Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2035/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X6 Xidmətinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 nümayəndələri X7 və X9 iştirakları ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X25 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X6 Xidməti”nin Bölmə rəisi X17 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X24 barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X24 tərəfindən alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yolunda su xətti çəkməklə yol-hərəkəti təhlükəsizlik qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən X6 Xidmətinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 nümayəndəsi X12 izahatında göstərdi ki, BMT-nin İqlim Dəyişmələri üzrə X3 Konfransının 29-cu sessiyasının (COP 29), X8 Görüşünün 19-cu sessiyasının və X15 Görüşünün 6-cı sessiyasının 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində qəzalı su xəttinin dəyişdirilməsi ilə əlaqədar sözügedən ünvanda qazıntı işlərinin aparılması ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətindən və aidiyyəti üzrə bütün dövlət qurumlarından rəsmi icazə alınmış, qazıntı işlərinin yeri və zamanı barədə aidiyyəti üzrə bütün dövlət qurumlarına rəsmi məlumat verilmiş və telefonoqram göndərilmişdir. Qazıntı işlərinin aparılması zamanı bütün texniki şərtlərə əməl edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 nümayəndəsi X16 digər nümayəndə X12 ilə oxşar məzmunlu izahat verərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X25 barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X6 Xidmətinin Bakı şəhəri X4 Bölgəsinin bölmə rəisi X17, baş mütəxəssisləri X13, X10 tərəfindən tərtib edilmiş 02 iyul 2024-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 verilmiş 24 iyun 2024-cü il tarixli, 364/i nömrəli texniki şərtin tələblərinə əməl edilməmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küçəsində uzunluğu 100 metr, eni 1,70 metr olmaqla kommunikasiya xətti (su xətti) qayçıkəsən maşınla kəsilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” 24 iyun 2024-cü il tarixli, 364/i nömrəli texniki şərtin tələblərini pozmuşdur.
1. Qazıntı işlərinə yolun qismən bağlanması üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı “X6 Xidməti” X22 nümayəndəsinə təqdim olunmadan başlanılmışdır.
2. “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, yolun hərəkət hissəsində qazıntı aparılacaq sahə hasarlanmamış və müvafiq yol nişanıları ilə təmin olunmamışdır. Azərbaycan Avtomobil Yolları X14 Heyətinin Sədr müavini Əvəz Qocayev tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə BMT-nin İqlim Dəyişmələri üzrə X3 Konfransının 29-cu sessiyasının (COP 29), X8 Görüşünün 19-cu sessiyasının və X15 Görüşünün 6-cı sessiyasının 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (X27 küçəsindən Xətai prospektinədək) qəzalı su xəttinin dəyişdirilməsi ilə əlaqədar sözügedən ünvanda (T.Bəhramov stadionunun yanı) asfaltbeton örtüyünün uzunluğu 200 p/m (D=110 mm lik su xətti) və uzunluğu 50 p/m (D=300 mm-lik su xətti), eni 1,50 m məsafədə qazıntı işlərinin aparılması ilə bağlı ünvanlanmış 13 may 2024-cü il tarixli, 13-16/2-04/03-4/5257/2024 saylı müraciətə aidiyyəti üzrə baxılmışdır. Qazıntı-bərpa işlərini yerinə yetirəcək təşkilat və su xəttinin mülkiyyətçisi üçün icrası məcburi olan texniki şərt Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X24 ilə yanaşı X6 Xidmətinə də təqdim edilmişdir. 24 iyun 2024-cü il tarixli, 364/i nömrəli texniki şərtdən görünür ki, BMT-nin İqlim Dəyişmələri üzrə X3 Konfransının 29-cu sessiyasının (COP 29), X8 Görüşünün 19-cu sessiyasının və X15 Görüşünün 6-cı sessiyasının 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (X27 küçəsindən Xətai prospektinədək) qəzalı su xəttinin dəyişdirilməsi ilə əlaqədar sözügedən ünvanda (T.Bəhramov stadionunun yanı) asfalt-beton örtüyünün uzunluğu 200 p/m (D=110 mm-lik su xətti) və uzunluğu 50 p/m (D=300 mm-lik su xətti), eni 1,50 m məsafədə qazıntı işlərinin aparılması və bərpa edilməsi üçün texniki şərtlər Avtomobil yolları infrastrukturunun idarəolunması şöbəsi tərəfindən müəyyənləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli Sərəncamından görünür ki, BMT-nin İqlim Dəyişmələri üzrə X3 Konfransının 29-cu sessiyasının (COP29), X8 görüşünün 19-cu sessiyasının və X15 görüşünün 6-cı sessiyasının 2024-cü ilin noyabr ayında Bakı şəhərində yerinə yetirilməsi ilə əlaqədar olaraq, şəhərin inzibati ərazisində küçə və prospektlərdə həyata keçirilən təmir işləri çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyi tərəfindən təqdim olunan siyahıya uyğun mövcud su və kanalizasiya xətlərinin yenilənməsi məqsədilə qeyd olunan ünvanlarda müvafiq sənədlərə əsasən, sonradan bərpa edilmək şərti ilə asfalt örtüyünün sökülməsinə icazə verilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X28 İdarəsinin rəisi Rəşad Piriyev tərəfindən "xxxx" ASC-nin sədrinin birinci müavini Teymur Cabbarova ünvanlanmış məktubdan görünür ki, günün pik saatları istisna olmaqla yol sahələrində hərəkətin məhdudlaşdırılmaması, eləcə də işlər başa çatdıqdan dərhal sonra asfalt örtüyünün bərpa edilməsi, həmçinin, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Sərəncamda qeyd olunan norma və tələblərə riayət edilməklə qazıntı işlərinin aparılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 İdarə Heyətinin sədr müavini İlqar Tağıyev tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 13-16/2-789/2024 saylı Telefonoqramdan görünür ki, BMT-nin İqlim Dəyişmələri üzrə X3 Konfransının 29-cu sessiyasının (COP 29), X8 Görüşünün 19-cu sessiyasının və X15 Görüşünün 6-cı sessiyasının 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilməsi ilə əlaqədar Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (X27 küçəsindən Xətai prospektinədək) nəzərdə tutulmuş mövcud d110 mm su xəttinin L=200 p/m, d300 mm su xəttinin L=50 p/m qəzalı hissəsinin dəyişdirilməsi Sutikinti müəssisəsinə və Nərimanov rayon Sukanal İdarəsinə həvalə edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 İdarə Heyətinin sədr müavini İlqar Tağıyev tərəfindən Azərbaycan Republikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Xüsusi Rabitə və X1 Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası DİN X2 Mərkəzinə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Aztelekom İB X5 Qovşağı İdarəsinin rəhbərliyinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Azəriqaz İB-nə, Azərenerji ASC-yə, Azərişıq ASC-yə, Azərcell Telekom MMC-yə, ULTEL MMC-yə, Azəristiliktəchizat ASC-yə, Delta Telekom LTD-yə, Azeurotel MMC-yə, Bakı Telefon Rabitə MMC-yə, SOCAR Qaz İxrac İdarəsinə, Sutikinti Müəssisəsi Nərimanov Sukanal İdarəsinə ünvanlanmış 01 iyul 2024-cü il tarixli, 13-16/2-875/2024 saylı Telefonoqramdan görünür ki, COP29 tədbiri ilə əlaqədar Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, “Ferro" mağazasının qarşısında qəzalı d100 mm su xəttinin dəyişdirilməsi ilə əlaqədar olaraq qazıntı işləri aparılması barədə məlumat verilmişdir. 05 iyul 2024-cü il tarixli, 13-16/2-1067 saylı Telefonoqramdan görünür ki, istehsalat zərurəti ilə əlaqədar olaraq Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində su xəttinin çəkilişi işlərinin yerinə yetirilməsinin təxirə salınmamazlığını nəzərə alaraq xx.xx.2024-cü il tarixində (şənbə günü) 1 (bir) briqadanın 1 günlük işə cəlb olunması üçün qəza-bərpa briqadasının ayrılması “Sutikinti” müəssisəsinə, təmir-tikinti işlərinin yerinə yetirilməsi ilə bağlı lazım olan maşın mexanizmlərinin təmin edilməsi Nəqliyyat və Xüsusi Texnika İdarəsinə həvalə edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikasının "Avtomobil yolları haqqında" xx.xx.1999-cu il tarixli, 778- İQ nömrəli Qanununun: 1-ci maddəsinə əsasən qorunma (mühafizə) zolağı - təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir. 15-ci maddəsinə əsasən avtomobil yollarının mühəndisi kommunikasiyalarla (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) kəsişməsi və bu məqsədlə təhkim zolağından istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud standartlara, texniki normativlərə və digər normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilir. Avtomobil yollarının təhkim zolağında xüsusi xidmət kommunikasiyaları istisna olmaqla, hər hansı yeni kommunikasiyaların çəkilməsinə, bir qayda, olaraq yol verilmir. Mövcud avtomobil yollarından keçən və yenidən qurulan kommunikasiyalar yalnız avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin) və müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə qüvvədə olan normativ-texniki şərtlər və layihə-smeta sənədləri əsasında həyata keçirilə bilər. Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması haqqında müraciətlərə 10 gün müddətində baxılır. Kommunikasiya xətlərində baş vermiş qəza hallarında müraciətlərə dərhal baxılır. Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması işlərinə başlamazdan əvvəl bu kommunikasiyaların mülkiyyətçiləri avtomobil yollarının saxlanılmasını həyata keçirən yol təsərrüfatı orqanları ilə müvafiq müqavilə bağlamalıdırlar. Avtomobil yollarında mühəndisi kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsini təmin etməli və bu işlərlə bağlı bütün xərcləri ödəməlidirlər. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun sahibi avtomobil yolunu ilkin vəziyyətə gətirməli və sifarişçilərə qarşı bununla bağlı sərf etdiyi xərclərin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdir. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mövcud mühəndisi kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X25 tərəfindən Azərbaycan Respublikası İXM-in 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla həmin X22 təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli Sərəncamı BMT-nin İqlim Dəyişmələri üzrə X3 Konfransının 29-cu sessiyasının (COP 29), X8 Görüşünün 19-cu sessiyasının və X15 Görüşünün 6-cı sessiyasının 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilməsi ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (X27 küçəsindən Xətai prospektinədək) nəzərdə tutulmuş mövcud d110 mm su xəttinin L=200 p/m, d300 mm su xettinin L=50 p/m qəzalı hissəsinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə icazə verilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X25 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (X27 küçəsindən Xətai prospektinədək) nəzərdə tutulmuş mövcud d110 mm su xəttinin L=200 p/m, d300 mm su xettinin L=50 p/m qəzalı hissəsinin dəyişdirilməsi Sutikinti müəssisəsinə və Nərimanov rayon Sukanal İdarəsinə həvalə edilmiş, həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (X27 küçəsindən Xətai prospektinədək) nəzərdə tutulmuş mövcud su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi barədə aidiyyəti qurumlarla yanaşı X6 Xidmətini tabe olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də telefonoqram vasitəsi ilə məlumat verilmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 354.0.2-ci maddəsinə əsasən geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, qanunun tələblərini və işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanan daxili inamını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur və inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 əməlində Azərbaycan Respublikası İXMnin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, həmin X25 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 əməlində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin.
Hakim Vüsal Qurbanov