətlərinin dayandırılması” siqnalı verəndən sonra mənə "sol istiqamətə hərəkət etmək” siqnalı vermişdir. Nizamlayıcının göstərişinə əməl edərək sol istiqamətə, yəni istiqlaliyyət küçəsindən Azneft dairəsinə doğru hərəkət etmişdir. Bundan sonra Azneft dairəsinin axınlığında motosiklda olan digər yol polis əməkdaşı onu saxlayaraq, bildirmişdir ki, Prezident Sarayından gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda etmədiyinə görə yol ayırıcını keçmə qayadalarının pozulmasını bildirərək barəsinəd İnzibati Xətalar Məcəlləsinin 327.2-ei maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat cərimə və 3 bal tənbeh növü tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Polis əməkdaşına etdiyi hərəkət nizamlayıcının göstərişlərinə uyğun olduğunu bildirsə də, polis əməkdaşı dediklərinə məhəl qoymayaraq, bundan əlavə "..əməkdaş desə ki divara çırp özünü çırpacaqsan...” kobud şəkildə hüquqlarını pozmuşdur. Bu barədə mən öz etirazımı və qanunvericilikdə nizamlayıcının göstərişlərinin əməl edilməsi barədə tələblərini bildirdim. Bundan sonra 102-yə zəng vuraraq tərtib etdiyi protokolun qanuniliyinin araşdırılması tələbi ilə öz şikayətimi bildirdim. Bakı şəhər DYPİ-nə dəvət ediləndən sonra orada barəmdə tərtib edilmiş protokolun qanunsuz olduğunu bildirəndən sonra mənə məlumat verəcəklərini bildirdilər. Buna baxmayaraq şikayətə dair hər hansı məlumat verilmədi. Qeyd etməliyəm ki. TP ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti əsasında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, TP ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və barəmdə AR İXM-327.2-Cİ maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X5 göndərilmişdir. Lakin Dövlət Yol Polisi heç bir araşdırma aparmayaraq, xx xxxxxxxx 2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında obyektiv və ədalətsiz TP ******* saylı qərar qeyri qəbul etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə avtomobili texniki baxışdan keçirmək istədikdə, mənə məlum oldu ki. barəmdə TP ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunub, hansı ki cəriməni ödəməsəm nəqliyyat vasitəsini texniki baxışdan keçirdə bilmərəm. xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Baş Polis İdarəsinə müraciət edərək, sözügedən qərarı əldə etdim. TP ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, əlavə olaraq bildirmişdir ki, göstərilən daxili və beynəlxalq normaların tələblərindən görünür ki, yol nişanları sürücülər tərəfindən asanlıqla və vaxtında qavraya biləcəkləri yerdə qoyulmalıdır. Polis orqanında heç bir sübut yoxdur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə protokol tərtib edilsin. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Dövlət X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İnzibati xəta haqqında materialı araşdıraraq məhkəmə hesab edir ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X2 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X4 xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X4 xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin,həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2032/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2032/2020
02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver